asılmış zinətli xəncəri əlinə alır.) Babamın bu şanlı silahı ilə onun xain qəlbini
yırtmalıyam. (Cahangir ağa daxil olur.) Ah, gəldi! (Xəncəri sıyırıb ona tərəf
yönəlir.)
C a h a n g i r a ğ a (döşünü gərib). Vur!
P ə r i c a h a n x a n ı m. Sən nə ixtiyarla buraya qədəm basdın?
C a h a n g i r a ğ a. Bura mənim yurdum deyilmi?
P ə r i c a h a n x a n ı m. Yox. İrəlidə sən bu sarayın,bu yerlərin sahibi Hidayət
ağanın nəvəsi, Əmiraslan ağanın vahid varisi Cahangir ağa idin, fəqət indi vətən və
millət xaini - bolşevik, yoldaş Cahangirsən.
C a h a n g i r a ğ a. Dediklərinin hamısı düzdür, lakin bir şeydə səhv edirsən.
Pəricahan, mən sən deyən kimi şanlı-şöhrətli bir ağa idim. Lakin indi qırmancın ilə
döydüyün Həsənqulu kimi zəhmətkeş yoldaş Cahangirəm. Bəli, burası doğrudur,
fəqət mən vətənimin, millətimin düşməni deyiləm. Onun məzlum, miskin, səfil,
çılpaq əməkçilərini ən səmimi qəlblə sevən yoldaş Cahangirəm. Onları əsrlərcə
zülm və cəhalətdə saxlayan zalımlardan azad etmək yolunda çalışan yoldaş
Cahangirəm.
Milli Kitabxana
81
P ə r i c a h a n x a n ı m. Vətənin o zalımları kimdir?
C a h a n g i r a ğ a. Birincisi, belə saraylar sahibi ağalar.
P ə r i c a h a n x a n ı m. Xeyr, sənin kimi vətenine xəyanət edən alçaqlar.
C a h a n g i r a ğ a. Pəricahan, alçaq o şəxsə deyərlər ki, başqalarının zəhməti
ilə yaşaya, zalım o kəsdir ki, öz mənfəəti üçün başqalarını sıxa, əzə, məhv edə. Bu
saat orada, bir azdan sonra burada tökülən qan, kim və nə üçündür?
P ə r i c a h a n x a n ı m. Millət və vətən üçün.
C a h a n g i r a ğ a. Yalan! Mənim atam Əmiraslan ağa kimi mülkədarın
ağalığını saxlamaq üçün. Torpaqlarını mühafizə etmək üçün. Məgər millət yalnız
bəylərdən ibarətdir? Bəs bu milyonlarla kəndli, işçi, yoxsullar? Yoxsa onlar vətən
övladları deyil? Pəricahan, ağalıq daha bitdi, çünki onu mühafizə edən, onun
yolunda qanlarını sel kimi axıdan kəndli və fəhlə indi hüququnu daha anlamış.
Buna sübut kəndlilərin bizim tərəfə keçməsidir. Bu gün iki qüvvə bir-biri ilə
toqquşur. Biri haqqı müdafiə edir, digəri zülmü. Pəricahan, səni bu haqq yola dəvət
edirəm.
P ə r i c a h a n x a n ı m. Mən sən tərəfdə haqq görmürəm. Kəndlilərin sizin
tərəfə keçmələri buna sübut ola bilməz. Onlar bəylərin torpağına, belə gözəl
saraylarına sahib olmaq istəyirlər.
C a h a n g i r a ğ a. Doğrudur. Buna da haqları var.
P ə r i c a h a n x a n ı m. Hansı qanunla?
C a h a n g i r a ğ a. Təbiətin qanunu ilə. İşləməyən yeməz. Torpaq, onu
becərib zəhmət çəkənlərindir.
P ə r i c a h a n x a n ı m. Mən elə qanun eşitməmişəm.
C a h a n g i r a ğ a. İrəlilərdə mən də sənin kimi eşitməmişdim. Bu torpaqların
sahibi olmağımı göylər təsdiq etmiş sanırdım. Rəiyyətləri özümüzün qulu hesab
edirdim. Fəqət Karl Marksın əsərlərini oxuduqdan sonra anladım, haqq yolunu
tapdım.
P ə r i c a h a n x a n ı m. Sonra da bolşevik oldun. Özün kimi zalımlara
qoşulub böyük Rusiyanı tarmar etdiniz. İndi də bu gözəl ölkəni o hala salmaq
istəyirsiniz.
C a h a n g i r a ğ a. Pəricahan, zülm yuvaları dağılmasa, məzlumlar azad
olmazlar. İndi yıxarıqsa, sonra tikəcəyik. Nə etməli? Əmiraslan ağalar öz
ixtiyarları ilə tabe olmurlar. Pəricahan, atamın bizim tərəfə gəlməyinə ümidim
yoxdur, çünki həmişə buyurmada, vurmada,
Milli Kitabxana
82
kəsmədə ömür sürmüş, qartlaşmış ağa bunların hamısındaıı əl çəkib işçi-kəndli
tərəfdarı olmaz, fəqət bizim müqabilimizə çıxıb qovğa etməsin niyyəti ilə sənə
Hadi lələ ilə o məktubu göndərdim. Cavabın da söylədi.
Sən niyə zülm tərəfdarı olursan? Biz o zülmü insanlar arasından götürmək
istəyirik. Bax, gör bu nə böyük, nə yüksək bir idealdır ki, məni öz əlimlə bu
mülkümüzü tapdayıb məhv etdirməyə məcbur edir, atamın müqabilinə çıxardır.
Mehriban anamı unutdurur, tam üç il həsrətini çəkdiyim sən sevgili əmizadəmi
mənə düşmən etdirir. Pəricahan, sevgilim, gəl mənimlə birlikdə vətənimizin
məzlumlarını cəlladlar əlindən xilas edək.
P ə r i c a h a n x a n ı m. Cəlladları mən, sən tərəfdə görürəm.
C a h a n g i r a ğ a. Son sözümü dinlə, fikirləş, cavabını ver. Bax gör, bizmi
cəlladıq, yoxsa siz ağalar? Milyonlarla işçi-kəndlilər, əsrlərcə sitəmkarlar əlində
didilir, çeynənir, ayaqlar altında tapdalanıb əzilir. Hamısı ac, çılpaq zillətdə,
əziyyətdə, fəryadları əflaka çıxmış. Əsarət zənciri altında bədənləri incəlib üzülür.
Bax bu biçarələr indi bizdən nicat gözləyirlər. Pəricahan, gedək, onların fəryadına
çataq. Əsarət zəncirlərini kəsib xilas edək. Pəricahan, bu şərəfi başqasının öhdəsinə
atma. Şərq aləminin pərisi ol ki, əsrlərcə adın dünyada baqi qalsın. Qırmızı Ordu
içində nə qədər nəcib qəhrəman qadınlar var. Sən də Şərq məzlumlarının
qəhrəmanı ol.
P ə r i c a h a n x a n ı m. Elə böyük vəzifəni, elə yüksək şüarı özün üçün bəslə.
Mən isə bu gün ufaçıq bir vəzifə qəbul edirəm. O da "Laçın yuvası"nı sənin
ordundan müdafiə edib, onun "Orlean xanımı" olmaq istəyirəm.
C a h a n g i r a ğ a. Daha bitdi. Sən də atam kimi belə saraydan, belə cah-
cəlaldan öz ixtiyarınla əl çəkmək istəmirsən, fəqət mən zor ilə çəkdirərəm. Bu
zülmlə bina olmuş saraydan bir əsər qoymaram! (Çıxır.)
P ə r i c a h a n x a n ı m (tək). Ah! Cahangirdə nə böyük təğyir! Sabiqdə
mənim kimi, babalarımızın şan-şöhrəti ilə fəxr edərdi, ancaq indi isə, onlara zalım
deyib, nifrət edir. Mənim də qəlbimə şübhə saldı. Görəsən hansı yol doğrudur...
(Əmiraslan ağa daxil olur.) Ah, əmücəm gəldi.
Ə m i r a s l a n a ğ a. Qızım,bolşeviklər üzərimizə hücuma başlamış. Bu saat
Mehrəli bəyin dəstəsi ilə vumşurlar. Ümidim budur ki, igid
|