30. TƏLİQƏ
"Təliqə"
ərəb mənşəli
"əlaqə"
sözündəndir,
rəsmi məktub
mənasındadır. Bir idarənin başqa bir idarəyə, təşkilata yaxud vəzifəli
bir şəxsə rəsmi xarakterli müraciət formasıdır. Təliqə, adətən, yüksək
vəzifəli şəxsə, idarəetmə orqanlarının aidiyyatı olan təşkilatın
ünvanına göndərilir. Təli qənin sol küncündə idarənin ştampı,
ştampda idarənin adı, ünvanı, tarix və göndərilmə nömrəsi qeyd
olunur.
Nümunə:
150 saylı orta məktəbin direktoruna
Hörmətli cənab M.Sadixov
İyun ayının 10-da məktəblərdə təlim-tərbiyə işlərinin ümumi
vəziyyəti müzakirə olunacaqdır. Yığıncaqda Sizin və rəhbərlik
etdiyiniz məktəbin tədris işləri üzrə direktor müavininin məlumatı
dinləniləcəkdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Dostları ilə paylaş: