- Yenə axmaq-axmaq danışırsan ha, mənə axmaq adamın ömrü
lazım deyil...
Əlqərəz, Cəlil məndən dönə-dönə üzr istədi, qanmadığını, başını
daşa döydüyünü dedi və bildirdi ki, səhv edir, sözü bir az köntöy
çıxıbdır... Mən də onu bağışladım, əlacım yox idi... Axı mən
müəlliməm. Çox belə qanmazları bağışlayıb müəllimlər... (Şamil
Zaman, Qarabağları tərənnüm edirəm, səh. 120)
Çalışma 30.
Pyesi
oxuyun, dialoji nitqin xüsusiyyətlərini deyin, mikrodialoq haqqında
fikirlərinizi izah edin:
Təbrizdə, yoxsul Musanın evi, Nəbi yaralıdır. Yataqda
uzanmışdır. (Qapı döyülür. Qasım dayı kiçik səbətdə Nəbiyə üzüm
gətirir).
Nəbi: - Aha, Qasım dayı, xoş gördük səni.
Dostları ilə paylaş: