|
|
səhifə | 276/284 | tarix | 19.02.2022 | ölçüsü | 0,75 Mb. | | #52843 |
| İQTİSADİ İMTAHAN
Energetika. Enerjiyə olan tələbatının 80%-i kömürün hesabına ödənilir. İri İES-i kömür çıxarılan rayonlardadır. Afrikada ilk AES Keyptaundan şimalda 1984-cü ildə fəaliyyətə başlamışdır. Materikdə istehsal olunan elektrik enerjisinin yarıdan çoxu CAR-ın payına düşür. Enerji istehsalında AES və SES-lərin payı çox deyildir. Qara metalurgiya sahəsində polad lövhələr, rels istehsal olunur. kombinatları Pretoriya, Nyukasl. Bu zavodlar İSKOR şirkətinə məxsusdur. CAR ferroxrom, ferromanqan istehsalı və ixaracatına görə dünyada aparıcı yerlərdən birini tutur. Əlvan metallurgiya müəssisələrində mis (xammal mədənləri yaxınlığında), alüminium (Riçards-Bey), sink (Sprinqs), qızıl (Cermiston) emal edilir. Maşınqayırma Ölkədə mədən avadanlıqları, nəqliyyat və kənd təsərrüfatı maşınları, kimya sənayesi üçün texniki avadanlıq, mühərrik və nəqliyyat avadanlığı, elektrotexnika və radiotexnika məhsulları, dəzgah və s. istehsal edilir. mühüm mərkəzləri Vitvatersrand, Keyptaun, Port Elizabet, İst-London, Durbanda. CAR-da hərbi sənaye yaradılmışdır. Burada müxtəlif silah və hərbi sursatlar istehsal olunur. Nüvə silahı istehsalı üçün imkanları vardır. Hərbi sənaye mərkəzləri Yohannesburq, Keyptaun, Sasolburq, Durbandadır. Kimya sənayesinin yaradılması dağ-mədən sənayesinə xidmətlə sıx bağlı olmuşdur. Qızıl istehsalı üçün partlayıcı maddələr və kükürd turşusu lazım olduğundan bu sahə dinamik inkişaf etməyə başlayır. Modderfonteyn , Sommerset-Uest, Umboqintvin müəssisələrində partlayıcı maddələr, mineral gübrələr, plastmas və sintetik qətran, dərman preparatları. istehsal olunur. Neft-kimya zavodları idxal olunan neft əsasında Keyptaun və Durbanda fəaliyyət göstərir. Kömürdən süni duru yanacaq istehsal edilməsi xüsusilə seçilir. Müəssisələri Sasolburq, Sekunddadır. Yüngül sənaye yerli tələbatı ödəməsə də, toxuculuq və trikotaj sənaye sahələri nisbətən yaxşı inkişaf etmişdir. Yeyinti sənayesinin bəzi sahələri (tərəvəz, meyvə, balıq konservləri, şəkər, şərab) ixracat əhəmiyyətlidir.
SUAL 88. Avstraliya İttifaqının coğrafi mövqeyi, təbiətinin xüsusiyyətləri
Dostları ilə paylaş: |
|
|