Milli Kitabxana
35
cəmi arvadlar ona həsrət aparacaqlar. Hə, qızım, görürəm ürəyin tələsiyir,
Məhərrəm bəy bu saat tədarükdədir. Deyir ki, gərək elə toy eləyəm ki, misli bu
şəhərimizdə olmamış ola.
G ü l z a r. Ağa, hərgah bunları mənə deməkdən qəsdin odur ki, məni onun
malına, puluna aldadasan, onda səhvin var. Mənim dünya malında tamahım
yoxdur.
H a c ı M u r a d. Qızım, sən hələ cavansan, dünya görməmisən. Xoşbəxtlik
ibarətdir maldan, dövlətdən.
G ü l z a r. Ağa, əgər mənim xoşbəxtliyimi istəyirsənsə, bu fikirdən daşın. Mən
heç vaxt Məhərrəm bəyə getməyəcəyəm.
H a c ı M u r a d. Qızım, deyəsən şadlığından dəli oldun. Sən xeyir-şərini
anlamırsan. Uşağa ata-anası acı dərman verəndə, onu özünə zəhər, ata-anasını da
zalım hesab edər, vəhalonki, onlar balasını istədiyindən edirlər.
G ü l z a r. Yenə təkrar edirəm ki, zəhər içib özümü öldürərəm, Məhərrəm bəyə
getmərəm.
H a c ı M u r a d. Bu sənin axırıncı sözündür?
G ü l z a r. Bəli.
H a c ı M u r a d. Çox əcəb, mən sənin xoşbəxtliyini istəyirəm. Məhərrəm
bəydə könlün yoxdur, bəs İmranla necə?
G ü l z a r (sevinclə). Ağa, mən səndən utanırdım, mənim ondan başqa bir
kəsdə könlüm yoxdur. Amma İmran inanmayırdı ki, sən məni ona verərsən. Mənim
məhəbbətim ondadır.
H a c ı M u r a d. Paho, siz mənsiz söz verib qurtarmışsınız, mənim xəbərim
yox imiş! (Rişxəndlə) Xeyir işiniz mübarək olsun, Gülzar xanım. Siz, mən Hacı
Muradı yaxşı tanımamısınız. Daha bəsdir, mən elə bilirdim ki, sən öz xeyrini başa
düşə bilərsən. Qanmazı qandırarlar. Sözsüz-zadsız dur get. Özün də tədarükdə ol.
G ü l z a r (atasının dizlərini qucub ağlaya-ağlaya). Ata, yazığın gəlsin, məni
bədbəxt etmə. Bu tökülən göz yaşıma rəhmin gəlsin. İki cavanın ahından qorx.
H a c ı M u r a d. Yox, yox, mən dediyimdən dönmərəm. Arvadın göz yaşı, ya
bir şeh, gün çıxar, qurudar.
G ü l z a r. Ata, allahdan qorx. Məhəbbət yolunda tökülən göz yaşını heç zad
quruda bilməz.
H a c ı M u r a d. Çəkil. Məhəbbət nədir, zad nədir? Sənə hər nə hökm edirəm,
əmələ gətir.
Milli Kitabxana
36
G ü l z a r (ayağa qalxıb). Məhəbbət nədir? Məhəbbət oduna yanmayana onu
qandırmaq mümkün deyil. Məhəbbəti dünya malına almaq olmaz. Məhəbbətə
hökm yoxdur.
H a c ı M u r a d. Məhəbbət odur ki, adamı dəli, axmaq edib, allah göndərən
neməti əlindən buraxır. Görürəm sən dəli olmusan. Amma dəlini də ağıllı etmək
mümkündür. Sənə üç gün möhlət verirəm. And olsun allaha, heç bir şeylə
dediyimdən dönmərəm. Di get, yaxşı fikir elə.
G ü l z a r. İndi ki, belə oldu. Mən də and içirəm o məhəbbətə ki, daşı
yumşaldıb rəhmə gətirərdi, səni gətirmədi, ya İmran, ya ölüm.
H a c ı M u r a d.İmran! Bir o qalmışdı ki, cəmi şəhərdə biyabır olub öz
nökərimə qız verəm. Get, İmrandan bilmərrə əlini üz.
G ü l z a r. Yaxşı, dünyadan bilmərrə əlimi üzərəm. (Çıxır.)
H a c ı M u r a d (tək) Bilirdim ki, belə olacaqdır. Yox, İmranı qovmasam, iş
düzəlməyəcəkdir. İmran gedəndən sonra ümidi kəsilib razı olar. Qızın dediyinə
bax! Məhəbbət dünya malına aldanmaz. Məhəbbətə hökm yoxdur. Məhəbbət, bax,
budur ki, üstündə oturmuşam. Bunsuz nə məhəbbət? Bu məhəbbət-məhəbbət
deyənləri verələr dama salam, ağzını da bağlayam. Görəsən necə acından,
suzundan bir-birinin ətini yeyib qanını içərlər.
N a b a t (təngnəfəs içəri yüyürüb). Ağa, muştuluğumu ver, Şərəf xanım gəldi.
H a c ı M u r a d. Səfeh qızı səfeh. Elə yüyürür ki, deyəsən yanğın var. Çox
böyük iş olubdur. Gələndə deyəsən mənə quş başı gətiribdir.
N a b a t. Ağa, doğrudan da dörd dənə qırqovul gətiribdir.
H a c ı M u r a d. Tək gəlibdir, ya uşaqlarını da gətiribdir.
N a b a t (kənara). Zalım oğlu qabaqca adamın hesabına gedir. (Hacı Murada)
Yanında bir oğlu Əhməddir, bir də nökəri Cəfər.
H a c ı M u r a d (kənara). Öz yeyib-içənimiz az idi,bunlarda artdı. (Nabata)
Sənin muştuluğun odur ki, göz-qulaq olasan, o nökər şeydən-zaddan oğurlamasın.
Di get, dayanma.
N a b a t (gedərkən kənara). Mənə deyən gərək, ay axmaq qızı, bundan sən nə
istəyirsən? O öz hayındadır ki, onlar burada qalıb çörək yeyəcəklər.
H a c ı M u r a d (tək). İndi də işlər tərsinə gedir.
Şərəf xanım, Əhməd və Gülzar daxil olurlar. Şərəf xanım
Hacı Muradın boynunu qucaqlayır.
|