Cohrane Collaboration
/
Кохрановское
сотрудничество
/
Koxran əməkdaşlığı
-
tibbi tədqiqatların effektivliyi haqqında sistematik
icmallar hazırlayan mütəxəssis və istifadəçiləri
birləşdirən beynəlxalq təşkilat; həmin icmallar elektron
“Koxran kitabxanası”nda yerləşdirilir.
Confounding factor
/
Вмешивающийся
фактор
/
Müdaxilə edən (təhrif
edən) faktor
-
tədqiqatın nəticəsini təhrif edən faktor. Bu, həmin
faktorun tədqiq olunan klinik nəticənin inkişaf etməsi
ehtimalına təsiri ilə bağlıdır. Bir çox hallarda təhrif edən
faktorların təsiri müqayisə edilən qruplarda müxtəlif olur.
Tədqiqatın strukturu, qrupların formalaşdırılması və
təhlil metodu elə qurulmalıdır ki, müdaxilə faktoru onun
nəticələrinə təsir etməsin.
Dostları ilə paylaş: |