Avtokorrelyasiya əvvəlki müşahidə nəticələrinin sonrakı müşahidələrə təsir etməsidir



Yüklə 431,68 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix26.12.2016
ölçüsü431,68 Kb.
#3521
1   2   3   4   5   6
 

Control group

 /  

Контрольная группа

 / 

Kontrol qrupu (Nəzarət 

qrupu)   

 

-

 



iştirakçıları    tədqiq olunan müdaxiləni almayan, yaxud 

standart müalicəni və ya mövcud olan ən yaxşı müalicəni 

alan  qrup. 

 

Controlled trial 



/  

Контролируемое 

исследование

 / 

Nəzarət qrupu ilə 

müqayisənin 

aparıldığı tədqiqat  

növü  

 

-

 



hal-hazırkı  və ya keçmiş  əlamətlər  əsasında öyrənilən 

halın olduğu və olmadığı insanların müqayisəsini aparan 

tibbi tədqiqat.  Əsasən, öyrənilən halın ondan əvvəlki 

ekspozisiya ilə (həmin halın yaranmasının ehtimal olunan 

səbəbi)  əlaqəli olub-olmadığını  aşkar etmək məqsədi ilə 

aparılır. 

 

Correlation

 /  

Корелляция

 / 

Korrelyasiya 

 

-

 



müxtəlif hadisələr və ya nəticə göstəriciləri arasında olan 

qarşılıqlı əlaqə 

 

 

 



 

4



Cost analysis

 /  

Анализ затрат 

Xərclərin təhlili  

 

-

 



iki müdaxilənin onların xərclərinə  əsaslanaraq müqayisə 

edilməsi; bu təhlil növündə klinik nəticələr deyil, yalnız 

profilaktika və müalicəyə  sərf olunan xərclər müqayisə 

olunur. 


 

 

Cost-benefit analysis

 / 

Анализ выгодности 

затрат

 / 

 Xərc-fayda təhlili –  

 

-

 



iqtisadi qiymətləndirmənin bir növüdür. Hər hansı bir 

müdaxilənin xərcləri və onun tətbiqi zamanı mümkün 

olan nəticələr (ömrün uzunluğu və keyfiyyəti  daxil 

olmaqla) nəzərə alınır; nəticə pul ekvivalentində göstərilir. 

 

 

Cost-effectiveness 

analysis

 / 

Анализ 

эффективности 

затрат

 / 

Xərc-effektivlik təhlili  

 

-

 



iqtisadi qiymətləndirmənin bir növüdür. Təhlildə  

müdaxilənin nəticə vahidinə düşən xərc hesablanır. 

Məsələn, bir qorunmuş həyata  və ya AT-nin 1 mm c. süt. 

aşağı düşməsinə çəkilən xərc. 



 

 

Cost minimization 

analysis

 / 

Анализ минимизации 

затрат

 / 

Xərclərin 

minimallaşdırılması  

təhlili  

 

-

 



xərclərin təhlilinin bir növüdür. Eyni nəticəli 

müdaxilələrin təhlili üçün onların xərcləri müqayisə 

olunur. 

 

 



Cost-utility analysis

  /  

Анализ полезности 

затрат

 / 

Xərc-xeyir  təhlili.   

 

-

 



xərc-effektivlik 

təhlilinin bir növüdür. Təhlildə 

müdaxilənin nəticəsi standartlaşdırılmış  şərti vahidlərlə 

ölçülür: –  keyfiyyətə görə uyğunlaşdırılmış  həyat ili  

(QALY)    əlilliyə görə uyğunlaşdırılmış  həyat ili 

(DALY) 

 

Cross-sectional trials

 / 

Поперечные 

исследования

 / 

Köndələn tədqiqatlar 

(birmomentli 

tədqiqatlar)  

 

-

 



bu növ tədqiqatlar zamanı  iştirakçılar  yalnız bir dəfə 

müayinə  olunur. Adətən, belə müayinələr nisbətən qısa 

müddət  ərzində aparılır, bu isə populyasiyanın bəzi 

xüsusiyyətləri haqqında məlumat əldə etməyə, sanki onun 

köndələn kəsiyini aparmağa imkan verir. 

 

DALY 

(

Disability 



Adjasted Life-Year



Продолжительность 



жизни с поправкой на 

инвалидность 

 

-

 



ə

lilliyə görə uyğunlaşdırılmış həyat ili   

 

 

5




Decision analysis

 / 

Анализ принятия 

решений

  / 

Qərar qəbul 

edilməsinin təhlili  

 

-

 



qeyri-müəyyənlik  şəraitində  optimal klinik qərarın 

seçilməsinə sistematik yanaşma.    Mümkün qədər  çox 

sayda alternativ klinik nəticələrin sadalanmasını, onların 

ehtimalının müəyyən olunmasını, məqbulluğunu və, 

nəhayət, hər mümkün müdaxilənin seçilməsinin nisbi 

məqsədəuyğunluğunun kəmiyyət analızini özünə daxil 

edir. 

 

Descriptive trial

  / 

Описательные 

исследования

 / 

Təsviri tədqiqatlar  

 

-

 



bir və ya bir neçə  xəstələnmə hadisəsini,  yaxud 

populyasiyanın xüsusiyyətlərini təsvir edən tədqiqat 

növü.  Müayinə tipli tədqiqat bu tədqiqat növünə aid 

edilir. 


 

Ecological  study/ 

Екологическое 

исследование 

Ekoloji tədqiqatlar  

 

-

 



müxtəlif 

ə

razilərdə yaşayan populyasiyaların 



xüsusiyyətlərini müqayisə edən tədqiqat növü. Belə 

tədqiqatlar nəticəsində, məsələn, xəstələnmə ilə  insanların 

qidalanma xüsusiyyətləri və ya havanın çirklənməsi 

arasında olan əlaqəni araşdırmaq mümkün olur. 

Müqayisə  fərdlər  arasında deyil, əhali  qrupları arasında 

aparılır.  Əhali qrupu kimi eyni  coğrafi  ərazidə yaşayan 

insanlar götürülür.   

 

Economic analysis



 / 

Экономический анализ

 /

  

İqtisadi təhlil   

 

-

 



tələb olunan xərclər baxımından tibbi müdaxiləni və 

xəstəliyin nəticəsini təhlil edən tədqiqat növü 

 

Economic evaluation

 / 

Экономическая оценка

 / 

İqtisadi 

qiymətləndirmə  

 

-

 



iki və ya daha çox müdaxilənin həm xərc, həm də 

nəticələrinin müqayisəsi. 



 

-

 



müdaxilənin ideal şəraitdə effektivliyi. Potensial 

effektivlik daha çox “müdaxilə  işləyə bilərmi?” sualına 

cavab verir. Məsələn,  müalicəyə tam riayət edildikdə 

onun nəticəsi.  



Efficacy /  

Действенность 

вмешательства / 

Müdaxilənin potensial 

effektivliyi 

-

 



digər müdaxilə (və ya müdaxilənin olmaması) ilə 

müqayisədə hazırkı müdaxilənin mənfi nəticənin 

ə

mələgəlmə ehtimalını azaltma dərəcəsi, məsələn, ölüm 



hallarının,  əlilliyin  azaldılması.    Effektivlik  daha  çox 

müdaxilə işləyirmi sualına cavab verir. Yəni real şəraitdə 

müdaxilənin  nəticəsi  varmı.  İdeal  şəraitdə  işləyən 

müdaxilə  müxtəlif  səbəblərdən  xəstələrin  ona  tam  riyaət 

etməməsi    nəticəsində  işləməyə  bilər.  Məsələn,  yanaşı 

təsirlər səbəbindən xəstələrin dərmandan imtina etməsi.

 

Effectiveness 



Эффективность 

вмешательства /

 

Müdaxilənin 

effektivliyi  

 

 

6




Evidence Based 

Medicine

 /  

Научно-доказательная 

медицина

 / 

Sübutlu təbabət 

 

-

 



yalnız yüksək keyfiyyətli tədqiqatlar nəticəsində  təsiri 

sübuta yetirilmiş    müdaxilələrdən istifadəni qəbul edən 

tibbi praktika metodu 

 

Exposure /  



Экспозиция

 / 

Ekspozisiya  

 

-

 



xəstəliyə səbəb ola biləcək faktorla (məs. siqaret çəkmə və 

ya ionlaşdırıcı  şüalanma)  insanın təması. “Ekspozisiya” 

termini, həmçinin, kənar təsirin kəmiyyət xüsusiyyətlərinə 

də aiddir. Ekspozisiya yalnız zərərli deyil, həm də faydalı 

ola bilər, məsələn, vaksinə qarşı ekspozisiya. 

 

Exclusion criteria /  



Критерии исключения / 

Xaric etmə meyarları 

(kriteriləri)  

 

-

 



iştirakçıları populyasiyadan seçim qrupuna daxil 

etməmək üçün müvafiq meyarlar. 

 

Generalisability

 /  

Обобщаемость или 

генерализация



Ümumiləşdirmə 

(və ya generalizasiya)    

 

-

 



seçilmiş  tədqiqat nəticələrinin populyasiyaya və ya eyni 

patologiyası olan  digər xəstələrə və ya analoji iş şəraitində 

çalışan digər qruplara  şamil edilməsi 

 

Gold standard / 



Золотой стандарт / 

Qızıl standart 

-

 



hal‐hazırda geniş qəbul edilmiş və ən yaxşı hesab olunan 

mövcud metodika və ya prosedura  

 

Heterogeneity / 

Гетерогенность

 / 

Nəticələrin 

heterogenliyi  

 

-

 



tədqiqatdan alınan nəticələrin  əhəmiyyətli  dərəcədə 

fərqlənməsi. Adətən, ümumiləşdirilmiş nəticə alınmasının 

mümkün olmadığını göstərir. 

 

Incidence

 

 /  

Инсиденс

 / 

İnsidens  

 

 

-

 



populyasiyada müşahidə edilən yeni halların tezliyi. 

 

Inclusion criteria



 /  

Критерии включения

 / 

Daxil etmə meyarları 

(kriteriləri)  

 

-

 



iştirakçıları populyasiyadan seçim qrupuna daxil etmək 

üçün müvafiq meyarlar. 

 

 

İnformed consent



 / 

Информированное 

согласие 

Məlumatlı razılıq   

 

-

 



tədqiq olunan müdaxilənin aparılmasına potensial 

iştirakçının razılığı. Razılıq, iştirakçıya tədqiqatın bütün 

aspektləri haqqında məlumat verildikdən sonra 

alınmalıdır. 

 

 

7




Masking (blind study

) / 

Маскировка (слепое 

исследование) / 

Maskalanma  

(gözübağlı üsul)  

 

-

 



tədqiqatın aparılma üsuludur. Bu metod zamanı tədqiqat 

iştirakçıları (birtərəfli gözübağlı  tədqiqat)  (single blind 

trial) və ya həm tədqiqat iştirakçıları, həm də  tədqiqatı 

aparanlar (ikitərəfli gözübağlı  tədqiqat) (double blind 

trial) hansı qrupa mənsub olduqlarını, diaqnostik test 

nəticələrini, ekspozisiyaya məruz qalıb-qalmadıqlarını 

bilmirlər. Klinik tədqiqatlarda 

ə

sas məqsəd 



randomizasiya nəticələrinin maskalanmasıdır. Sistematik 

səhvlərin azaldılması üçün müxtəlif strukturlu 

tədqiqatlarda bu üsuldan istifadə olunur. 

 

Metha-analysis /  



Мета-анализ

 / 

Meta-analiz  

 

-

 



bir neçə tədqiqat nəticələrinin statistik ümumiləşdirilməsi 

üsulu. 


 

Number needed to 

treat (NNT) / 

Число больных, 

которых необходимо 

лечить (ЧБНЛ) 

Müalicə olunmalı 

xəstələrin sayı (MOXS)  

 

-

 



bir arzuolunmaz klinik nəticənin qarşısının alınması üçün 

müəyyən müddət 

ə

rzində üzərində müdaxilə 



aparılmasına ehtiyac olan insanların sayı. Bu göstəricinin 

təhlili zamanı müdaxilənin növünü, onun davamlılığını 

və qarşısı alınan arzuolunmaz klinik nəticəni göstərmək 

lazımdır. 

 

Observational trials / 

Обсервационные 

исследования / 

Observasiya 

tədqiqatları (müşahidə 

tədqiqatları)  

 

-

 



bu tədqiqatlar tədqiqatçının heç bir müdaxiləsi olmadan, 

hadisələrin  təbii inkişafının müşahidə edilməsilə aparılır. 

Belə  tədqiqatlara koqort,  köndələn və  nəzarət qrupu ilə 

müqayisə olunan tədqiqat növləri aid edilir. 

 

Odds / 

Шансы / 

Şanslar 

-

 



hadisənin baş verməsi ehtimalının onun baş verməyəcəyi 

ehtimalına olan nisbəti.   

 

Odds ratio / 

Отношение шансов / 

Şansların nisbəti 

-

 



hər hansı bir təsirə  məruz qalmış qrupda şansların bu 

təsirə məruz qalmamış qrupdakı şanslara nisbəti 

 

Outcome /  

Исход /

 

Nəticə  

 

-

 



xəstəliyin yaranması, inkişaf etməsi, sağalması  və digər 

proseslər haqqında məlumat verən haldır. Nəticələr  

klinik baxımdan  əhəmiyyətli (əsas) (ölüm halları, 

remissiya müddəti, həyatın keyfiyyəti) və ikinci dərəcəli 

(surroqat) (arterial təzyiq, sümük toxumasının sıxlığı) olur. 

 

-



 

müdaxilənin olmadığını maskalamaq üçün kontrol 

qrupuna daxil edilmiş klinik tədqiqat iştirakçılarına 

verilən təsirsiz maddə. Belə  həb və ya kapsulların 

tərkibində bioloji təsirə malik maddə olmur. 

Placebo / 

Плацебо /

  

Plasebo  

 

 

8




Population /  

Популяция / 

Populyasiya  

 

-

 



(epidemioloji mənada) ərazidə yaşayan bütün insanlar və 

ya eyni xəstəliyi olan insanlar, yəni tədqiqat nəticələrinin 

ümumiləşdirildiyi insanların cəmi. Buna uyğun olaraq, 

populyasiyadan seçim qrupu elə tərtib olunmalıdır ki, o,  

populyasiyanın  ən vacib xüsusiyyətlərini özündə  əks 

etdirə bilsin. 

 

Prevalence / 

Преваленс

 /

  

Prevalens  

 

-

 



ə

lamətin (xəstəliyin, vəziyyətin, ekspozisiyanın) 

populyasiyada nisbi tezliyi 

 

Prognosis



 /  

Прогноз / 

Proqnoz 

 

-

 



bu və ya digər xəstəlik zamanı ehtimal olunan  klinik 

nəticələr və onların mümkün inkişaf variantları 

 

QALY  

(Quality Adjusted Life-

Year)   

Продолжительность 

жизни с поправкой на 

ее качество 

 

-

 



keyfiyyətə görə uyğunlaşdırılmış həyat ili   

 

Survival analysis /  



Анализ выживаемости / 

Sağ qalmanın təhlili    

 

-

 



ölüm dinamikasını qiymətləndirmək üçün   xəstələrin sağ 

qalması haqqında olan məlumatların statistik təhlili 

metodudur. Bu metod vəziyyətləri haqqında  yalnız qisa 

müddət üçün məlumat olan pasiyentlər də daxil olmaqla,  

bütün pasiyentlər haqqında məlumatlardan istifadə 

etməyə imkan yaradır. 



 

Randomization 

/  

Рандомизация

 / 

Randomizasiya  

 

-

 



populyasiyadan insanların təsadüfi seçilməsi və ya 

insanların eksperimental qruplara təsadüfi  şəkildə 

yerləşdirilməsi    prosesi.  Təsadüfi rəqəmlərin alınması 

üçün istifadə olunan xüsusi metodlar vasitəsilə aparılır 

(təsadüfi rəqəmlər cədvəli, metal pulun atılması, xüsusi 

kompüter proqramları və s.). 

 

Randomised trial 

 / 

Рандомизированное 

исследование

 / 

Randomizasiya üsulu 

ilə aparılan klinik 

tədqiqat  

 

-

 



tədqiq olunan hal üzrə böyük sayda qrupdan pasiyentlər 

seçilir, sonra həmin pasiyentlər randomizasiya  üsulu ilə 

(təsadüfi seçim üsulu ilə)   iki hissəyə bölünürlər: 

eksperimental (müdaxiləyə məruz qalan) və nəzarət və ya 

kontrol (müdaxilə aparılmayan). Tədqiqatçılar  xəstəliyin 

gedişini hər iki qrupda müşahidə edib, nəticədəki fərqi 

öyrənilən müdaxiləyə aid edirlər. 

 

 



 

 

9




Rate

 /  

Вероятность

 / 

Ehtimal  

 

-

 



müəyyən xəstəlik və ya vəziyyətin mövcudluğunun 

(diaqnostik testlərin tədqiqatı zamanı) və ya klinik 

nəticənin inkişaf etməsinin (müalicə metodlarının 

tədqiqatı zamanı) həqiqətə  nə  dərəcədə uyğun olmasını 

ə

ks etdirən göstərici. 



 

Relative frequency / 

Относительная 

частота

 / 

Nisbi tezlik   

 

-

 



populyasiyaya  və ya ondan seçilmiş hissəyə aid olan 

hadisələrin sayı. Məs. Müşahidə olunan 36 uşağa 2 

xəstəlik halı. Adətən, vahidin hissələri ilə (0.06), faizlə 

(6%) və ya standart rəqəmlərlə (hər 1000  nəfərə 55) 

göstərilir. 

 

Relative risk

 /  

Относительный риск

 / 

Nisbi risk (və ya 

risklərin nisbəti)  



 

-

 



müəyyən klinik nəticənin hər hansı bir faktorun təsirinə 

məruz qalmış  şəxslərdə  və bu faktorun təsirinə  məruz 

qalmamış şəxslərdə  əmələ gəlməsi ehtimallarının nisbəti. 

 

Representativeness / 



Репрезентативность

 / 

Reprezentativlik  

 

-

 



seçim tədqiqatı aparıldığı zaman seçim qrupu elə 

prinsiplə  tərtib olunmalıdır ki, qrupun xüsusiyyətləri 

populyasiyanın xüsusiyyətlərini özündə  əks etdirsin. Bu, 

tədqiqat nəticələrinin ümumiləşdirilməsi üçün əsas 

prinsipdir. 

 

Sample group /  



Выборка

 / 

Seçim qrupu  

 

-

 



populyasiyaya məxsus xüsusiyyətləri öyrənmək üçün 

populyasiyadan seçilmiş insan qrupu. Qrupun ölçüləri 

elə prinsiplə seçilir ki, tədqiqatın həssaslığını kifayət qədər 

təmin edə bilsin. Randomizasiya (təsadüfi seçmə) üsulu 

ilə insanların qrupa daxil edilməsi isə sistematik səhv 

ehtimalını azaldır. 



 

Screening / 

Скрининг /

  

Skrininq 

 

-

 



xəstəliyin erkən aşkar olunub müalicə edilməsi üçün, 

xəstəlik əlamətləri olmayan insanların müayinəsi 

 

Sensitivity (Se)

 /  

Чувтвительность 

диагностическая / 

Diaqnostik həssaslıq  

 

-

 



xəstəliyi olan insanların diaqnostik testə müsbət reaksiya 

verən hissəsi 

 

Side effect / 

Побочные эффекты / 

Yanaşı təsir   

 

-

 



tibbi müdaxilənin, həkim tərəfindən məqsədli  şəkildə 

planlaşdırılmamış, gözlənilmədən və ya müdaxilənin 

məlum olan təsirinin davamı kimi əmələ gəlmiş təsiri. 

 

 



 

 

 10




Specificity (Sp)

 /  

Специфичность 

диагностическая

 / 

Diaqnostik spesifiklik  

 

-

 



xəstəliyi olmayan insanların diaqnostik testə  mənfi 

reaksiya verən hissəsi. 

 

Statistical power

 /  

Статистическая сила

 



Statistik həssaslıq  

 

-

 



tədqiqatın iştirakçı qruplar arasındakı  fərqi,  əlamətlər 

arasında olan asılılığı və digər qanunauyğunluqları  aşkar 

edə bilmək qabiliyyəti. Tədqiqatın strukturu nə  qədər 

mükəmməl və  iştirakçıların sayı  nə  qədər çox olarsa,  

statistik həssaslıq bir o qədər yüksək olar. Adətən, 

keyfiyyətli tədqiqatlarda  statistik həssaslıq 80%-dən aşağı 

olmamalıdır.  

 

Statistical significance



 

/  

Статистическая 

значимость

 / 

Statistik əhəmiyyət  

 

 

-

 

tədqiqat nəticəsinin (məsələn, ölüm hallarının 



azaldılması) həqiqətən mövcud olması  dərəcəsi, yəni 

nəticənin təsadüfi xarakter daşımadığının göstəricisi. 

Statistik metodlar müdaxilə ilə  nəticə arasında olan 

ə

laqənin aparılan tədqiqatdakı  qədər və ya ondan daha 



böyük ölçüdə olmasının nə  dərəcədə  təsadüfi xarakter 

daşıması ehtimalını qiymətləndirməyə imkan verir. 

Statistik  əhəmiyyətin səviyyəsi (ά-səviyyə) tədqiqatçı 

tərəfindən müəyyən olunaraq, keyfiyyətli tədqiqatlarda 

5%-dən aşağı olmamalıdır.  

 

Study design



 /  

Структура 

исследования

 / 

Tədqiqatın strukturu 

(dizaynı)   

 

-

 



tədqiqat iştirakçılarının seçilməsini, onların altqruplara 

bölünməsini, iştirakçılara müdaxilənin mövcudluğunu və 

qiymətləndirmələrin aparılma qaydasını özündə 

birləşdirən tədqiqat planı (tədqiqatın təşkili). 

 

Survey

 /  

Опрос

 / 

Sorğu    

 

-

 



bu tədqiqat,  tədqiqat iştirakçılarının sorğu aparan şəxsin 

suallarına, yaxud sorğu vərəqində  və ya kompüter 

proqramında  toplanmış suallara cavab verməsi vasitəsilə 

aparılır 

 

Systematic review

 / 

Систематический 

обзор

 / 

Sistematik icmal  

(xülasə)  

 

-

 



digər  klinik tədqiqatların nəticələrini təhlil edən və 

qiymətləndirən tədqiqat növüdür. Bu tədqiqat zamanı  

istifadə olunan metodikalar sistematik səhvin minimum 

səviyyəyə endirilməsinə imkan yaradaraq qoyulan klinik 

sualı cavablandırır. 

 

Relative risk / 



Относительный риск / 

Nisbi şanslar (və ya 

şansların nisbəti)  



 

-

 



müəyyən klinik nəticənin müdaxilə  və  nəzarət 

qruplarında əmələ gəlməsinin  nisbəti 

 

 11



Treatment and 

Diagnostic algorithm

 / 

Алгоритм лечебный 

или диагностический

 / 

Müalicə və ya 

diaqnostika alqoritmi 

 

-

 



müəyyən klinik vəziyyətlərdə  xəstələrə    göstərilən 

yardımın ardıcıl, aydın və təfsilatlı təsviri.  

 

 

 



Variability /  

Вариабельность / 

Variabellik  (V) 

(dəyişkənlik)  



 

-

 



bir (fərd daxili V) və ya bir neçə    şəxsdə (fərdlərarası V) 

hər hansı bir  əlamətin təkrar ölçülməsinin nəticələri 

arasında olan fərqlənmə  dərəcəsi. Ayrı-ayrı  tədqiqatların 

nəticələri arasında fərq  əhəmiyyətli dərəcədə olduqda 

onları “heterogen” adlandırırlar. 

 

 

 12



Yüklə 431,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin