qə
yaratmaq, yaxud işlədilməli olan zəruri sözü düzgün tapmayan
şəxs boşluğu doldurmaq, fikrə "körpü"
salmaq istəyəndə ya yersiz
fasilələr edir, ya da mövzu ilə əlaqəsi olmayan ara söz və ya cümlə
tipli söz birləşmələri
(deməli, zaddı, şey, adı nədir, hansı ki,
baxanda baxıb görürük ki, canım sənə desin və s.)
işlətmək
məcburiyyətində qalır.
5.
Elmi üslubda işlədilməsi məqbul sayılmayan söz qrupları
sırasına loru sözlər də daxildir. Ədəbi bədii üslubda işlənən bu sözlərə
personajlann nitqində və canlı danışıqda
rast gəlirik;
gop eləmək,
goplamaq, zollamaq, ağzından nallamaq, güpə- mək, angırmaq,
donguldanmaq, burcutmaq, qatıqlamaq, eşşək, heyvərə, qoduq,
tülkü, sən qıfılla, qırıldatmaq, çərənləmək, hırıldamaq
və s. sözlər
nitqdə rəqibini alçaltmaq,
təhqir etmək, pis münasibət bildirmək
məqsədi daşıyır. Söyüşlər, qarğışlar, ədəbsiz
və qeyri-etik sözlər
ictimai yerlərdə vulqar xarakterli olduğundan, mətbu əsərlərdə nitqin
təmizliyi baxımından işlədilməsi caiz görülmür.
6.
Kobud sözlər sırasında jarqonlar da qeyd olunmalıdır. Süni
ünsiyyət vasitəsi sayılan
jarqon
sözlər cəmiyyətdə müəyyən qrup
insanlar tərəfindən düzəldilir və elə onlar tərəfindən də başa düşülür.
Jarqonlar öz fikirlərini başqalarından gizlətmək və ya
başqalarından
fərqlənmək üçün, konkret bir zümrə tərəfindən
işlədilən elə sözlərdir ki, onlar adi halda
müstəqil mənada işlədilib
hamı tərəfindən anlaşılsa da, jarqon səviyyəsində başqa cür
mənalandırılır. Məsələn:
Dostları ilə paylaş: