Milli Kitabxana
75
Ə m i r a s l a n a ğ a. Bəli, doğrudur.
M o l l a S a d ı q. Hacı gördün ki, mən yalan deyən adam deyiləm?
H a c ı İ m a m q u l u. Bəs onda fikriniz nədir?
M u x t a r b ə y. Nə olacaq? İrana qaçmaq.
M o l l a S a d ı q. Hacı eşitdinmi? Gördün ki, mənim məsləhətim bizi
düşməndən xilas edər. Bəylər də mən deyənə gəlmişlər, şəriət də bunu əmr edir,
hifz-bədəni vacib buyurmuş, bəla gəlməmiş, fərar et demiş.
M e h r ə l i b ə y. Molla Sadıq, sizin buyurduğunuza görə şəriətimiz: "Düşmən
vətəniniz üstə
gəldikdə
qoy qaç, canını qurtar" demişdir?! Bəs onda
peyğəmbərimizin buyurduğu hübbil-vətən
1
harada qaldı.
Mo l l a S a d ı q. Orası səhih, lakin bolşeviklər bizim üçün bir bəlayi-əzimdir
ki, xudavəndaləm dutduğumuz əməlin cəzası üçün göndəribdir.
S ə l i m b ə y. Bəs o cəza İran əhli üçün göndərilməmişdir? Yoxsa oradakıların
hamısı əməli-saleh insanlardır? Əgər cəza varsa, bizi İranda da tutacaqdır, Turanda
da.
H e y d ə r b ə y. Molla Sadığın fikri budur ki, nə məsləhət olacaq isə olsun,
fəqət içində Arazı keçmək olsun. Hacı, sizin fikrinizi də bilmək istəyirik.
H a c ı İ m a m q u l u. Mənə qalsa, hökumətə itaət etmək. Biz hökm quluyuq,
başda kim duracaqsa dursun.
Ə m i r a s l a n a ğ a. Hec dediyini anlayırsan, ağlını itirmiş kişi? Məgər
bilməyirsən ki, bolşeviklərin ən böyük düşmənləri biz xanlar, bəylər, siz
sərvətdarlar və Molla Sadıq kimi ruhanilərdir? Onlar bu üç sinfi yer üzündən
götürmək fikrindədirlər. Yoxsa fikrin odur ki, bolşevik zamanında da malı beşə
alıb yüz beşə satacaqsan? Onlar alış-verişi bilmərrə aradan götürürlər. İndi
anladınmı? Xəsis, malını yeməyən kişi?
M u x t a r b ə y. Hacı, bundan əlavə pul da aradan qaldırılır.
H a c ı İ m a m q u l u. Elə iş olarmı? Pulsuz da dünya yaşarmı?
M u x t a r b ə y. Hacı, onu get bolşeviklərdən soruş.
Ə m i r a s l a n a ğ a. Daha bitdi. Hacı İmamqulu və Molla Sadıq, hər birinizin
fikrini bildik. İndi bizim də fikrimizi bilin. Biz bəylər qət
Vətən sevgisi
Milli Kitabxana
76
etmişik ki, bolşevik hökumətinə tabe olmayaq. Bizim üstümüzə gəlsələr, müharibə
edib babalarımızın yurdunu müdafiə edəcəyik. Bu bizim qətnaməmiz! Buna siz də
tabe olmalısınız. Molla Sadıq, siz Mehrəli bəyin itaətində olacaqsınız, hər nə əmr
etsə, fori bitirəcəksiniz. Hacı İmamqulu, siz də Muxtar bəyin əmrinə tabesiniz.
Millətdən topladığınız paranı millət yolunda məsrəf edəcəksiniz.
H a c ı İ m a m q u l u. Başınıza dönüm, Əmiraslan ağa, mənim param harada
idi ki, məsrəf edim?
Ə m i r a s l a n a ğ a. Onu Muxtar bəy bilər. O, onun vəzifəsidir.
M u x t a r b ə y. O, bizim xüsusi işimizdir. Əmrinizin dalını buyurunuz.
Ə m i r a s l a n a ğ a. Molla Sadıq, siz də o fəsahət, bəlağət qapısı olan ağzını
açıb camaatı bizim itaətimizə çağıracaqsınız. İndi cümləniz mürəxxəssiniz.
Gediniz, iş dalınca olunuz. (Ayağa qalxırlar.) O da məxfi qalmasın ki, hər kim
mənim əmrimdən baş qaçırarsa, güllə qabağına qoyulacaqdır.
M u x t a r b ə y. Hacı İmamqulu, eşitdinmi?
M e h r ə l i b ə y. Molla Sadıq, anladınmı?
B ə y l ə r. Əmiraslan ağa, xudahafiz.
Ə m i r a s l a n a ğ a. Xudahafiz, qeyrətli bəylərim.
Çıxırlar.
Pərdə
İKİNCİ PƏRDƏ
Birinci pərdənin səhnəsi.
P ə r i c a h a n x a n ı m (yalqız). Ah! Nə dəhşətli xəbər! Nə fənabir hal!
Qırmızı Ordu tərəfindən kəndlər tutulmuş. Kəndlilər də bolşeviklərə qarışıb bəylər
üzərinə üsyan edirlər. Bizim rəiyyətə də etibar yoxdur. Bu axır vaxtlar
xidmətçilərimizin rəftarı bizlə büsbütün dəyişilib. Xanədanımızda ən müti, ən
fədakar sayılan Hadi lələ də yox olmuşdur. Yəqin o da bolşeviklər tərəfə keçibdir.
Daha bundan sonra kimə ümid bağlamalı? Kimdən nicat gözləməli? Ah, harada
qalmışsan ey sevgili əmizadəm! Gəl, gəl, meydanda tək qalmış zavallı əmucənin
|