Torpaq-bitki örtüyü. geniş yayılmış qırmızı-ferralit torpaqlarda meşələr üstünlük təşkil edir. Amazon ovalığının qərb his rütubətli ekvatorial meşələr, şərqində həmişəyaşıl meşələr. Braziliya yaylasının mərkəz his savannalar, quraq şimal-şərq qırmızımtıl-qəhvəyi səhra torpaqlarında seyrək meşələr yayılmışdır. Braziliya yaylasının cənubunda həmişəyaşıl enliyarpaq və qarışıq meşələr. Ucqar cənub bölgə məhsuldar qara torpaqları olan subtropiklərdir.
Amazon çayının sol sahillərində külək tutmayan ərazilərdə, qumlu və bərk gilli torpaqlarda, çılpaqlaşmış yerlərdə seyrək meşələrə, kolluqlara və otlaqlara-savannalara rast gəlinir-yaranmasının digər səbəbi mənimsənilməsi daha əlverişli olan sahələrdə meşələrin vəhşicəsinə qırılmasıdır.
Dağlıq yaylanın mərkəz hissəsində kolluqlar, alçaqboylu ağacları olan savannalar, seyrək meşələr - kampos serrados adlanır. Ərazinin qırmızı dənəvər torpaqlarında tək-tək və qrup halında kserofit və alçaqboylu ağaclar bitir. Bu ağacların bəziləri həmişəyaşıl, bəziləri isə yarpağını tökən ağaclardır.
Geniş olmayan sahil bölgələrində, dağların aşağı yamaclarında plantasiyaların, bağların salınması və insanların məskunlaşması nəticəsində təbii bitki örtüyü demək olar ki, tamamilə məhv olmuşdur. Lakin yamacların yuxarı hissələrində həmişəyaşıl rütubətli tropik meşələr sıx şəkildə qalmaqdadır. Parana platosunun düzənlikləri özünəməxsus landşafta malikdir. Parana çayının sağ sahili boyunca dağlıq yaylanın mərkəzində kampos – serrados olduğu halda, sol sahildə əvvəllər həmişəyaşıl meşələr olmuşdur. Hazırda bu ərazi qəhvə yetişdirmək üçün optimal təbii şəraitə malik olduğundan həmişəyaşıl meşələr tamamilə qəhvə plantasiyaları ilə əvəz olunmuşdur.
Parana çayı boyunca uzanan çökəkliyin aşağı hissələri sıx, rütubətli tropik meşələrlə örtülüdür. Bu meşələrdə hündürlüyü 25 m-ə çatan «Parana şam ağacı» bitir, meşə ətrafında «paraqvay çayı» həmişəyaşıl kolluqlar yayılmışdır.
fərqli təbii vilayət olan Pantanalda bataqlıqlar daha çox ərazi tutur. «Pantanal» sözü ispan və portuqal dillərindən tərcümədə elə «bataqlıq sahə» mənasındadır. Bataqlıq nazik zolaq şəklində Paraqvay çayı boyunca cənuba doğru uzanır. Pantanalda yay leysanlarından sonra da sular yığılıb qalır. Pantanal bir neçə ay göl – bataqlığa çevrilir. Quraq qış dövründə isə Pantanalda göllər, qurumayan bataqlıqlar, onlar arasında çətinliklə seçilən çaylar, otlaq sahələri landşaftı mövcud olur.
Ölkənin çay vadilərində müxtəlif palma növləri, meşə-qalereyalar yerləşir. Çaylararası ərazilərdə isə «ağ meşə» adlanan seyrək meşələr üstünlük təşkil edir.
Dostları ilə paylaş: |