Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə27/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   23   24   25   26   27   28   29   30   ...   196
Milli Kitabxana

62

İndi əzizlərim,  sizləri  buraya  yığmaqdan  mənim  də ümdə məqsədim  nəinki



qırqavulplovdur,  bəlkə,  bir  böyük  mətləb  üçün  bunlar  bir  bəhanədir.  O  mühüm

mətləb budur: dövlət tərəfindən elan olunur ki, padşahlıq duması aprel ayının 27-də

açılır.  Ona  görə hər  yerdə üzvlər  seçməyə hazırlıq  gedir. İndi  bizə lazımdır  ki,

toplaşıb bu barədə məsləhət, məşvərət edək. Fikirlərimizi birləşdirib bir layiqli şəxs

üzərində dayanaq.  Elə olmasın  ki,  aramıza  nifaq  düşüb  hərə bir  tərəfə çəkə.  Belə

olursa,  bişək  və şübhə bir  nalayiqin  biri  seçilib  bizi  cəmi  Rusiyada  rusvay

edəcəkdir...

H e y d ə r q u l u a ğ a. Cəfər bəy,bağışla sözünü kəsirəm. Deyirlər ki, Motal

Qurbanəlinin  oğlu  Ayı  Kərim  bərk  deputatlıq  şevqinə düşübdür.  Özü  də harada

oturursa  deyir  ki,  şəhər  dumasında  məndən  yaxşı  danışan  yoxdur.  Siz  öləsiniz

istəyir  onu  zarafat  üçün  seçəsən və dövlət  dumasının  vəkilləri  knyazlara,  qraflara

belə rekamandasiya  (tövsiyə)  edəsən;  rica  edirəm  tanış  olasınız,  Qafqaz  vəkili

Motal Qurbanəlinin oğlu Qalayçı Məhəmməd Cəfərin nəvəsi Ayı Kərim. Ha... ha...

ha...


C ə f ə r b ə y. Heydərqulu ağa doğru buyurur. Dövlət dumasının üzvlüyü nə

dərəcədə böyük mənsəb olduğunu cümləniz bilirsiniz. Bu duma şəhər duması deyil

ki,  hər əttar,  baqqal başmaqlarını  taqqıldada-taqqıldada  gəlib  iclasda  filan  küçədə

neçə fanar  asılsın,  filan  adama çayxana  açmağa  izin verilsin,  ya  yox  deyə

boşboğazlıq  edib  vaxt  keçirsinlər.  Bu  duma  padşahlıq  dumasıdır.  Oraya  seçilən

vəkillər də gərək padşaha layiq şəxslər olsunlar. Belə ki, hər bir şeydən artıq gərək

əsli,  nəcabəti  olsun,  taki  adı,  familiyası  çəkiləndə deməsinlər  ki,  bu  cürə adam

eşitməmişik.  Sonra  qədd-qamətli  olsun  ki,  gözə görünüb  secilsin.  Uca,  gur  səsi

olsun  ki,  danışdığı  sözünə qulaq  asıb  fikir versinlər:  mənim  təsəvvürümə görə

seçilən  vəkil  gərək  bu  süfətlərə sahib  olsun.  Səhv  edirəmsə,  buyurunuz,  səhvimi

deyiniz.

F i r i d u n b ə y. Bəli,  səhv  edirsiniz.  Özü  də artıq  dərəcədə.  Siz  vəkilliyə

ləyaqəti  bu  üç  sifətdə görürsünüz.  Nəcabət,  qəd-qamət,  uca  səs.  Məyər  padşahlıq

duması əcayib adamlar yığıncağıdır ki, elə adam göndərək? Xeyr, Cəfər bəy, bizə

qəd-qamətli  adam  lazım  deyil.  Bizə elmli,  tədbirli,  zakondan,  siyasətdən,

vətənimizin keçmişindən və hali-hazırdan baxəbər şəxs lazımdır.

M i r z ə K ə r i m. Məncə bu sifətlərdə kifayət etməz. Gərək elə şəxs olsun ki,

vətənin, millətin uğrunda pulundan, malından, hətta canından




Milli Kitabxana

63

da  keçə bilsin.  Burada  bəylik,  xanlıq,  rəiyyətlik  bilmərrə gərək  mülahizə



olunmasın.

S ə m ə d

b ə y.  Parlamanlar  məhkəməyə bənzər.  Orada  Rəsul  bəy kimi

vəkillər artıq mənfəət gətirə bilərlər. Firidun bəy düz buyurur. Gərək zakon biləsən,

bu da vəkil işidir. Natiqlik də onların sənətidir.

K ə r b ə l a y ı H ü s e y n.  Mən  ticarət  üçün bir  neçə dəfə zağranitsaya

getmişəm. Orada çoxdan parlamanlar işləyir. Zağranitsada oxumuş cavanlarımız o

üsula  yaxşı  bələddirlər.  Məsələn,  bacının  oğlu Əli  Heydər  parlaman  zakonlarını

yaxşı bilir. Özü də üç xarici dildə danışır.

M ə ş ə d i X u d a v e r d i. Kərbəlayı düz deyir. Çox layiqli oğlandır. Fikir

eləməyiniz  ki,  bacım  oğlu  olduğuna  görə tərif  edirəm.  Xeyr,  doğrudan  da  başlı

oğlandır.

Ə l i  b ə y.  Bu  işdə qohumluq,  dostluq,  aşnalıq  gözləmək  lazım  deyil.  Məhz

vətənimizin  xeyrini  mülahizə etmək  lazımdır.  Bizim  ölkədə nəcabətdə,  mal

dövlətdə hamıdan artıq Heydərqulu ağadır. Mənim özüm də üç ildir ki, onun pulu

ilə təhsil  edirəm,  lakin  bununla  belə o  da  seçkiye  qutu  qoya  Firidun  bəy  də,  mən

insafımdan keçib Firidunu qoyub Heydərqulu ağaya şar salmaram.

H e y d ə r q u l u a ğ a (tez ayağa qalxıb). Necə? Necə? Nə deyirsən? A gədə

Firidun, bir gör onun ağzından çaxır iyi gəlirmi? Yəqin o buraya içib gəlmiş.

F i r i d u n b ə y. Mən  sizin nökəriniz  deyiləm.  Təvəqqe edirəm ədəb  ilə

danışasınız.

H e y d ə r q u l u a ğ a. Kəs səsini gəda oğlu, gəda! Atan ölənə kimi mənim

qapımda  nökər  idi.  Baban  da  atamın  nökəri.  Buyur  görək,  Ağa  Firidun  bəy  mən

səninlə nə tövr  rəftar  edirəm.  Sən gərək  minlərcə şükür  edəsən  ki,  mənimlə bir

məclisdə oturub söhbət edirsən.

F i r i d u n b ə y. Siz hələ qəflət yuxusundasınız, ayılmamısınız. O zaman ki,

siz  ağalar  dilsiz,  ağılsız  rəiyyətin  malının,  canının,  namusunun  sahibi  olub  nə

istəmişsinizsə etmişsiniz - getdi. İndi hürriyyət zamanıdır. İndi insan mülk-maaş ilə

yox, elm, ədəblə şərəf qazanır.

H e y d ə r q u l u a ğ a. Ha-ha-ha.  Camaat,  eşidirsiniz  nə deyir?  Daha  biz

Motal  Qurbanəlinin  oğluna  nə üçün  rişxənd  edirik.  A  gədə,  mən  qəflət

yuxusundayam ya sən. Ayıl, gör nə fikrə düşmüsən. Məyər padşahlıq duması sənin

kimi köpəklər yeridir?

S ə m ə d b ə y, R ə s u l b ə y, M i r z ə K ə r i m, Ə l i b ə y (hamısı birdən).

Eyib olsun sizə, Heydərqulu ağa.



Milli Kitabxana

64

H e y d ə r q u l u a ğ a. Xeyr,  eyib  sizə olsun  ki,  bu  kibi  eşşəyi  meydana



çıxarıb vəkil seçməyi təklif edirsiniz.

F i r i d u n b ə y. Bimərifət, nadan.

H e y d ə r q u l u a ğ a. A gəda, mən bimərifətəm? Mən nadanam? Ayı oğlu,

ayı!


Kürsünü əlinə götürüb  Firidun bəyin  üstə hücum  edir.  Qonaqlar  ayağa  qalxırlar.  Cəfər

bəy Heydərqulu ağanın əlindən tutur.

C ə f ə r  b ə y.  Heydərqulu  ağa,  sənə qurban  olum,  sakit  ol.  Heydərqulu  ağa.

Çəkil kənara,görüm bu pota oğlu nə cürət edib o sözləri mənə deyir?!.

Kürsü ilə vurub Firidun bəyin başını yarır. Küy, qalmaqal qalxır.


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin