Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə187/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   183   184   185   186   187   188   189   190   ...   196
MƏMMƏDAĞANIN ALACƏHRƏSİ

Çox köçəri quş  var ki, qış  mövsümü Qarabağda qalıb isti yerlərə köçməyir. O

cümlədən biri də bağ quşu alacəhrədir. Nağıl etdiyim il qış bollu qar və çovğun ilə

gəldi. Hər növ havaya öyrənmiş sərçələr




Milli Kitabxana

433


belə qışa  davam  gətirə bilirdilər.  Onlar  gündüzlər  özlərini  həyətdə,  tövləyə,

peyinliyə,  evlərin  dəhlizlərinə soxaraq  yem  tapırdılar.  Gecələr  də samanlığa,

dəyələrə,  daxmaların,  güləş  damların  deşiklərinə girərək  özlərini  soyuqdan

mühafizə edirdilər. Lakin bağlarda yaşayan şux, sevimli alacəhrəciklər belə havada

həm  acından,  həm  də soyuqdan  artıq əziyyət  çəkirdilər.  Bunların  bütün  pənah

yerləri bağların qaratikan çəpərləri idi ki, orada az-çox yem tapa bilidilər. Gecələr

də orada  yatırdılar.  Həmin  qış,  yoldaşım  Məmmədağanı  çiçək  azarı  tutdu.  Bu

xəstəliyə düşməni  soyuqdan  saxlamaq  lazımdır.  Məmmədağa  Tağı əminin  tək

övladı idi. Ona görə onun xatiri əziz idi.

Məmmədağanın çox gözəl xasiyyəti var idi. Mən onu hər vaxt mühafizə edərək

qoymazdım ki, uşaqlar ona əziyyət versinlər. Əmizadələrimin köhnədən qalma bir

qara damı var idi. Orada heç kəs olmurdu. Məhsul saxlamaq üçün anbar idi.

Qara  damlar  qışda  çox  isti  olarlar.  Necə də olmasın!  Dərin  quyu  kimi  yerin

içinə girən damlara ortadan bir baca qoyub üstünə bir  metroya qədər qalın torpaq

tökürdülər. Bu ağırlığa davam gətirməsi üçün torpaq pillələr qazırlar. Onun üstünü

örtürlər.  Buna  dəhliz  deyirlər.  Babalarımızın  bu  köhnə "imarət"inə nədən  "qara"

adı  verildiyini  bilirsinizmi?  İki  şeydən:  biri  üstünə tökülən  qara  torpaqdan,  o  biri

tüstüdən, içərisi hirslənib qurum tutaraq, qaralmağından.

Tağı əmi  Məmmədağanı  soyuqdan  saxlamaq  üçün  arvadı  Bacı-xanımla  dama

yığışdı.  Ocağa  böyük  kötüklər qoyub  yandırırdılar.  Gecə-gündüz  damda  ocaq

sönməzdi.  Bayırdan  içəri  girdikdə sanki  bir  hamama  girirdin.  Mənim  günlərimin

çoxu burada keçirdi. Tağı əmi ovdan cürbəcür hadisələr söyləyirdi.

Məmmədağanı  sevindirmək  üçün  bir  dəfə çortmə qurub  bir  ala-cəhrə tutdum.

Məmmədağa  buna  çox  şad  oldu.  Qəfəs  olmadığı  üçün  alacəhrəni  bir  gün  aşsüzən

altında  saxladıq:  zavalı  quşcığaz  o  qədər  aclıq  çəkmişmiş  ki,  azadlığı  üçün əsla

çalışmayıb,  ancaq  qarnını  doydururdu.  O  biri  günü  ayağına  uzun  sap  bağlayıb

damın  içinə buraxıdıq.  Quşcığaz  yenə də qaçmaq  fikrində deyildi.  Damın  içində,

dəndən  tutmuş  çörək,  qənd  qırıntılarına  kimi  nə düşürdü  dimdikləyib  yeyərdi.

Məmmədağa elə öyrənmişdi  ki, ona  süd doğraması, südlü  aş, firni  və qeyri  xörək

verdikdə alacəhrə də boşqabın  qırağına  qonub  onunla  bərabər  yeyərdi.  Bir  azdan

sonra sapı da ayağından açdıq. Buna çox  şad idi. Çünki damda sap ilə rahat  gəzə

bilmirdi. Həmişə dimdiyi ilə




Milli Kitabxana

434


sapı ayağından çıxartmaq istəyirdi. Bu gündən sərbəst olaraq, damın içində cik-cik

edə-edə gah  uçurdu, gah  yorğan-döşək  yükünün  üstə oturub  mürgüləyirdi.  Lakin

damdan bayıra çıxmırdı.

Bir  səhər  damda  oturmuşduq.  Birinci  gün  idi  ki,  hava  açılıb  gün  çıxmışdı.

Günəşin  şəfəqi  damın  bacasından  içəriyə düşmüşdü.  Ala-cəhrə cik-cik  edərək

damda uçurdu. Birdən bacadan çıxıb getdi.

-

Ah, quşum qaçdı! - deyə Məmmədağa qışqırdı.



-

Qorxma  yenə gələcəkdir.  Belə isti  yeri,  yemək-içməyi  buraxıb  getməz, -

deyə Tağı əmi onu sakit etdi. Doğrudan da, bir azdan sonra yenə də cik-cik edərək

bacadan içəri uçdu.

Bu sevimli quşcığaz tamam qış damda yaşayıb baharda bağa uçdu. Lakin köhnə

məkanını və dostlarını unutmayıb gahdan bir ziyarət edirdi.




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin