Pərdə
Milli Kitabxana
112
ÇƏRXİ-FƏLƏK
İki pərdəli, dörd şəkilli pyes.
İŞTİRAK EDƏNLƏR
P i r i - F a n i -uzun, ağsaqqallı və saçlı bir qoca. Libası uzun ağ ləbbadə, üstdən qurşaq.
V ə l i a ğ a - mülkədarbəy.
A ğ a S a l e h - zavod sahibi.
A ğ a Ş i r ə l i - mülkədar.
M u s a b ə y - Ağa Salehin zavod müdiri, mühəndis.
B a h a d ı r - gəcə bir işçi.
Q ə h r ə m a n
F ə r m a n
} Bahadırın yoldaşları
N a d i r
Q u r b a n ə l i - kəndli.
G ü l s ə n ə m - onun arvadı.
Q a f a r - pinəçi.
S a n d r o - restoran xidmətçisi (lakey).
L i d a
Z i n a
M a r u s y a
} çəngilər
M a r q o
A l l a h q u l u - işçi.
Bir neçə işçi arvad və kişilər.
BİRİNCİ PƏRDƏ
BİRİNCİ ŞƏKİL
Səhnə pərdə ilə iki hissəyə bölünür. Bir hissəsi restoran otağını və digər hissəsi Piri-
Faninin komasını və həyətini göstərir. Komanın yanında bir qurumuş ağac kötüyü; hər iki
mənzilə qapılar açılır. Pərdə qalxdıqda Piri-Fani komanın ağzında oturmuş və bir carx
hərəkət halında görünür. Çarxın pərləri həm otaqda, həm də həyətdə görünür. Qurbanəli və
Gülsənəm Piri-Faninin həyətinə daxil olurlar.
Q u r b a n ə l i. Ey pir, daha səbrim tükənmiş, bir ilimin zəhmətini bir gündə
itirdim. Qan-tər içində əkib becərdiyim məhsulu Vəli ağa
Milli Kitabxana
113
zor ilə əlimdən aldı. Uşaqlarımı ruzisiz qoydu. Bu qış günündə gözləri yaşlı çöllərə
saldı. (Ağlayır.)
G ü l s ə n ə m. A kişi, qızıl inəyi demədin.
Q u r b a n ə l i. Onu da sən söylə, mənim danışmağa taqətim yoxdur.
G ü l s ə n ə m. Ay pir baba, belə sənə bu Gülsənəmin canı qurban olsun. Mal-
qaradan təkcə bir inəyimiz qalmışdı. İnək demə, bir maral, buynuzları göylə
gedirdi, yelini yer ilə sürünürdü. Kənddə qızıl inəyin tərifi dillərdə söylənilirdi. Üç
gün bundan irəli ağanın naxırçısı inəyimi damğalayıb bəyin naxırına qatmış.
Səbəbi guya qızıl inək ağanın qoruğuna girmiş. Ey pir baba, o ağaya biz nə edə
bilərik? Səndən başqa bizim imdadımıza yetən yoxdur. Bizə bir çarə qıl.
P i r i - F a n i. Əyləşin, cavabmızı alarsınız.
Əyləşirlər. Pinəçi Qafar daxil olur, pirə təzim edib ərz eləyir.
Q a f a r. Ey pir, bu qabarmış əllərimin zəhməti ilə Ağa Şirəlinin
karvansarasının qarşısında pinəçilik edib yeddi baş külfət ruzisini bir tövr ilə
qazanıram. Bu gün xozeyindən əmr çıxmış ki, Pinəçi Qafar ya tutduğu yerə kirə
versin, ya da tutduğu yeri azad etsin. Hər iki hal mənim üçün müşküldür. Bu qış
zamanı mən haraya gedim? Nə qazanıram ki, uşaqlarımın boğazından kəsib ona
kirayə verim? Məgər sansız evlərinin kirayəsi ona kafi deyil ki, mən zavallı kasıbı
küçələrə buraxır. Ey pir, səndən İmdad istəyirəm.
P i r i - F a n i. Əyləş, cavabını alarsan.
Allahqulu və bir neçə işçi daxil olur, pirə təzim edirlər.
A l l a h q u l u. Ey Piri-Fani, Ağa Saleh xozeyin bu gün bizləri zavoddan
çıxarıb, küçəyə atdı. İndi biz nə edək? Arvad-uşaqlarımız acından fəryad edirlər.
P i r i-F a n i. Səbəb nə olmuş?
A l l a h q u l u. Gündəlik muzdumuz çox az idi. Aldığımız pul külfətimizi
ödəmirdi. Bir qədər artırılmasını xozeyindən rica etdik, qəbul etməyib dedi: İndiyə
kimi gündə on saat işləmisiniz, bu gündən həmin məbləğə on iki saat
işləyəcəksiniz. Bu şərtə biz razı olmadıq.
P i r i - F a n i. Əyləşiniz, cavabınızı alarsınız.
Əyləşirlər, bu halda Bahadır qolları çirməkli, döşü və başı açıq, dalınca Qəhrəman,
Fərman və Nadir daxil olurlar.
Milli Kitabxana
114
P i r i - F a n i. Şikayətəmi gəlmisiniz?
B a h a d ı r (əllərini belinə qoyub.) Xeyr, siz Piri-Faninin bu məzlumlara
verəcəyi cavabı gözləyirik.
P i r i - F a n i. Əyləşiniz, eşidərsiniz.
Bahadır yoldaşlarını başına cəm edib ayrı əyləşir.
P i r i - F a n i. Ta cavablarınızı alınca sükutda olmalısınız. Piri-Fani başını
aşağı salıb fikrə gedir, sairləri də sakit, ona müntəzir olurlar.
Pərdə
İKİNCİ ŞƏKİL
Sandro otağıtı qapısını açır. Vəli ağa, Ağa Saleh, Ağa Şirəli və Musa bəy daxil olurlar.
V ə l i a ğ a. Sandro!
S a n d r o. Padano.
V ə l i a ğ a. Qatso! Dünya nədən ibarətdir?
S a n d r o. Ağa, şərabdan, qızdan, qruzinski düdükdən.
V ə l i a ğ a. Malades, Sandro, keçmişləri unutmamısan, hanı Tiflisdə sizin
qəsdində kef etdiyim günlər? Hanı Tamara, hanı Marqo?..
S a n d r o. Ağa, Marqo dünən Tiflisdən gəlmişdir.
Vəli ağa. Sandro, bu müjdə iləməni diriltdin. Al. (Pul verir.) Bu sənin
muştuluğun, qoy başqa lakey padavat etsin. Sən Marqonun dalınca get.
S a n d r o. Ağa, xəbər etmişəm, gələcəkdir.
A ğ a S a l e h. Sandro, bizim qızlara da xəbər vermisənmi?
S a n d r o. Bəli, xozeyin, vermişəm.
A ğ a Ş i r ə l i. Sandro, stolu düzəlt, mən acından ölürəm.
S a n d r o. Ağa, bu saat. (Çıxır.)
A ğ a Ş i r ə l i. Ağa Saleh, eşitdim bu gün raboçilərin zabastovka ediblər?
A ğ a S a l e h. İstədilər muzdlarını artırsınlar, öz yerlərini də itirdilər.
M u s a b ə y. Xozeyin, gərək bir qədər artırıb ağızlarını yumaydın. Gündə on
iki saat zəhmətə heç bir fəhlə dözməz.
Milli Kitabxana
115
A ğ a
S a l e h. Niyə dözməz, qoy bir-iki gün ac qalsınlar, hamısı gəlib,
ayaqlarıma yıxılıb yalvaracaqlar. Allah onları bizlər üçün işləməyə yaradıbdır.
V ə l i a ğ a. Bizləri də şampanski içməyə.
Sandro daxil olur, stola içki və yemək qoyur.
A ğ a Ş i r ə l i. Ay sağ ol, Sandro. Şampanskini buza qoymusanmı?
S a n d r o. Bəli, qoymuşam.
V ə l i a ğ a. Sandro, qızlar necə oldu?
S a n d r o. Ağa, bu saat gələrlər.
A ğ a S a l e h. Vəli ağa, tamada vəzifəsi siz ilədir.
V ə l i a ğ a. Oğul deyirəm, bu gün mənimlə içə bilsin. Hamınızı şəhid
edəcəyəm.
Bu halda Lida, Marusya və Zina daxil olurlar.
Q ı z l a r. Ura!
X o z e y i n l ə r. Ura!..
L i d a. Şiroçka! (Ağa Şirəlinin üstə yüyürür.)
M a r u s y a. Sali! (Ağa Salehin üstə yüyürür.)
Z i n a. Musiçka! Musiçka! (Musa bəyin üstə yüyürür.)
V ə l i a ğ a. Sandro, evimi yıxdın. Marqo harada qaldı. Məni xanımsız qoydun.
S a n d r o. Ağa, bu saat gedim gətirim. (Gedir.)
A ğ a S a l e h, Tamada, nə yatmısan? Xanımlar yemək istəyirlər.
V ə l i a ğ a. Bu saat, kim nə içmək istəyirsə desin: konyak var, zubrovka var,
benedektin var, nastoyaşşiy smirnovka var.
A ğ a Ş i r ə l i. Mən konyak içəcəyəm. Ağa Saleh, Mən də.
M a r u s y a. Mən vodka içəcəyəm.
V ə l i a ğ a. Sağ olsun Maruska xanım, mən özüm də vodka içəcəyəm.
Bu halda Marqo və çalğıçılar daxil olurlar.
M a r q o. Valya! Valiçka! (İstəyir Vəli bəy tərəfə gəlsin.) Vəli ağa. Marqo,
yerində dur. Ustalar çalınız! Marqo, oradan süzə-süzə gəlib mənlə görüşərsən.
Çalğıçılar çalırlar. Marqo da oynaya-oynaya gəlib Vəli ağa ilə görüşür.
Milli Kitabxana
116
A ğ a Ş i r ə l i. Sağ olsun Marqo, nə gözəl oynayır.
A ğ a S a l e h. Sağ olsun belə Gürcüstan tavadı. Qospada, Marqo xanımın
sağlığına içək.
İçirlər.
A ğ a Ş i r ə l i. Dövran bizimdir, bizim.
A ğ a S a l e h. Mülki-Süleyman bizimdir, bizim.
V ə l i a ğ a. Marqo xanım da mənimdir, mənim.
A ğ a Ş i r ə l i. Çərxi-fələyi döndərən olmaz.
A ğ a S a l e h. Biz ağaları bu büsatdan endirən olmaz.
V ə l i a ğ a. Sandro, şampanski və meyvə gətir.
S a n d r o. Bu saat, ağa. (Gedir.)
M a r u s y a. Sali, pul var?
A ğ a S a l e h. Var, var.
L i d a. Şiroçka, ev var?
A ğ a Ş i r ə l i. Var, var.
M a r q o. Valiçka, mülk var?
V ə l i a ğ a. Duşoçka, var, var.
Z i n a. Musiçka, bəs sənin nəyin var?
M u s a b ə y. Mənim də səni sevən ürəyim var.
Z i n a. Fu! O, hammalda da var. Dilənçidə də var.
S a n d r o şampanski və meyvə gətirir, ağalar yemək-içməyə məşğul olurlar,
səssiz bir-birinin sağlığına içirlər, söhbət edirlər.
Pərdə
İKİNCİ PƏRDƏ
ÜÇÜNCÜ ŞƏKİL
Əvvəlinci səhnə.
P i r i-F a n i. Ey məndən dərdlərinə çarə istəyən füqarəyi-kasibə! Siz o vaxt bu
əziyyətdən, bu zillətdən xilas olarsınız ki, çərxi-fələk sizə çönə. O zaman bu
qurumuş ağac kötüyü göyərər, əlvan çiçəklər ilə bəzənər, yarpaqlanar, bar verər.
Onun çiçəkləri, yarpaqları və meyvələri adi nəbatat kimi olmaz. Hər çiçəyin başqa
bir rəngdə yarpaqları və meyvəsi, həmçinin yer üzündə gördüyünüz və eşitdiyiniz
Milli Kitabxana
117
cavahir, qızıl və gümüş kimi ziqiymət daşlı o mədən şeyləri bu ağacda əmələ
gəldikdə, Simürq adında bir quş uçub gələr, bu ağacda məskən edər, onu qoruyar.
Sizlərdən hər biriniz özünüz üçün nə istəsəniz Simürq qağası ilə dərib atar.
Al l a h q u l u. Ey pir baba, sənə canım qurban. O zaman haçan olar?
