Tematik fotosərgilər: • Valideyn guşəsini fotosərgilərlə bəzəmək olar. Məsələn, məşğələ, bayram və ekskursiyalardan fotoşəkillər nümayiş oluna bilər. Bundan əlavə, uşaqların bağçadan kənarda dostları ilə vaxt keçirməsinin aşağıda verilən və digər mövzularda ekspozisiyalar ola bilər: “Bizim yay tətili”;
• “Baba ilə qış əyləncələri”;
• “İstirahət günlərində meşədə”.
Fotoşəkillər kiçik hekayələr və maraqlı yazılarla tamamlanmalıdır.
Valideynlər üçün təşəkkürnamələr Bu vərəqlər qrupun həyatında fəal iştirak edən, bağçaya yardım edən ata və analara sözlərini ifadə edən, bəzədilmiş mətnlərdir.
“Bizdə məşğələdə”. Bu bölmədə müəllimlər valideynləri məşğələlərin proqram məzmunu ilə tanış edir, evdə məşğələ materialını təkrar etməyi təklif edirlər: tapmaca, şeir, atalar sözlərinin təkrarlanmasını və s. Burada uşaqlara oxumaq üçün məşğələ mövzusu üzrə ədəbiyyat siyahısı əlavə olunur.
“Ad gününü təbrik edirik!”
Burada uşaqların doğum gününün fotoşəkilləri, təbriklər və açıqçalar yerləşdirilir. Bu rubrik uşağın təbrik edilməli olduğunu bilməyə vaxtında kömək edir və səbəbkarın şənliyinə sevinc əlavə edir.
Uşaq bağçasında valideyn guşəsinin tərtibatı çoxşaxəli fəaliyyətdir. Onun məzmunu daim yenilənməli və dəyişdirilməlidir. Guşəni doldurarkən onun sensor yüklənməsinin yolverilməzliyini nəzərə almaq lazımdır. Əks halda, valideynlər maraqlarını tez itirəcəklər.
SUAL 60. Ev şəraitində inkişafetdirici mühitin təşkili Evdə inkişafetdirici mühitin təşkil edilməsi valideynlərin öhdəsinə düşür. Uşaqların uğurlu öyrədilməsi, inkişafı və təhsili üçün lazımi şərait necə yaradılmalıdır? Bir çox valideynlər üçün ailə tərbiyəsi, xüsusilə məktəbəqədər uşaq üçün daha təbii görünür, buna görə də uşaqların kifayət qədər böyük faizi bu və ya digər səbəbdən məktəbəqədər uşaq müəssisələrinə getmirlər. Uşaq adi ev şəraitində böyüyür, adət edilmiş rejimə riayət edir. Ailənin vəzifəsi uşağın yaradıcılıqla inkişaf etməsinə, dil öyrənməsinə, idrak və kommunikativ tələbatlarını reallaşdırmasına imkan verəcək sosial-mədəni, əşya-məkan inkişafetdirici mühitini modelləşdirməkdir. Uşağın intellektual, əxlaqi, estetik inkişafı onun ətraf mühitindən asılıdır. Buna görə də ailə şəraitində məktəbəqədər yaşlı uşaq üçün savadlı inkişaf mühiti yaratmaq vacibdir. Uşaq mənzilin bütün məkanını mənimsəməlidir, eyni zamanda onun psixofizioloji xüsusiyyətləri və imkanları nəzərə alınmaqla təchiz edilmiş məkanı olmalıdır. Ailədə əşyavi mühit uşağa idrakın və dünyaya münasibətin dəyərlərini valideynlərin köməyi ilə deyil, həm də müstəqil şəkildə formalaşdırmağa imkan verir. Ailə şəraitində buna necə nail olmaq olar? Ailəyə inkişafetdirici mühitin yaradılmasını çətinləşdirən bir sıra səbəblər var. Məsələn, ailənin maddi imkanının aşağı olması, mənzillərin kiçik ölçüdə olması, otağın dizaynı barədə ailənin biliklərinin olmaması mühitin yaradılmasını çətinləşdirən səbəblərdəndir. Mühiti uşağın yaradıcı fəaliyyəti və müstəqil düşünməsi üçün yaratmaq lazımdır. Ətraf mühit təkrarlanan olmamalı, otaq işıqlı olmalı və mərkəzlər düzgün şəkildə birləşdirilməlidir. Beləliklə, valideynlərə evdə inkişafetdirici mühitinin qurulması üçün bəzi şərtləri nəzərə almaq lazımdır:
• Oyun və oyuncaqlar otağın müxəlif yerlərində yerləşdirilə bilər. Məzmunu mütəmadi olaraq dəyişdirilməlidir.Bu oyuncaqların atılması demək deyil. Evdə oyuncaqlar üçün “saxlanma otağı” yaradılmalıdır və orada uşağın çox oynadığı oyuncaqlar saxlanılmalıdır. Müəyyən zaman keçdikdən sonra uşaq tərəfindən bir az unudulmuş oyuncaqları saxlama otağından çıxartmaq olar.
