UŞAQLIQ HƏYATIMDAN XATİRƏLƏR
Atam Rzaqulu deyərmiş ki, mənim üç oğlum, bir qızım olacaqdır. Onlara bu
adları qoyacağam: Qəhrəman, Rüstəm, Süleyman, Məhtaban. Atamın bu arzusıı
əmələ gəlir.
Böyük oğlu Qəhrəman öz sağlığında, hələ uşaq ikən vəfat edir. Mənim
təvəllüdümdən iki ay sonra özü də vəfat edir. Üç körpə uşağın pərvəriş, təlim və
tərbiyəsi annam Dürnisənin öhdəsinə
düşür. Dayım Səfərəli Vəlibəyov
(Zaqafqaziya səminariyasının müəllimi) bacısının bu ağır vəzifəsini bir qədər
yüngülləşdirmək məqsədilə böyük qardaşım Rüstəmi, altı yaşında uşaq ikən,
yaşadığı Qori şəhərində aparır. Orada öz yanında hazırladıb Tiflis şəhərində
gimnaziyaya qoyur. Mən də bacım Mahtabanla anamın himayəsində, Seyidli
kəndində yaşamağa başladıq. Seyidli kəndi indiki Ağdam şəhərinin bir hissəsidir.
Uşaqlıq həyatımın böyük hissəsi bu kənddə keçmişdir.
Dostları ilə paylaş: |