ali icraedici orqanı- prezidentin rəhbərlik etdiyi hökumət (administrasiya). Nazirlər Kabinəsi yoxdur-Administrasiya həll edir. ABŞ-da Xarici İşlər naziri vəzifəsi də yoxdur-Adminstrasiyada dövlət katibi yerinə yetirir.
Ştatların idarə olunması isə seçki yolu ilə seçilmiş qubernatorlara həvalə olunur. Tarixən ABŞ-da iki siyasi partiya formalaşıb. Demokratlar və Respublikaçılar seçkilərdə bir-birini əvəz edirlər.
Milli bayramları: 19 fevral- Corc Vaşinqtonun təvəllüd günü; 4 iyul-müstəqillik günü; 11 noyabr- Veteranlar günü (bunu barışıq günü də adlandırırlar), sentyabrın birinci bazar ertəsi- Əmək günü; noyabrın dördüncü cümə axşamı- Minnətdarlıq günü (bunu həm də valideynlərin yad edilməsi günü də adlandırırlar).
beynəlxalq və regional təşkilatlarının üzvüdür. BMT, NATO, Amerika Dövlətlər Birliyi, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Şimali Amerika Azad Ticarət Təşkilatı ən önəmliləridir.
Əhali. 331,3 mln nəfər yaxın adam yaşayır.
Lakin XX əsrin ortalarında bir müddət elmi-texniki inqilabın inkişafı ölkədə yüksək ixtisaslı kadrlara tələbatı artırmış, vətəndaşlıq hüququ verilmiş immiqrantların köhnə vətənlərində qalan qohumlarına pul köçürmələri amerikan dollarının axınına səbəb olmuşdur. həmin dövrdə immiqrantlar barədə yeni qanun-immiqrantlar arasında elm, texnika və mədəniyyət, idman sahəsində yüksək ixtisaslı mütəxəssislərə, həm də ölkə vətəndaşlarının qohumlarına güzəşt edilir. Hökumət ölkədə immiqrantların qəbulu üçün norma təyin etmişdir (700 min nəfər). Hazırda ölkə əhalisinin ümumi artımının 30 faizi immiqrantların payına düşür (icazəsiz gələnlər nəzərə alınmadan). ABŞ-a dünyanın müxtəlif regionlarından və ölkələrindən immiqrantlar gəlir.
Dostları ilə paylaş: |