Sənaye. CAR-ın iqtisadiyyatının strukturunda dağ-mədən sənayesi öz əvvəlki əhəmiyyətini saxlamışdır.-qızıl və platin çıxarılması ölkədə aparıcı sayılır. Dünya qızıl ehtiyatının yarıdan çoxu, istehsalının 1/3-i CAR-ın payına düşür. 1970-ci illərədək qızıl hasilatı artırdı və həmin ildə min ton qızıl çıxarılmışdı. Sonrakı illərdə qızıl istehsalı 50% azalsa da, hazırda ÜDM-un 4%-i onun payına düşür. Yohannesburqdakı köhnə mədənlərdə qızıl ehtiyatı azaldığından, Oranj əyalətində istehsal artmışdır.
CAR-da uran çıxarılmasına 1950-ci illərdən başlanılmışdır. Uran əsasən istifadəsi məhdudlaşmış qızıl hasilatı şaxtalarındakı laylardan çıxarılır. CAR dünyada almaz istehsal edən iri dövlətdir. Onun kəşfiyatı ilə transmilli «De Birs» şirkəti məşğuldur. Almaz Kimberli və Postmasburq şəhərlərində «Kimberli borusu» adlandırılan yerlərdə, Pretoriya yaxınlığında çıxarılır. Qərb sahilin şelf zonası, ölkənin digər yerlərində də (Namakvalend və s.) almaz ehtiyatı vardır.
CAR-da dəmir filizi, manqan, mis, alüminium, xromit, vanadium, titan, sürmə çıxarılır. Dünya xromit ehtiyatının 70 %-i Buşveld vulkanik kompleksindədir manqan ehtiyatı Şimali Keyplend vilayətindədir. Ölkədə mineral sərvətlərin intensiv kəşfiyyatı iri dağ-sənaye rayonlarının formalaşmasına səbəb olmuşdur. Bunlardan ən mühümləri Qotenq əyalətini əhatə edən Vitvatersrand (qızıl, uran, daş kömür, almaz və s.), ondan şimalda Buşveld (platin, xromit, dəmir-titan və s.), şərqdə Böyük Veld (xromit, vanadium, azbest), Vitvatersranddan cənub-qərbdə almaz yataqları olan Kimberli rayonu yerləşir.
Dostları ilə paylaş: |