AXTAR VƏ ŞƏNGÜL
Axtar və Şəngül Tağı əminin ov tulaları idi. Axtar erkək, Şəngül qancıq idi.
Axtar qısaboylu, gödəktüklü, bozrəngli, görkəmsiz tula idi. Gödək, məxmər kimi
hamar, düm ağ rəngli, üstü qara xalı və zolaqlı tükü var idi. Beli, ayaqların, burnu
incə idi. Qaşlarının üstündə iki gözə bənzəyən xalı vardı.
Bu tulaların zahirləri başqa olduğu kimi, xasiyyətləri də başqa idi. Axtar
qaşqabaqlı, tənbəl, İstirahət sevən tula idi.
Şəngül diribaş, şən, mehriban, sevimli bir heyvan idi.
-
İt də gülərmi? - deyə şübhə edən şəxs Şəngülün gülər halətini gördükdə -
bəli, gülər, - deyə təsdiq edirdi. Budur, tənbəl Axtar həytdə uzanıb özünü günəşə
verir. Şəngül isə oynamaq istəyir. Nə etsin?
Kimlə oynasın? Bozdar köpəkləmi? O, qocalmış, gözlərinə pərdə gəlmiş
heyvərə bir köpəkdir. Onunla oynamağı Şəngül sevmir. Bir dəfə onunla oynadıqda
Bozdar nədənsə acıqlanıb onu boğmuşdu: Ondan bəri Bozdar ilə yaxınlıq etmirdi.
Tənbəl də olsa, yenə öz yoldaşı Axtar, Şəngül qısıla-qısıla gedib, Axtarın
ayağından çəkməyə başladı. Axtar başını qaldırıb, dişlərini ağardaraq mırıldadı.
Şəngül kənara çəkildi. Axtar yenə uzandı. Bir azdan sonra Şəngül gəlib Axtarın
qulağından yapışaraq çəkməyə başladı. Acıqlı Axtar qalxaraq onun üstə hücum
etdi. Şəngül qoyub qaçdı. Axtar yenə uzanıb yatmağa məşğul oldu. İndi Şəngül
onu başqa yol ilə təngə gətirməyə başladı. Axtarın üstündən o tərəf-bu tərəfə
tullanaraq onu narahat etdi. Axtar bilirdi ki, oynamayınca Şəngül ondan əl
Milli Kitabxana
437
çəkməyəcəkdir. O idi ki, bir dəfə üstündən tullandıqda cəld qalxıb onu basmarladı.
Sonra buraxıb özü qaçdı. Şəngül axır məramına çatdı. Axtar şövqə gəlib onunla
oynamağa başladı.
Şəngül ilə Axtarın əsil bayramı Tağı əmi kəhər atı minib, qızılquşu əlinə
götürərək ova gedəndə idi. Tulaları çağırmağa ehtiyac yox idi, çünki qızılquşun
qumru səsi onları xəbərdar etmişdi. İndi Axtarı tanımaq olmurdu. Tənbəllik necə
olmuşdu? Hərəkətsizlik harada qaldı? Şəngülə gəldikdə o, şadlıqdan özündən
çıxardı. Gah sirk itləri kimi Axtarın üstündən tullanardı, gah qoca Bozdarın
quyruğundan dartardı, gah da darvazanı cırmaqlayıb qaçmaq istəyirdi.
Bunların xasiyyətləri ovda büruzə verərdi. Axtar ovun izini aradıqda aram və
diqqətlə hərəkət edərdi. Şəngül isə səbirsizliklə gah irəli qaçardı, gah yana üz tutub
gedərdi. O zaman Tağı əmi:
-
Şəngül qaldı! – deyə onu çağırardı. O da sahibinə tabe olaraq o saat geri
qayıdardı, ovun izini yenidən aramağa başlardı.
Ovu tapdıqda Axtar da, Şəngül də öz təlimləri üzrə sağ əllərini qaldıraraq Tağı
əmiyə baxırdılar. Tağı əmi:
-
Bas! - dedikdə atlanıb quşu qaldırardılar. Lakin burada da Şəngül bəzi
vaxt, ələlxüsus Tağı əmi gecikdikdə əsəbiləşərək ovu izinsiz qaldırardı.
Dostları ilə paylaş: |