NİTQİN MÜNASİBLİYİ. Nitqin münasibliyi üçün misallar və
sitatlar elə seçilməlidir ki, kənkret dil situasiyalarının, ədəbi
üslubların, zəruri söz və ifadələrin işlədilmə qanunauyğunluğu nəzərə
alınsın. Ünsiyyətin müxtəlif sahələrinə xidmət edən funksional
üslublann hər birinin özünəməxsus dil materialını seçmə və işlətmə
üsullan vardır.
Bədii yazıda dil elementlərinin uyğunluğu digər yazı növlərindən
fərqlənir. Bədii əsərdə yazıçı janrdan asılı olaraq yaratdığı obrazlan
dövrün həyat nərmalanm gözləməklə bədii ifadə və təsvir vasitələri ilə
qələmə alır, xalqın sosial həyat
şəraitini yeri gəldikcə
İfazeələgizmlərlə, atalar sözləri və zərb-məsəllərlə, şifahi xalq
ədəbiyyatı nümunələri ilə zənginləşdirir, əxlaqi- psixoloji faktərlan ön
planda bədii sözün qüdrəti ilə nümayiş etdirir, insanlarda kiməsə
nifrət, kiməsə məhəbbət hissi ilə dəlu əsl sənət nümunələri yaradır.
Bu üslubda elmi terminlərə,
hər növ neoləgizmlərə, dilin
təmizliyini pozan yad-yabançı sözlərə, şablon, trafaret fikirlərə az rast
gəlirik. Amma işgüzar (rəsmi-kargüzarlıq, rəsmi- əməli) yazı
növlərində standart fərmalar üstünlük təşkil edir. Bunlar rəsmi
sənədlərin pozulmaz forması kimi sabitliyini saxlayır.
Nitq mübadiləsinin informasiya məqsədinə xidmət etməsi üçün
natiqdən dil strukturuna bələdlik və savad, dilin ifadə vasitələrindən
istifadə bacanğı, nitq vərdişi, materialın məzmunu və həcmi haqqında
aydın təsəvvür, dinləyici və ya əxucuya veriləcək məlumatın
zəruriliyi tələb əlunur. Bu zaman nitqin ünsiyyət mühitinə uyğunluğu,
dinləyən və ya oxuyanlann anlama səviyyəsinə müvafiqliyi nəzərdə
saxlanılır.
Nitqin münasibliyini şərtləndirən amillər içərisində aşağıdakılar
daha önəmlidir:
1)
Mövzunun (fikrin) məzmununa uyğun dil
materialının seçilməsi; 2) Dil vasitələrinin nitqin məqam və şəraitinə
uyğunluğu; 3) Nitq üslubundan asılı
olaraq dil vasitələrinin
məqsədəuyğunluğu; 4) Dil materialının natiqin şəxsiyyətinə, yaşma,
savadına, dünyagörüşünə, sənətinə uyğunluğu.
Nitq prosesində kimin kimlə, hansı şəraitdə (təklikdə, yoxsa
auditoriya qarşısında, ya da ekran və ya efir vasitəsilə) infərmasiya
mübadiləsi aparması gözlənilməli, nitqin məzmunu, məqsədi,
istiqaməti aydın əlmalı, natiqin (müəllimin, lektorun,
mühazirəçi,
məruzəçi və ya çıxış edənin) nəzəri və praktik hazırlığı iştirak
edənlərin, dinləyən və ya əxuyanlann marağı dairəsində əhnahdır.
İctimai yerlərdə dövlət əleyhinə müəyyən sirləri danışmaq, dövlət
kəşfiyyat işlərindəki müəyyən məlumatlan danışmaq əl- maz. Hərbi
hissələrin nömrəsini, yerini bildirmək də bu qəbildəndir. Buna görə də
"N" hərfi ilə hissəyə işarə edilir. Yaxud, danışıqda əxlaq nərmalanna
görə heç kəs öz arvadının adını yad kişilər arasında çağırmır.
Ümumiyyətlə, azərbaycanlılar qadın- qız adlannı məclislərdə, ictimai
yerlərdə kişilər arasında çəkməyi düzgün saymırlar. Cavan gəlin və ya
ər hətta valideynlərinin yanında belə "mənim arvadım", "mənim ərim"
ifadələrini işlətmir, başqalannm yanında isə onların adlarını çəkməyi
əxlaq qaydalarına görə münasib görmürlər. Dilçilikdə buna
tabu
deyilir. Elə bu səbəbdən A.Bakıxanəvun "Kitabi-Əsgəriyyə" əsərində,
Ə.Haqverdiyevin "Xəyalat" pyesində, A.Şaiqin "Məktub yetişmədi"
hekayəsində qadın obrazı verilməmiş, qadın adı çəkilməmişdir.
Keçmiş əxlaq normalarına görə kişi arvadının adını böyüklərinin
yanında deyə bilməzdi, "uşaqların anası" və ya "filankəsin qızı" (əgər
tanınmış kişinin qızı idisə) deyə işarə edərdi.
Bu hal başqa xalqlar
üçün xarakterik deyil. Ruslar "maya je- na", fransızlar "ma fam"
deməkdən nəinki çəkinmirlər, əksinə, qürur duyurlar.
Yaxşı danışmaq, sərt mənanı yumşaltmaq üçün evfemizmlər- dən
də istifadə olunur. "Yox" əvəzinə "xeyr"; "yalandır" əvəzinə "doğru
deyil", "həqiqətə uyğun deyil"; "xoş getdin" əvəzinə "xoş gəldin";
"demək" əvəzinə "buyurmaq"; "ölmək" əvəzinə "rəhmətə getmək",
"ömrünü bağışlamaq" və s. kimi sinonim söz və ifadələri işlətməyə
üstünlük verilir.
Nitqin münasibliyi üçün formaca eyni, məzmunca müxtəlif olan
sözlərə -
Dostları ilə paylaş: