|
|
səhifə | 278/284 | tarix | 19.02.2022 | ölçüsü | 0,75 Mb. | | #52843 |
| İQTİSADİ İMTAHAN
Səth quruluşu. Avstraliya platforması üzərində yerləşən ölkənin relyefi mürəkkəb deyil. Geoloji keçmişdə bu platforma Qondvananın tərkibinə daxil idi. Ölkənin qərb hissəsi bir qədər hündürdür. Alçaq yayladan ibarət olan bu hissə şərqə tərəf getdikcə alçalır və mərkəzi ovalıq adlanan düzənliyə keçir. Ölkə ərazisinin cəmi 2 %-i 1000 m-dən hündür sahələrdən ibarətdir. Ən hündür nöqtə Kostyuşko dağıdır (2228 m). Ən alçaq nöqtə isə Eyr gölünün sahilində (-16 m). Avstraliya yeganə materikdir ki, burada cavan dağ silsilələri, fəaliyyətdə olan vulkan və müasir buzlaşmadan əsər-əlamət yoxdur. Tasmaniya və Yeni Qvineya adaları bu dövrdə materikdən ayrılmışlar. Avstraliyanın relyefində üç əsas forma nəzərə çarpır:
Ölkənin şərqində yerləşmiş orta hündürlüklü dağlar.
Ölkənin mərkəzində yerləşmiş düzənlik və ovalıqlar.
Ölkənin qərbində yerləşmiş yaylalar.
Şərqdəki dağlar Böyük Suayrıcı dağlar-Mavi dağlar və Avstraliya Alpları deyilir. Avstraliyanın şərqindəki dənizlərin səthində suyun yüksək temperatura malik olması (yayda +24ºC, qışda +20ºC) mərcan poliplərinin inkişafı üçün şərait yaradır. Ölkənin şimal-şərq sahili boyunca sahil xəttinin konfiqurasiyasına bənzər poliplərdən ibarət Böyük Mərcan rifi - Böyük Sədd adlanan bu rifin uzunluğu 2000 km, eni şimalda 2, cənubda 150 km-ə çatır.
Dostları ilə paylaş: |
|
|