P i r i - F a n i. Onun vaxtını bilmək olmaz. Fəqət səbir edib zəhmətinizdə
davam edərsinizsə, elə nemətə nail olarsınız.
Bahadır ucadan qəhqəhə ilə gülür.
P i r i - F a n i. Nəyə gülürsən, ey cavan?
B a h a d ı r (ayağa qalxıb ona tərəf gəlir.) Sənin belə dediyin əfsanəyə
gülürəm. Ey ağlını qayib etmiş qoca, nə üçün bu avam zavallıları belə xurafat ilə
aldadırsan. Bu qurumuş, çürümüş, qurtlanmış kötük yenidən göyərərmi?
Çiçəklənərmi? Belə əfsanə ilə məzlumları aldatdığın yetər. Al! (Ayağı ilə vurub
ağac kötüyünü Sındırır.)
Hamı. Ah...
P i r i - F a n i (ayağa qalxıb). Nə etdin! Ey dəli qanlı? Bu biçarələrin ümid
çırağını söndürdün.
B a h a d ı r. Elə yalançı çıraqlar çoxdan sönməli idi.
P i r i - F a n i. İndi nə etmək istəyirsən?
B a h a d ı r. İndi çarxı döndərmək istəyirəm.
P i r i - F a n i. Bacarmazsan, çoxları bu yolda fot olmuşlar.
B a h a d ı r. Qəhrəman, Fərman, Nadir, yoldaşlar, heç bir fikir dünyada
qurbansız yeriməmiş. Hərgah çarx məni vurub fot edərsə, Qəhrəman dalımca sən
gələrsən, sonra Fərman, dalınca Nadir ta çarxı saxlayıb tərsə çöndərməyincə ol
çəkməyin. Haydı, igid yoldaşlarım.
Q ə h r ə m a n. Yoldaş Bahadır, toxda, sən bizim rəhbərimizsən, sənin sağ
qalmağın bu məzlumlara lazımdır. Əvvəl mən qurban olmaq istəyirəm. (Atılıb
çarxın pərindən tutur, çarx onu kənara atır.)
H a m ı. Ah, zavallı! Öldü!
Qurbanəli özünü atır, carx onu da vurur.
P i r i - F a n i. Dayanın, divanələr. Bahadır çarxdan tutub saxlayır. Nadir
kömək edir, çarxı döndərirlər.
Pərdə
Milli Kitabxana
118
DÖRDÜNCÜ ŞƏKİL
İkinci şəkildəki səhnə.
A ğ a Ş i r ə l i (qışqırır.) Aman, toxdayın, qərq olduq, tufan, tufan...
A ğ a S a l e h. Ədə, Musa bəy, qoyma, qoyma. Çarx dönmüş, tormazla,
tormazla.
M u s a b ə y. Ay xozeyin, bu fələk çarxıdır. Ona tormoz vurmaq olmaz.
V ə l i a ğ a. Vay bizim halımıza, çərxi-fələk indi tərsinə dönmüş.
B a h a d ı r və yerdə qalanlar otağa girirlər.
B a h a d ı r. Ay ağalar, indi çərxi-fələk sizlər üçün tərsinə dönmüş. Piri-Faninin
komasına buyurunuz. Bizə söyləyən kimi, sizə də gözəl-gözəl nağıllar söyləsin.
Qurumuş ağacda sizin Üçün cavahir bitirsin. Qızıl meyvələr dərib versin.
Ağalar məyus, başlarını aşağı salıb Piri-Faninin komasına tərəf gedirlər.
B a h a d ı r. Xanımlar, siz də ağalarınızın qulluğuna təşrif aparınız.
M a r q o. Biz burada, siz ilə qalmaq istəyirik.
B a h a d ı r. Bizim nə pulumuz var, nə də şampanskimiz. Buyurun gedin.
(Qızlar gedirlər.) Sandro, bu içkiləri-zadı buradan götür.
S a n d r o. Ağa, bu saat.
B a h a d ı r. Biz ağa deyilik. Yoldaşıq.
S a n d r o. Bəli, bəli, yoldaş, yoldaş.
B a h a d ı r. Ustalar, internasional çalınız.
Onlar da çalırlar.
Dostları ilə paylaş: |