Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə30/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   26   27   28   29   30   31   32   33   ...   196
Milli Kitabxana

69

P ə r i c a h a n x a n ı m. Hadi lələ, sən nə verəcəksən?



H a d i l ə l ə. Xanım, mənim nəyim var ki, nə də verim?

P ə r i c a h a n x a n ı m. Sən də bu gecə mənə Mələkzadə nağılı kimi gözəl bir

nağıl söylərsən.

Ə m i r a s l a n a ğ a. İndi söylə görüm nə xəbər gətirmişsən?

P ə r i c a h a n x a n ı m. Əvvəl mənə bir qəziyyə üz verdiyini söyləyim, sonra

gətirdiyim xəbəri. Əmucə, qaşqa at altımda qoruqdan gəlirdim. Qarşıma bir kəndli

çıxdı.  Qaşqa  atı  çamura  salmağa  heyfim  gəldi.  Oğlana  dedim: "Yoldan  çıx!"

Kəndli  mənə acıqlı  baxıb  dedi:  "Heyvanı  məndən əzizmi  tutursan,  mən  niyə

çamura  girim?"  Bu  cavabdan  qan  başıma  sıçradı.  Qaşqa  atı  tərkimləyib  kəndliyə

bir elə qırmanc çəkdim ki, özünü qurbağa kimi çamura atdı.

Ə m i r a s l a n a  ğ  a. Afərin,  qızım, əcəb  etmisən.  Gərək  qabağına  salıb

buraya gətirəydin. Cəzasını mən verərdim. Kəndlini tanıdınmı?

P ə r i c a h a n x a n ı m. Bəli, Ədil  dayının sabiq  rəiyyəti  Həsənqulu  idi.

Daldan qışqırdı ki, "Dayanın, ay ağalar, vaxtınız yaxınlaşmışdır".

Ə m i r a s l a n a ğ a. Elə itaətsizlik ancaq Ədil bəyin rəiyyətlərindən baş verir.

İxtiyar verib kəndliləri başına çıxartmışdır.

H  a  d  i l ə l ə.  Həsənqulu  ilə atası  Cənnətəli  də bacarmayır.  Davakar,  sərt

dəliqanlının biridir.

P ə r i c a h a n x a n ı m. Sonra Mirzə Salehə rast gəldim. Dedi ki, qubernator

dayına teleqraf gəlmiş ki, Şimali Qafqazda dağıstanlılar bolşevikləri elə pozmuşlar

ki, o şiş papaqlarını da qoyub qaçmışlar.

Ə m i r a s l a n a ğ a. Nə gözəl xəbər! Nə şadlıq müjdəsi! Sağ olsun qəhrəman

dağıstanlılar!  İndi  baron  Vrangel  də arxalarını kəsib  onlara  elə bir  üsul  tutsun  ki,

daha bir də Rusiyada bolşevik adı çəkilməsin.

Səfər daxil olur.

S ə f ə r. Ağa, bəylər gəlib sizi görmək istəyirlər.

Ə m i r a s l a n a ğ a. De, gəlsinlər.

Əmiraslan ağadan başqa qeyriləri çıxırlar. Sonra Mehrəli bəy, Səlim bəy, Heydər bəy

və Muxtar bəy daxil olurlar.

M e h r ə l i b ə y. Çox təəccüblü işdir!

H e y d ə r b ə y. Ağla sığışan iş deyil.



Milli Kitabxana

70

Ə m i r a s l a n a ğ a. Çox gözəl xəbərdir!



S ə l i m b ə y. Əmiraslan ağa, nə deyirsən? Çox gözəl xəbərdir?!

M e h r ə l i b ə y. Əmiraslan ağa, haçandan bolşevik tərəfdarı olmuşsunuz?

Ə m i r a s l a n a ğ a. Səndə haçandan ağlını  itirib  məndən belə səfeh  sual

edirsən?


M e h r ə l i  b ə y. Doğru  buyurursan,  bu  xəbəri  eşidəndən  bəri  ağlımı

itirmişəm.

Ə m i r a s l a n a ğ a. Doğrudanda, biz bir-birimizi anlamırıq. Oturun görüm,

bu  xəbər  sizi  nə üçün  belə çaşdırmış?  Qəhrəman  dağıstanlılar  düşmənimiz

bolşeviklərə elə bir toy tutmuşlar ki, ta həşrədək yadlarından çıxarmazlar.

B ə y l ə r (gülüşürlər.) Ha-ha-ha...

Ə m i r a s l a n a ğ a. Nəyə gülürsünüz?

M e h r ə l i

b ə y. Öz  halımıza  gülürük.  Görünür, əhvalatdan  müxbir

deyilsiniz. Qubernator Nadir bəyə Bakıdan teleqraf vasitəsi ilə xəbər vermişlər ki,

müsavat  hökuməti  bolşeviklərə təslim  olmuşdur.  İndi  orada  Şura  hökuməti

qurulmuşdur.

Ə m i r a s l a n a ğ a. Bu xəbər səhihmidir?

M u x t a r b ə y. Bəli, doğrudur, teleqrafı Nadir bəydən alıb özüm oxumuşam.

Ə m i r a s l a n a ğ a. Teleqraf nə vaxt gəlmiş?

M u x t a r b ə y. Bu gün səhər.

Ə m i r a s l a n a ğ a. Bəs nə üçün Nadir bəy mənə məlum etməmiş?

M  u  x  t  a  r. Ədil bəy orada  idi.  Yəqin  onunla  xəbər  göndərəcəkdir.  O  da

gələcəkdi, ancaq mən onu gözləyə bilmədim, tez çıxdım. Odur özü gəlir.

Ə d i l b ə y daxil olur.

Ə d i l b ə y. Yoldaşlar, salaməleyküm.

Ə m i r a s l a n a ğ a. Ah, yeno qulağıma bu söz dəydi!

Ə d i 1 b ə y. Əzizim, nə üçün ovqatım təlx edirsən? Yoldaş, yəni birlikdə yola

çıxan  adam,  məsələn:  Muxtar  bəy  məni  gözləməyib  qaçdı,  yoldaşlıq  etmədi. İndi

hansınızdan muştuluq almışsa, ona şərikəm.

Ə m i r a s l a n

a ğ a. Ədil,  zarafatı  burax,  mənə Nadirdən  nə xəbər

gətirmişsən?





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin