Sual məktəbəqədər təhsildə təhsilləndirici mühit anlayışı


SUAL 48. Müxtəlif yaş qrupları üçün oyuncaqların seçilməsi



Yüklə 129,61 Kb.
səhifə43/58
tarix24.12.2022
ölçüsü129,61 Kb.
#77729
növüTəhsil proqramı
1   ...   39   40   41   42   43   44   45   46   ...   58
MÜHITIN TƏŞKILI. IMTAHAN.

SUAL 48. Müxtəlif yaş qrupları üçün oyuncaqların seçilməsi.
Uşaq bağçasında hansı oyuncaqların olduğunu təhlil etsək, onları müxtəlif meyarlara görə qruplara bölə bilərik.
Yaşına görə: körpələr qrupu üçün; orta qrup üçün; böyük qrup üçün; məktəbəhazırlıq qrupu üçün.
Körpələr qrupunda təhsilin əsas vəzifələri aşağıdakılardır:
 Uşaq sağlamlığının qorunması və möhkəmləndirilməsi;
 Hərəkətlərin inkişafı;
 Əşyalarla hərəkətlərin inkişafı;
 Nitqin inkişafı.
Bu vəzifələrə müvafiq olaraq, oyuncaqlar seçilir:
 İti küncləri, ağır çəkisi olmayan, uşaqlar üçün təhlükəsiz oyuncaqlar;
 Diyirlətmək, atmaq üçün böyük toplar;
 Müxtəlif rəngli yük maşınları, arabalar: uşaqlar onları yerdən yerə köçürür, üzərinə kubik, gəlincik və digər daha kiçik oyuncaqları yığaraq sürürlər;
 Matryoshka, piramidalar: sensor inkişaf üçün oyuncaqlar uşağa müxtəlif cisimlər, onların xarakterik xüsusiyyətləri, rəngləri, forma və ölçüsü haqqında aydın təsəvvürlərin formalaşmasını xidmət edir;
 Süjet-obrazlı oyuncaqlar, gəlinciklər, heyvanlar, məişət əşyaları: məzmuna görə onlar uşaqlara ətraf aləmi əks etdirir;
 Əyləncəli oyuncaqlar: bu oyuncaqların olması mütləqdir. Körpə uşaqlar onları oynada bilməsə də, oyuncaqların tərbiyəçi tərəfdən istifədə edilməsinə baxır və sevinirlər;
 Tikinti materialları oyuncaqları: taxta və ya plastik kubiklər, kərpiclər, taxtalar, leqo;
 Musiqi oyuncaqları: tütək, dodaq akkordeonu, nağara və s.
Orta qrupda təhsilin vəzifələri mürəkkəbləşir. Məktəbəqədər yaşlı uşaqlar oyunda rolları daha aydın şəkildə fərqləndirirlər. Beləliklə, oyuncaqların seçilməsi çətinləşir:
• Süjet-obrazlı oyuncaqların seçimi daha geniş olur (kuklalar-qızlar və kuklalar-oğlanlar, müxtəlif millətlərin kuklaları, onlara əlavə əşyalar: dənizçinin papağı, həkim xələti və s.);
• Tikinti materiallarının seçimi daha geniş olur, çünki uşaqlar artıq daha mürəkkəb konstruksiyalar yaradırlar (müxtəlif dəstlərdə olmalıdır);
• Musiqili, səsli oyuncaqların seçimi mürəkkəbdir (uşaq pianosu, nağara);
• Komplekt (dəst) oyuncaqlar lazımdır, çünki uşaqlar artıq kollektiv oynaya bilirlər (məsələn,”ev heyvanları” üçün dam qurmaq).
Böyük qrup uşaqları həyatla daha geniş təmasda olurlar, onlar artıq mürəkkəb süjetlərin inkişafına imkan verən oyuncaqlardan istifadə edə bilirlər. Buna görə də, bu yaş qruplarında hər cür oyuncaq müxtəlif çeşiddə təqdim edilməlidir. Texniki, idman-motor, teatr oyuncaqları böyük əhəmiyyət kəsb edir.
Buna görə də əminliklə demək olar ki, oyuncaqların düzgün seçimi uşağın yaş imkanlarına uyğun tam inkişafına kömək edir.
Yaş xüsusiyyətlərinə görə uşaq oyuncağının seçilməsi əsas şərtlərdən biridir. Həyatının bu və ya digər dövründə uşaq ətraf aləmi müxtəlif yollarla tanıyır. Yeni biliklərin əldə edilməsi prosesinin darıxdırıcı və monoton olmaması üçün valideynlər və qohumlar uşağa oyuncaqlar alır.
Bununla birlikdə oyuncaq, uşağı maraqlandıracaq və uşağı öyrənməyə həvəsləndirəcək şəkildə seçilməlidir.
Düzgün oyuncağın seçilməsinin bir çox yolu vardır. Çox vaxt uşaqlar hansı oyuna ehtiyac duyduqlarını özləri bilirlər. Doğrudur, həmişə bu qərar şüurlu şəkildə verilmir və uşaqlar oyuncaq seçimində valideynlərin köməyindən istifadə edirlər. Əlbəttə ki, hər bir uşaq özünəməxsus şəxsdir və o, hər hansı bir çərçivəyə uyğunlaşmaq məcburiyyətində deyil. Erkən yaşlarda inkişaf çox sürətlə gedir, bu da oyun materialı, o cümlədən vəzifələri, metodları və təhsil vasitələrinin dəyişiklliyinə səbəb olur.
Körpə həyatının birinci-ikinci aylarından daxil olan oyuncaqlar görmənin, eşitmənin inkişafına kömək etməlidir. Həmin oyuncaqlar parlaq, iri, yüngül top, kürə, böyük şəkildə ola bilər (çarpayının üstündə körpənin gözündən 50 sm. məsafədə asılmalıdır).

Yüklə 129,61 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin