Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə38/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   34   35   36   37   38   39   40   41   ...   196
Milli Kitabxana

85

qoydunuz.  İndi  dindən,  məzhəbdən  çıxıb  öz  vətənlərini,  ata-analarını  atəşə tutub



qırırlar.  Dünyanın  axırıdır.  Üləma  buyurmuşlar  ki,  vay  o  zamandan  ki,  aradan

şəriət,  din,  böyük-kiçiklik,  ağa-nökərlik  götürülə.  Bax,  indi  həmin  zamandır  ki,

gəlmişdir.

Ə m i r a s l a n  a ğ a. Molla Sadıq, sən bizə nəsihət verməyəmi gəlmisən?

M o l l a S a d ı q. Xeyr, Əmiraslan ağa, məni əfv et, ürəyim yanır, onun üçün

danışıram. Mən arvad-uşağımı götürüb sizə pənah gətirmişəm.

Ə m  i  r  a  s  l  a  n    a  ğ  a. Çox  xoş  gəlmişsən.  Gözüm  üstə yerin  var.  Bu  gün

mənimlə bərabər  tüfəng  götürüb  o  dediyin  dinimizi,  şəriətimizi  düşməndən

mühafizə edəcəksən. Yoxsa, boş yerə nə vəz edirsən?

M e h r ə l i b ə y. Əmiraslan ağa düz buyurur.

M o l l a S a d ı q. Mən ömrümdə əlimə silah almamışam.

H a c ı İ m a m q u l u. Mən də arşından başqa əlimə heç zad götürməmişəm.

Ə m i r a s l a n a ğ a. İndi götürərsiniz.

M o l l a S a d ı q. Başına dönüm, Əmiraslan ağa, məni o tək balan Cahangir

ağanın  başına  çevir,  azad  et.  Mən  də bu  yolda  ölənlərimizi  dəfn edərəm  ki,  allah

onların günahlarından keçsin.

H a c ı İ m a m q u l u. Məni də arvad-uşaqların keşiyini çəkməyə təyin et.

Bu halda Səlim bəy və Heydər bəy daxil olurlar.

Ə m i r a s l a n  a ğ a. Səlimbəy, nə üçün qayıtdın?..

S ə l i m b ə y. Heydər bəy qaytardı.

Ə m i r a s l a n a ğ a. Heydər bəy? Nə üçün?..

H e y d ə r b ə y. Muxtar  bəyin  dəstəsi  qırmızılar  tərəfindən əhatə olunub

təslimə məcbur olmuşdur.

Ə m i r a s l a n a ğ a. Ah, nə fəna xəbər?! Bəs Muxtar bəyin özü necə olubdur?

H e y d ə r b ə y. Bir rəvayətə görə əsir düşüb, başqa rəvayətə görə nökərləri

onu  yaralı  halında  Qayadibi  kəndinə aparmışlar.  Xülasə,  onun  barəsində heç  bir

düz xəbər yoxdur.

Ə m i r a s l a n a ğ a. Uçurum dərəsini boşaltmamısan ki?

H e y d ə r b ə y. Xeyr,  lakin  qırmızılar  cəmi  qüvvəsini  Qayadibi  kəndinə

atmış. Mənim müqabilimdə heç kəs yoxdur.




Milli Kitabxana

86

Ə m  i  r  a  s  l  a  n



a  ğ  a. Ona baxma,vaxt ki,qırmızılar Qayadibini almaq

fikrindədir,  Uçurum  dərəsinin  böyük əhəmiyyəti  var.  İndi  sənin  qüvvəni  daha  da

artırmaq lazımdır. Uçurum dərəsini möhkəm saxlamağı əmr edirəm.

H e y d ə r b ə y. Əmrini bitirməyə hazıram. Uçurum dərəsindən özümü atıb

həlak edərəm, fəqət geriyə çəkilmərəm.

Ə m i r a s l a n a ğ a. Elə də lazımdır. Daha durmaq yeri deyil. Mehrəli bəy,

sən yaralısan burada qal. Arvad-uşaqları "Laçın yuvası"na topla. Səlim bəy, biz də

Qayadibinin köməyinə gedək.

Qalxırlar. Bu halda Cəfərqulu daxil olur.

C ə f ə r q u l u. Ağa, Qayadibi kəndini bolşeviklər aldı.

Qorxurlar.

M o l l a S a d ı q. Buradan qaçmaq! İndi buraya gələrlər.

H a c ı İ m a m q u l u. Durun, arvad-uşaqları götürüb dağlara qaçaq.

Ə m  i  r  a  s  l  a  n a  ğ  a. Sakit!  Qorxaq  yassarlar!  Cəfərqulu,  Qayadibi  çox

möhkəm, yolları da sərt qayalıq, onu necə aldılar? Yoxsa, dönüklük olmuşdur?

C ə f ə r q u l u.  Xeyr,  ağa,  bizimkilər  çox  mərdanə vuruşurdular,  ancaq  iki

səbəb təslimə bais oldu. Biri, kəndin qaya tərəfi tutulub atəş açılması...

Ə m  i  r  a  s  l  a  n a  ğ  a. Qoşuna  bələdçi  olmasa,  o  yolu  kimsə bilməz.  Yəqin

kəndçilərdən bir binamus çıxmışdır.

C ə f ə r q u l u. Xeyr, ağa, elə şəxs bizdən çıxmamış.

Ə m i r a s l a n a ğ a. Bəs kimdən çıxmış?

C ə f ə r q u l u. Orduya yol göstərən Hacının oğlu bolşevik Həsən olmuşdur.

B ə y l ə r. Ay binamus!

M o l l a S a d ı q. Hacı, gördünmü, dediyim necə düz oldu? Sənə demədimmi,

bu uşağı Rusiyaya göndərmə? Sözümə baxmadın.

H a c ı İ m a m q u l u. Ah, oğlum sağ imiş, gəlib çıxdı.

M e h r ə l i b ə y. Elə biqeyrət oğul heç gəlib çıxmayaydı.

Ə m i r a s l a n a ğ a. İkinci səbəb?

C ə f ə r q u l u. Ağa, soruşma, deməyə cürət etmirəm.

Ə m i r a s l a n a ğ a. Sənə əmr edirəm, de!





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin