Taxıl biçilib döyülmüşdü. Qalmışdı dəyirman işi. Tağı əmi asudə idi.
Günlərinin çoxunu ovda keçirirdi. Yaxında ov etdikdə məni də özü ilə aparırdı. Bir
Dur, biz də onlar gəlincə bildirçin ovuna gedək.
Milli Kitabxana
440
Mən bu təklifdən artıq şad oldum, çünki axşama kimi yoldaşsız nə edəcəyimi
özüm də bilmirdim. Tağı əmi ov torbasını boynundan asaraq dedi;
-
Vəzifələrimizi ayıraq. Axtar ilə Şəngül bildirçini izləyib qaldıracaqlar,
mən də qırğını vaxtında vuracağam. O da ovu tutacaqdır.
Sən də onları bu torbaya dolduracaqsan.
Mən Tağı əminin sözünə gülüb dedim:
-
Mənim işim haımsından asandır.
Ov üçün uzaq getmek lazım deyil. Biçilmiş tarlaların küləşliyindən
bildirçinlərin "bit-billit" səsləri gəlirdi. Tağı əmi zəmilərə çatdıqda:
-
Axtar tet! Şəngül tet! Ha burda, ha burda, Şəngül qaldı! - deyə tulaları
ovlatmağa başladı. Bu gün Şəngül Axtara üstün gəlmişdi. Birinci ovu qaldıran o
oldu. Tağı əmi bildirçinin başını kəsib mənə verdikdə Axtarın ayağı altından bir
bildirçin də qalxdı. Qırğını buraxmağa fürsət olmadı. Bildirçin uçub yaxın bir
kolun içinə girdi.
-
Eybi yoxdur, o da bizim malımızdır, hara getsə axırda sənin torbanda
olacaqdır, - deyə Tağı əmi kola tərəf üz qoydu. Bizdən irəli tulalar yüyürüb kola
çatdılar. İkisi də başlarını kolun içinə soxduqdan sonra dalı-dalı çəkilməyə
başladılar. Bu vaxt biz onlara çatdıq.
-
Tağı əmi, tulalar nə üçün geri çəkildilər, - deyə soruşdum.
-
Yəqin ilan görmüşlər, bu saat bilərik, - deyə Tağı əmi kola diqqətlə
baxmağa başladı. - Səhv etməmişəm, ilandır, özü də gürzə. Qıvrılıb yatmışdır. Bu
saat onu tutacağam, - deyə Tağı əmi qırğını mənə verdi.
Tağı əmi ilandan əsla çəkinməzdi. Bir balaca ağac ilə başından basıb. İndi də
tənbəki cibindən çıxarıb içindən bir qədər qır çıxartdı. Sonra həmin çubuğun sapı
ilə ilanın başından basıb boğazından yapışdı. Hazır etdiyi çubuq qırını ilanın
boğazına salıb onu bir qədər əlində saxladı. Sonra yerə qoydu. İlan hərəkətsiz
qaldı. Mən təəccüb edərkən Tağı əmi dedi:
-
İlanın zəhərindən başqaları öldüyü halda, ilan özü tənbəkinin qırından
zəhərlənib tələf olur. İndi bu ilan şişib kötük kimi olacaqdır.
-
Bunu deyə Tağı əmi ilanı götürüb kolun üstünə qoydu. Sonra qırğını
məndən alıb:
-
Axtar tet! Şəngül tet! - deyə tulaları kola girməyə çağırdı.
Şəngül ilanın ölüsündən də qorxaraq kola yaxın düsmədi. Axtar isə özünü
kolun içinə soxdu. Lakin bildirçini orada tapmadı. Məlum oldu ki, bildirçin ilan
fəqərəsindən istifadə edərək özünü başqa yerə ver-
Milli Kitabxana
441
mişdir. Axtar da ovdan əl çəkən hərif deyildi. Tezliklə onun izinə düşüb tapdı. Tağı
əmi deyən kimi bu da bizim malımız oldu. Günəş qüruba enirdi. Torba da getdikcə
şişirdi.
- Daha kifayət edər, - deyə Tağı əmi evə tərəf döndü. Bir az getmişdik ki,
Şəngül ayağını qaldıraraq Tağı əminin üzünə baxdı.
-
Bu da Şəngülün xatiri üçün, - deyə Tağı əmi qırğını ovcuna aldı. Şəngül
bunu gördükdə özünü bildirçinin üstünə atdı. Qırğı bu son bildirçini də tutdu. Tağı
əmi bunu qırğıya vermək istədikdə:
-
Tağı əmi, o bildirçini öldürmə, mənə ver, onu evə diri aparacağam, - deyə
rica etdim.
-
Yaxşı, al bunu. Torbadan bir bildirçin ver, qırğıya yedirdim.
Mən Tağı əmiyə bir ölü bildirçin verdim, o da diri bildirçini mənə verdi.
Bildirçini cibimdə əlimlə tutmuşdum. Zavalı heyvancığın ürəyi elə döyünürdü ki,
deyəsən bu saat partlayıb, canı çıxacaqdı.
Fikrim daim bunda olaraq necə qayıdıb ilan olan kola çatdığımızı bilmədim.
Tağı əmi ilanı göstərərək dedi:
-
Görürsən necə şişmişdir?
Mənim yenə də fikrim cibimdəki quşda olaraq, ilana məhəl qoymadım. Tağı
əmi məni fikirli görərək dedi:
-
Görürəm, həm yorulmusan, həm də acmısan, beləmi? Səbir elə, evə
yaxmlaşmışıq.
-
Yox, Tağı əmi, mən yorulmamışam, amma acmışam.
Yorulmağımı boynuma almadım ki, Tağı əmi bir də məni ova aparmaz. Lakin
məni qəmgin və pərişan edən cibimdəki quşcığaz idi, ona çox acıyırdım. İndi bunu
Tağı əmidən almağıma peşman idim. Bu torba başları kəsilmiş quşlara heç də
acımırdım. Onları bu diridən xoşbəxt hesab edirdim. Onlar ölüb getmiş, daha bir də
dirilib oxumayacaqlar, yuva tikib bala çıxarmayacaqlar... Yenə də quşcığazın ürəyi
döyünürdü. Bir an rahat olmurdu. Bu isə mənə təsir edirdi. Nə edim? Buraxımmı!
Onda Tağı əmi mənə nə deyər? Məni sevməz, bir də ova aparmaz. Yox, bu
yaramaz, - deyə fikrimi dəyişdirmək istədim. Lakin cibimdəki ürəyi döyünən
heyvancıq mənim də üreyimin döyünməsinə səbəb oldu. Daha səbrim tükənmişdi.
Quşu azad etməkdən artıq, özümü bu əzabdan xilas etmək fikrində idim. Axırda
belə bir hiylə gəldim: bir az Tağı əmidən geriyə qalaraq, əlimi cibimdən çıxarıb:
-
Vay, yıxıldım! - deyə özümü yerə atdım. Bildirçin cibimdən çıxıb pırıltı
ile uçmağa başladı. Qırğı bunu gördükdə çırpınıb Tağı əminin əlindən çıxdı.
Ayaqlarından uzun qayış sallana-sallana bildir-
Milli Kitabxana
442
çini tutub yerə endi. Tağı əmi onu qırğının əlindən alıb başını kəsdi. Sonra iki
bölük edərək tulalara atdı.
-
Görürəm, çox yorulmusan. Düz yerdə ayağın büdrəyir, yerə yıxılırsan, -
deyə Tağı əmi gülməyə başladı. Mənim fikrim ölən quşda ikən, soruşdum:
-
Tağı əmi, tox qırğı da ov dalınca gedərmi?
-
Sənin quşun kimi bəxtsizlərin dalınca gedər, - deyə Tağı əmi təbəssüm ilə
cavab verdi.
Dostları ilə paylaş: