Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə39/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   35   36   37   38   39   40   41   42   ...   153
Nitq-mədəniyyəti(1)

dəstək, bilgi, öncül, 
durum, anlam, bölgə, öncə, olay, yetərsay, özəl, önəmli, yaşam, 
tanıtım, təpki, öndər, çağdaş, dönəm, yüzillik 
və s. onlarla, yüzlərlə 
söz məna, səslənmə, tələffüz baxımından münasib və ruhumuza yaxın 
olduğu üçün çox tezliklə və asanlıqla ünsiyyət vasitəsinə çevrilmişdir. 
Dilimizdə 
kalka yolu 
ilə yaranmış sözlər də çoxalmaqdadır. 
Kalka üsulu 
dedikdə sözün milli, anlayışın uzun illər gəlmə dilə aid 
olması nəzərdə tutulur. Deməli, başqa dildən gəlmiş anlayışı dilimizin 
milli bazasından istifadə edərək adlandırırıq. Bura 
açıqca, dabankeş, 
əyləc, soyad, soyuducu, sərinkeş, tozsoran, yelçəkər 
və s. kimi 
sözlər daxildir. 
4.
Nitqin təmizliyini pozan amillər içərisində tüfeyli sözlərin də 
müəyyən qədər rolu var. Nitq zamanı cümlələr arasında əla 
80 


yaratmaq, yaxud işlədilməli olan zəruri sözü düzgün tapmayan 
şəxs boşluğu doldurmaq, fikrə "körpü" salmaq istəyəndə ya yersiz 
fasilələr edir, ya da mövzu ilə əlaqəsi olmayan ara söz və ya cümlə 
tipli söz birləşmələri 
(deməli, zaddı, şey, adı nədir, hansı ki, 
baxanda baxıb görürük ki, canım sənə desin və s.) 
işlətmək 
məcburiyyətində qalır. 
5.
Elmi üslubda işlədilməsi məqbul sayılmayan söz qrupları 
sırasına loru sözlər də daxildir. Ədəbi bədii üslubda işlənən bu sözlərə 
personajlann nitqində və canlı danışıqda rast gəlirik
gop eləmək, 
goplamaq, zollamaq, ağzından nallamaq, güpə- mək, angırmaq, 
donguldanmaq, burcutmaq, qatıqlamaq, eşşək, heyvərə, qoduq, 
tülkü, sən qıfılla, qırıldatmaq, çərənləmək, hırıldamaq 
və s. sözlər 
nitqdə rəqibini alçaltmaq, təhqir etmək, pis münasibət bildirmək 
məqsədi daşıyır. Söyüşlər, qarğışlar, ədəbsiz və qeyri-etik sözlər 
ictimai yerlərdə vulqar xarakterli olduğundan, mətbu əsərlərdə nitqin 
təmizliyi baxımından işlədilməsi caiz görülmür. 
6.
Kobud sözlər sırasında jarqonlar da qeyd olunmalıdır. Süni 
ünsiyyət vasitəsi sayılan 
jarqon 
sözlər cəmiyyətdə müəyyən qrup 
insanlar tərəfindən düzəldilir və elə onlar tərəfindən də başa düşülür. 
Jarqonlar öz fikirlərini başqalarından gizlətmək və ya 
başqalarından fərqlənmək üçün, konkret bir zümrə tərəfindən 
işlədilən elə sözlərdir ki, onlar adi halda müstəqil mənada işlədilib 
hamı tərəfindən anlaşılsa da, jarqon səviyyəsində başqa cür 
mənalandırılır. Məsələn: 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin