Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə29/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   25   26   27   28   29   30   31   32   ...   196
Milli Kitabxana

67

G ö v h ə r x a n ı m. Ondan arxayın ol, ancaq məni təşvişə salan bir tərəfdən



Rusiya yollarının bağlanması, orada və Qafqazda törənən vuruşma, çarpışma, o biri

tərəfdən də sənin qocalığındır. A kişi, bu sinnində haraya gedib çıxacaqsan?

H a d i l ə l ə. Bunların hamısı düzdür, lakin allahı da unutmamalı, hər bir şey

onun əlindədir. Ya məramıma nail olacağam, ya da bu yolda fot olacağam.

G ö v h ə r xanım. Hadi lələ, sənin bu fədakarlığın məni bir tərəfdən şad edir, o

biri tərəfdən qəmgin. Şadam ki, belə qorxulu üsyan zamanında sənin kimi fədakar,

əməkdar  xidmətçilərimiz  var.  Qəmginəm  ki,  bu  sinnində istirahət əvəzinə,  belə

qorxulu və ağır  səfərə gedirsən.  Nə deyim?  Get,  allah  sənə yar  olsun.  Hərgah

oğlumu  tapıb  mənə yetirsən,  səni  lazımınca  razı  edib  ölənə kimi  yadımdan

çıxarmaram.  Yola  götürməyə lazımından  artıq  pul  və qızıl verəcəyəm  ki,  bəlkə

onların gücü ilə bir iş görə biləsən.

Bu halda Əmiraslan ağa daxil olur.

Ə m i r a s l a n a ğ a. Yenə baş-başa verib nə plan çəkirsiniz?

H a d i  l ə l ə.  Ağa,  Gövhər  xanım  ilə mənim,  Cahangir  ağadan  başqa nə

söhbətimiz olacaq?

Ə m i r a s l a n a ğ a. Gerçəkdən, Cahangirdən bir xəbər yoxdur. Özüm də mat

qalmışam.

G ö v h ə r x a n ı m. Əlbəttə,  mat  qalarsan.  Sənin  tərsliyindən  indi  mən

bədbəxt ana, çarəsiz qalmışam.

Ə m i r a s l a n a ğ a. Gövhər, sus, yenə ovqatımı təlx etmə!

G ö v h ə r x a n ı m.  Xeyr,bağışla,  bu uzunmüddət  susduğum kifayət  edər!

Daha  bəsdir!  Səbir  kasam  dolub  daşmış.  Məni  arvad  yerində,  xanım  yerində

qoymursansa, övladının anası yerində qoy. Onu da istəmirsənsə, bir yad qadın, bir

məzlum  insan  yerində qoy.  Qapındakı  nökər  qorxudan  sənə söz  qaytarmırsa  da,

heç olmasa üzünə baxa bilir, lakin mən ona da cürət edə bilmirəm. (Ağlayır.)

Ə m i r a s l a n a ğ a. Gövhər, məndən nə istəyirsən?!

G ö v h ə r x a n ı m. Səndən övladımı istəyirəm!

Ə m i r a s l a n a ğ a.  Mən  nə edim?  Rusiya  yolu  bağlı,  poçt,  teleqraf  da

işləmir.

G ö v h ə r x a n ı m. Bəs bunu nə üçün əzəldən fikir etmədin? Niyə mənim

məsləhətimə qulaq asmadın? Səkkiz il oxuduğu bəs idi. Pəricahan haçana kimi onu

gözləsin?




Milli Kitabxana

68

Ə m i r a s l a n a ğ a. Bəs sənin istədiyin o idi ki, baqqal Səfdərqulunun nəvəsi



Həsənəli  məktəb  qurtarsın,  amma  Hidayət  ağanın nəvəsi  Cahangir  ağa  yarım

təhsildə qalsın? O ki  qaldı  Pəricahana,  o  özü  gimnaziyanı  qurtarmış  bir  qızdır.

Əmizadəsinin ali məktəbə getməsinə çox şad idi.

G ö v h ə r x a n ı m.  Yaxşı,  ona  razı  olmadın,  bəs  Hadi  lələni  nə üçün

Cahangirdən ayırdın? İndi belə zamanda sən də, mən də arxayın olardıq.

Ə m i r a s l a n a ğ a. Elə bu ağıllamı mənim işlərimə qarışmaq istəyirsən? 19

yaşında  cavana  lələmi  lazım  idi?  Bundan əlavə Hadi  lələ bu  sinnində Rusiyada

necə yaşaya bilərdi? Getmiş olsaydı, indi o da qırılanların biri idi.

G ö v h ə r x a n ı m (iztirabla). Demək, Cahangirin də diriliyinə ümid yoxdur?

Ə m i r a s l a n a ğ a. Onu demədim.O onun fərasətinə baxır: hərgah başında

bir  şey  varsa,  başqaları kimi  xarici  məmləkətə qaçıb  canını  qurtarar  və bir  də

mənim  oğlum  rusların knyaz,  qraf,  baron və qeyri  nücəba övladlarından  artıq və

əzizmidir? Onlar necə olar, o da onlar kimi.

H a d i


l ə l ə.  Ağa,  Cahangir ağa dinc, rəhmdil  və hamı ilə mehriban rəftar

edin bir cavandır. Onunla kimin işi ola billr?

Ə m i r a s l a n a ğ a. Belə hərc - mərclikdə onun kimi dilsiz - ağısızlar tələfə

gedə bilərlər.  Cahangir  mənə və mənim  nəslimə əsla oxşamayıbdır.  Bax,  buna  və

bunun nəslinə oxşayıbdır. (Barmağı ilə Gövhər xanımı göstərir.) Mənim əcdadım

atan,  kəsən,  vuran,  yıxan,  hökmdar  bir  nəsil  olmuş. Əbəs  yerə familiyamız

"Şirzadə" deyildir. Bax, bizim nəslə layiq mərhum qardaşımın qızı Pəricahandır: at

minməkdə, tüfəng atmaqda cümləni heyrətə gətirir.

Bu halda Pəricahan xanım çərkəzi libasda, əlində qırmanc daxil olur və qaçaraq

Əmiraslan ağanın boynuna atılır.

P ə r i c a h a n x a n ı m. Əmucə, sənə bir yaxşı xəbər gətirmışəm!

G ö v h ə r x a n ı m. Qızım, Cahangirdənmi?

P ə r i c a h a n x a n ı m. Xeyr, əmucə muştuluğuma nə verəcəksən?

Ə m i r a s l a n a ğ a. Qızım, hər nə istəsən.

P ə r i c a h a n x a n ı m. Xaldar dayça mənim.

Ə m i r a s l a n a ğ a. Sənin, ingilis tüfəngim də üstəlik.





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin