Sual məktəbəqədər təhsildə təhsilləndirici mühit anlayışı


Valideyn iclasının mərhələləri



Yüklə 129,61 Kb.
səhifə54/58
tarix24.12.2022
ölçüsü129,61 Kb.
#77729
növüTəhsil proqramı
1   ...   50   51   52   53   54   55   56   57   58
MÜHITIN TƏŞKILI. IMTAHAN.

Valideyn iclasının mərhələləri
Mərhələ 1. Valideyn iclasının təşkili Bu mərhələ şübhəsiz ki, iclasın gündəliyi və bütün iştirakçılara dəvətilə başlayır. İclasın hazırlanmasında valideynlərin gəlməsinin təşkili barədə düşünmək lazımdır. Təcrübə göstərir ki, işin bu hissəsi vacibdir. Valideyn iclasının gözləmə atmosferini yaratmaq çox vacibdir: valideynləri əvvəlcədən dəvət etməli, fərdi dəvətnamələr göndərilməli, uşaq bağçasında uşaqların həyatını əhatə edən albom və video materiallar hazırlamalıdır. Uşaqların müsabiqə və sərgilərdə iştirak edən valideynlərinə əvvəlcədən təşəkkür məktubları hazırlamaq lazımdır. Hazırlıq mərhələlərinin təşkilati hissəsi valideyn iclasının keçirilməsi üçün otağın tərtibatı ilə başa çatır.
Mərhələ 2. Ssenarinin hazırlanması və iclasın keçirilməsi
İclasın ssenarisi və keçirilməsi müəllimin yaradıcılıq predmetidir. Tərbiyəçi-müəllim qrupun valideynlərini daha yaxşı tanıyır, onların əhval-ruhiyyəsini həssas şəkildə tutur. Lakin, hər hansı bir iclas, 5 vacib komponenti daxil etməlidir:
Uşaqların nailiyyətlərinin təhlili. Tərbiyəçi müəllim iclasının bu hissəsində valideynləri uşaqların fəaliyyətinin ümumi nəticələri ilə tanış edir.
Valideynlərin qrupdakı sosial və emosional iqlim vəziyyəti ilə tanışlığı.
Tərbiyəçi-müəllim uşaqların davranışı haqqında müşahidələrini onlar üçün əhəmiyyətli vəziyyətlərdə bölüşür. Söhbətin mövzusu həm qarşılıqlı münasibətlər, həm nitq, həm uşaqların xarici görünüşü, həm də digər məsələlər ola bilər. Aydındır ki, valideynlər uşaq bağçasının missiyasını digər uşaq və böyüklər ilə qarşılıqlı əlaqədə təcrübə qazanmış ilk sosiallaşma institutu anlayışı kimi başa düşməlidirlər. Tərbiyəçi uşaq və ya valideynin mənfi qiymətləndirmələrindən qaçmaq üçün son dərəcə həssas olmalıdır. Son dərəcə nəzakətli olmaq, konkret uşağın, yaxud valideynin ünvanına mənfi qiymətləndirmə aparmaq olamz. İclas bu hissəsi “uşaq günahları”, “valideynlərin günahları” siyahısına çevirilməməlidir.
Yadda saxlamaq lazımdır ki, valideynlərin psixo-pedaqoji bacarıqlarının artırılması vəzifəsi ən vacib vəzifələrdən biridir. Valideynlərə pedaqoji ədəbiyyatın yenilikləri, maraqlı sərgilər, filmlər və s. Haqqında məlumat vermək pis olmaz.
Təşkilati məsələlərin müzakirəsi (ekskursiyalar, müavinətlərin alınması və s.) iki komponentdən ibarətdir: görülən işlər haqqında hesabat və gələcək işlər haqqında məlumatlar: maliyyə problemləri valideyn komitəsi ilə əvvəlcədən müzakirə etmək yaxşıdır.

Yüklə 129,61 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin