1774-cü ildən 13 müstəmləkə mülkü Filadelfiya şəhərində I qitə konqresini çağırdılar və toplanmış ingiltərəli nümayəndələr İngiltərə kralı III Qeorqa təbəəlikdə sədaqətli vətəndaşlarını parlamentdən və «qəddar» nazirlərdən qorumaq xahişi ilə müraciət etdilər. Kral isə bu müraciətə mənfi münasibətini bildirir. Bu isə ingilis mənşəli Amerika müstəmləkəçilərinin müstəqililk uğrunda müharibəsinin başlanğıcı demək idi. 1776-cı ilin 4 iyulunda Filadelfiyada II qitə konqresində 13 müstəmləkə mülkü öz müstəqilliyini elan etdi və yeni dövlətə Ameritka Birləşmiş Ştatları adı verildi. 1782-ci ildə İngiltərə Birləşmiş Ştatların müstəqilliyini tanıdı. Beş ildən sonra Amerika Konstitusiyası qəbul olunur və C.Vaşinqton ölkənin birinci prezidenti seçilir.
I və II Dünya müharibələri ABŞ iqtisadiyyatının inkişafına yeni təkan verdi. 1991-ci ildə SSRİ və sosializm sisteminin dağılmasından sonra dünyada Birləşmiş Ştatların lider dövlət olması hamı tərəfindən tanındı. Bizim günlərdə isə Birləşmiş Ştatlarla müqayisə edilə biləcək qüvvələr yaranmışdır. Bu ilk növbədə Qərbi Avropa İttifaqı və Şərqi Asiya dövlətləridir.