Sual məktəbəqədər təhsildə təhsilləndirici mühit anlayışı


Mərhələ 3. Valideyn iclasının nəticələrini anlamaq



Yüklə 129,61 Kb.
səhifə55/58
tarix24.12.2022
ölçüsü129,61 Kb.
#77729
növüTəhsil proqramı
1   ...   50   51   52   53   54   55   56   57   58
MÜHITIN TƏŞKILI. IMTAHAN.

Mərhələ 3. Valideyn iclasının nəticələrini anlamaq
İclasa yekun vurmaq iclasın özündə başlayır: nəticə çıxarmaq, lazımi qərarlar formalaşdırmaq, növbəti toplantı haqqında məlumat vermək lazımdır. Valideynlərin yığıncağa münasibətini öyrənmək vacibdir, valideynlərin qiymətləndirmələri və arzuları üçün əvvəlcədən lazımi anket hazırlamaq məqsədəuyğun olar.
Valideyn iclasının hazırlığı
Zəruri hallarda, yığıncaqdan əvvəl valideynlərlə yığıncağın mövzusu haqqında sorğu aparmaq lazımdır. Anketlər yığıncaqdan əvvəl evdə doldurulur və onların nəticələri iclasın keçirilməsi zamanı istifadə olunur. Məsələn, “Şıltaqlıq və inadkarlıq haqqında” mövzusunda görüş keçirərkən, qrup və ailə vəziyyətlərini təhlil etmək üçün uşaqların hansı vəziyyətlərdə ən çox inadkar olduqlarını müəyyən etmək üçün valideynlərin sorğusunu aparmaq olar. İclasdan əvvəl, “Uşaqlığımızın oyunları”, valideynlərin və uşaqlarının uşaqlıq dövrünün müxtəlif oyunlarını müəyyən etmək üçün anketləşmə aparmaq olar. İclasda valideynlərin uşaqlıq oyunlarının bir neçəsini xatırlatmaq və oynamaq olar.
Valideynləri aktivləşdirmək və iclasda iştirakını təmin etmək üçün iclasın mövzusunu nəzərə alaraq hər bir ailə üçün dəvətnamələr hazırlanmalıdır. Valideynlər üçün dəvətnamələrin hazırlanmasında uşaqların iştirak etməsi vacibdir. Dəvətnamələr iclasdan əvvəl paylanır.
İclasın mövzusuna uyğun olaraq, məsləhətləri əks etdirən orijinal xatırlatmaları (yaddaş açıqçaları) hazırlanmalıdir. Xatırlatmanın məzmunu qısa olmalıdır, mətn böyük şriftlə yazılmalıdır. “Ailənin uşaqla ünsiyyət sirləri”, “Uşağın xoşbəxt böyüməsini təmin etmək” və s. Mövzularda xatırlatmalar iclasda paylanılır.
Valideynlər iclasın mövzusunda çıxış etmək üçün cəlb edilə bilərlər. Məsələn, “Uşaq xoşbəxt böyüyür” mövzusunda dəyirmi masa şəklində bir valideyn iclası təşkil edilir: valideynlər, psixoloqlar çıxış edirlər və lazımlı ədəbiyyatlardan istifadə etməyi məslət görürlər.
İclasa valideynlərin diqqətinin cəlb edilməsi üçün mövzuya aid plakatlar hazırlanmalıdır.

Yüklə 129,61 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin