Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə33/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   29   30   31   32   33   34   35   36   ...   153
Nitq-mədəniyyəti(1)

Çalışma 37. 
Bir nəfəri yuxarı vəzifəyə irəli çəkmək üçün 
səlahiyyətli ərqana 
təqdimat 
yazın. 
61 


ZAHİRİ 
va 
DAXİlİ (lAll NİTQ 
ünsiyyət şəraitindən asılı olaraq şifahi monoloji nitq zahiri və 
daxili formalarda təzahür edir. 
Zahiri nitq 
danışıq səsləri ilə ifadə olunan, başqalarına 
ünvanlanan və eşidilmək üçün nəzərdə tutulan nitqdir. Bu nitqə 
aydınlıq, səlislik, ardıcıllıq, təsirlilik, ahəngdarlıq kimi keyfiyyətlər 
xasdır. Nitqin bu şərtləri normal, nitq qüsuru olmayan, necə deyərlər, 
ağlı başında olan hər adama aiddir. 
İnsan öz zahiri nitqində cəmiyyətlə "nəfəs alır", onun bütün 
qayğıları, sosial həyatı, siyasi baxışı, etnik və əxlaq normalan burada 
özünü göstərir. Hər kəs şəraitdən, harada olmasından, kiminlə 
danışmasından asılı olaraq öz nitqinə düzəliş edə bilir. Onun ailədə, 
yaxın ətrafı arasında olan nitqi ictimai yerdə, başqaları ilə 
danışığından ideya və məzmun cəhətdən fərqləndiyi kimi, quruluşuna 
görə də fərqlənir. Doğrudur, zahiri nitq insandan öz fikrini dilə 
gətirərkən məsuliyyət hissini saxlamağı, ədəb-ərkan qaydalarını 
unutmamağı tələb edir. 
D
AX
İ
L
İ
 
(
LAL
)
nitq 
insanın öz-özünə danışması prosesidir. Bu 
tələffüz olunmayan səssiz nifqdir. Daxili nitq zahiri nitqin 
yaranmasına xidmət göstərir. İnsan əvvəlcə düşünür, fikirlərini 
nizama salır, daxili nitqini hazırlayır, yalnız bundan sonra zahiri nitqə 
keçir. Beləliklə, insanın daxili, öz-özünə nitqi yaranır. O, təfəkkürlə 
bağlı olduğundan onu intellektual nitq də adlandırırlar. 
İnsan daxili nitqinin köməyi ilə olmuş və olacaq hadisələri fikrinə, 
xəyalən göz önünə gəfirir, nəyəsə təəssüflənir, nəyisə qürurla yad 
edir, köks öfürür, bəzən də ah çəkir, onlara öz münasibətini bildirir, 
özü ilə həsbi-hal edir, "necə olsaydı, daha yaxşı olardı" - fikrinin 
üsfündə ani olaraq dayanır, fərziyyələr yürüdür. Daxili nitq zamanı 
insan sanki özü ilə dialoqa girir, səssiz cümlələrlə monoloqunu davam 
etdirir. 
Fikir daxili nitqdə formalaşır, dilə gəlir, sözlərlə hazır şəkildə 
zahiri nitqə çevrilir. Zahiri nitqdə təfəkkür fəaliyyətdə olub 
6Z 


müəyyən məqsədə xidmət edir, monoloji formada şifahi və yazılı 
nitqdə təzahür tapır. 
Məktəbəqədər yaşlı uşaqlarda daxili nitq zəifdir. Onlar 
fikirləşdiklərini kiməsə, nəyəsə (kuklaya, maşina, oyuncağa, heyvana, 
quşa və s.) yaxud özü-özünə deyir, sual verir, onların əvəzinə cavabını 
da verir, analiz-sintez etməyə çalışır, lakin bunları az-az hallarda 
ucadan söyləyir, əksinə, alçaq səslə, pıçıltı ilə deməyə səy göstərir, 
kiməsə eşitdirmək iştəmir, sözünü gizli saxlamağa çalışır. Kiçik 
yaşlardan ev quran, şəkil çəkən, əşyalarla oynayan, təkbaşına domino, 
dama, nərd oynayan (əgər ailədə lazımi fiqurlar, daşlar varsa) uşaqlar 
sorğu-sual olmadan ucadan, səsli danışığa girib kiminləsə həmsöhbət 
olmamışdan əvvəl daxili nitqlə düşünməyi, düşündüklərimi fikrinə 
gətirərək sözlərə, dilə, ünsiyyət vasitəsinə çevirməyi lazımınca 
bacarmırlar. Bu halı uşaqların ümumi inkişaf səviyyəsinin göstəricisi 
kimi, əqli, zehni düşüncənin zəif formalaşması kimi də yozmaq olar. 
Daxili nitq, əsasən, söz sənətkarlarında - şair və yazıçılarda 
güclüdür. Şeir yazanlarda daxili nitq həmişə zahiri yazılı nitqdən 
qabağa düşür və yazıçılara nisbətən daha erkən yaşlardan başlanır. 
Şeirin nə olduğunu biləndən, heca, qafiyə, rədif haqqında fikir, 
mülahizə formalaşandan soma məktəb illərində (kimi lap erkən, kimi 
yuxarı yaşlarda) onlar qəlblərindən keçənləri ipə- sapa düzməyə, dilə 
gətirməyə, səsli, zahiri nitqə keçməyə can atırlar. Burada ailənin, 
bağçanın rolunu da kiçiltmək olmaz. Söz deməyi, söz incilərini 
qiymətləndirməyi bacaran, şeiri, nəğmə, mahnı, bayatıları məlahətlə 
söyləyən, kitablardan uca səslə oxuyub eşitdirməyi xoşlayan şəxslərin 
əhatəsində olanlarda bu proses daha güclü gedir. Əlbəttə, məqalə 
yazmağı bacarmayanlar hekayə yazmağa girişməzlər. Alimlərə 
gəldikdə isə nəticələr bilavasitə dərin təfəkkürün məhsulu olduğu 
üçün onlar öz növbələrini hələ ali məktəb skamyalarında əyləşəndən 
sonra işə girişə bilərlər. Axı onlar elmi axtarışların nəticələrini 
ümumiləşdirib, mülahizələrini ardıcıl, sistemli şəkildə, terminlər, 
düsturlar, sxemlər, rəqəmlərlə formalaşdırmalı olurlar. 
63 


Daxili nitqi siyasətdən, etik normalardan uzaq nitq kimi 
xarakterizə edənlər də vardır. Bu fikir hər məqamda özünü 
doğrultmur. Daxili nitq eşidilmək üçün olmadığından bəzi insanlar 
özündə sərbəstlik hiss edir, fikrindən keçən vulqar, loru sözləri, arqo 
və jarqonları, dialektizmləri, məhəlli sözləri düşünməkdə, işlətməkdə 
sərbəstdirlər, çünki başqasının yanında deyilməyən, yaxud 
yazılmayan söz və ifadələr, söyüşlər, qarğışlar onsuz da dildə 
mövcuddur və nitq sahibi onların mənasını başqaları kimi yaxşı dərk 
edirlər. Bu, çox ciddi məsələdir, amma ciddi olan, öz mənliyini uca 
tutan, nitq mədəniyyətinin, əxlaq normalarının sirlərini bilən mədəni 
adam heç vaxt öz daxili nitqində deyilmə- si məqbul sayılmayan söz 
və ifadələri hətta öz ailəsinin yanında belə işlətməz (4, səh. 142) 
Daxili nitqə ədəbi bədii əsərlər içərisində ən çox dramatik 
növlərdə rast gəlirik. Bu nitq manerasına, quruluşuna və dil 
vahidlərindən istifadəsinə görə bədii bir priyom kimi seçilir. Dram 
əsərlərində daxili nitq personaj lan müşayiət edir, gah obrazın 
replikasından əvvəl, gah da sonra gələrək müəllifin münasibətini
personajın daxili düşüncəsini əks etdirməyə yönəlir, tamaşaçıları 
obrazın daxili aləmini görməyə hazırlayır. Müəllif replikalardan 
əvvəl, yaxud surətin adından sonra mötərizədə "səktə", "öz-özünə, 
"öz-özünə yavaşca", "öz-özünə mmldamr (deyinir, donquldanır)", 
"fikrə gedir", "öz-özündən soruşurmuş kimi" və s. söz, söz 
birləşmələri, elliptik cümlələr işlədir. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin