Dağ-mədən sənayesinin ənənəvi mərkəzləri ölkənin cənub-şərq və cənub bölgələrində. Sidney-Nyukasl bölgəsində daş kömür, Broknen-Hill məntəqəsində qurğuşun-sink, Ayron-Neb məntəqəsində dəmir filizi, Maunt-Ayza bölgəsində misin yarısı çıxarılır. Qızıl yataqları Qərbi Avstraliyanın cənubunda (Kolqurli məntəqəsi)
Avstraliyanın yeni kəşf olunmuş mineral xammal yataqları ölkənin şimal və qərb bölgələrindədir. Məsələn, Qladston rayonunda kömür və mis, Taunsvilldə kobalt və nikel yataqları, mis, bismut və qızıl Merat Krikdə, boksit yataqları Keyp-York yarımadasında aşkar edilmişdir. Manqan filizlərinin böyük ehtiyatı Qreyt-Aylend adasında-xüsusi ixrac portu da salınmışdır. Qərbi Avstraliya ştatında almaz yataqları aşkar edilmişdir. Almazla bərabər bu ştatda dəmir filizi də çıxarılır. Avstraliya son illər nikelin istehsalçısı və ixracaçısına çevrilmişdir.
Neft və təbii qazın çıxarılmasına görə Avstraliyanın kontinental şelf neft yataqları böyük rol oynayır. Barrou adasından çıxarılan təbii qaz sıxılmış şəkildə balonlara doldurularaq Yaponiyaya göndərilir. xammal istiqamətli iqtisadi inkişaf hələ iqtisadi gerilik, zəiflik əlaməti deyil, çünki Avstraliya İttifaqı yüksək səviyyəli emaledici sənaye sahələrinə (elektronika və elektrotexnika, avtomobilqayırma, aqrotexnika ) malikdir. iqtisadiyyatının bir xüs- yeyinti sənayesi (əsasən ət istehsalı) yüksək səviyyədə inkişaf etdiyindən o ixracat yönümlüdür.
Dostları ilə paylaş: |