• Uşağın yaş xüsusiyyətləri və ehtiyacları nəzərə alınmalıdır.
• Əşyalar, materiallar, parçalar, köhnə paltarlar, çantalar və müxtəlif kostyumlar və digər detalların saxlanılması üçün “sandıq” hazırlanmalıdır.
• Bütün oyun materialları bir yerdə cəmləşdirilməməlidir, uşaq üçün aktiv axtarış vəziyyəti yaradılmalıdır.
• Otaqda istirahət üçün istifadə olunan yumşaq yastıqlarla podium yaratmaq maraqlı olar.
• Uşaq üçün güzgü yerləşdirilməlidir (ideal yer dəhlizdir). Mənzildən çıxarkən, uşaq özünü qaydaya salmağı öyrənir, lazım olduqda, öz xarici görünüşündə nəsə dəyişiklik edir. Uşaqda xarici görünüş mədəniyyəti, əməksevərlik, müstəqillik keyfiyyəti formalaşmağa başlayır. Uşağın paltarları dolabda saxlanmalıdır.
• Uşaq işləri üçün yer təşkil edilməlidir.
• “Uşaq laboratoriyası” təşkil edilməlidir. Bir qutuya maqnit, böyüdücü şüşə, mikrofon, kompas toplamaq olar. Laboratoriyanı təşkil edərək, tədricən yeni əşyalar daxil edilməli, onlar haqqında məlumat verilməlidir. Uşağın cinsindən asılı olaraq “bacarıqlı əllər” guşəsi təşkil edilə bilər. Tullantı materiallar məsələn: tıxaclar, plastik qab, təbiətdən isə qozalar, tumlar toplamaq olar.
• “Evinizdə kitablar” – valideynlər evdə sevdiyi kitabların saxlanması üçün rəf yarada bilər. Uşaqla birlikdə kitablara baxılsa, daha sonra uşaq özü də kitablarla maraqlanmağa başlayacaq.
• “Həyatımın lenti” – uşağın ailə fotoşəkilləri (hətta yaxın ailənin) qarşısında olmağı çox yaxşıdır.
• “İdman guşəsinin təşkili” – sevimli idman oyuncaqları ilə hər zaman oynamaq imkanı olmalıdır. Bütün valideynlər uşaqların sağlamlığını qorumaq və gücləndirmək istəyir. Bunun üçün evdə idman küncü olsa, bu daha asan olacaq. Uşağa öz enerjisini müsbət istiqamətdə həyata keçirmə imkanı vermək vacibdir. Uşaq hiperaktiv olduqda idmanla məşğul olmaq xüsusilə vacibdir. Yalnız bu halda fiziki yüklənmə həddindən artıq gərginliyi atmağa və digər məşğələlərə diqqət yetirməyə imkan verəcək.
• “Sakitlik” guşəsi yaradılmalıdır, orada sakitləşməyə, istirahət etməyə imkan verən əşyalar və oyuncaqlar olmalıdır.
• Yaradıcı qabiliyyətlərin inkişafı üçün qələmlər, flomasterlər, quaşlar, plastilinlər, yapışqanlar, uşaqlar üçün rahat olan yerdə fırçalar yerləşdirilməlidir ki, istənilən vaxt lazımi fəaliyyətlə məşğul ola bilsin.
• Mühiti qurarkən gender xüsusiyyətləri nəzərə alınmalıdır, mühit həm qızlar, həm də oğlanlar üçün ümumi və xüsusi materiallarla doldurulmalıdır. Qızlar üçün müxtəlif gəlincik, beşik, oğlanlar üçün isə maşın, tapança və s. Qoymaq olar. Ümumi olaraq konstruktor və inkişafetdirici oyuncaqlar qoyula bilər.
• Oyuncaq alınarkən, sertifikata, materialların təhlükəsizliyinə, oyuncağın inkişaf potensialına diqqət yetirilməlidir.
• Əgər uşaq rəqəmlərə, hərflərə maraq göstərirsə, onu maqnit lövhəsi, rəqəm, hərf, xətkeş dəsti ilə təmin etmək lazımdır.
• Uşaq üçün mühit yaratmaq yaradıcılıq prosesidir. Bu prosesdə iki tərəf – valideyn və uşaqlar iştirak etməlidir.