Səth quruluşu. Ərazisinin genişliyi təbii şəraitinin müxtəlifliyinə səbəb olmuşdur. ərazisində iki təbii region bir-birindən kəskin fərqlənir-şimalda ekvatorial meşələrlə örtülü Amazon ovalığı, cənubda ölkə ərazisinin 2/3 hissəsini tropik landşafta malik Braziliya dağlıq yaylasıdır.
Amazon ovalığında yalnız düzənliklər deyil, Braziliya və Qviana yaylalarının az meylli yamacları da yerləşir. Bu ovalığın qərb və şərq hissəsinin təbii şəraiti də müxtəlifdir. Ölkənin şimal və mərkəz hissəsi zəif mənimsənilmişdir. Braziliya yaylasının sahil zolağı daha çox məskunlaşmış və təsərrüfat cəhətdən mənimsənilmiş bölgədir.
Dostları ilə paylaş: |