Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə57/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   53   54   55   56   57   58   59   60   ...   196
Milli Kitabxana

135


K ə r b ə l a y ı N ə b i. Bilmirəm, bu şeytanı sən haradan mənim yadıma

saldın. Lap ovqatımı təlx etdin. Xülasə, xalasına lənət, gələk saqqal məsələsinə. Bir

de görüm, mənim bu saqqalım əvvəllərdə nə tövr olardı?

P ə r i c a h a n. Ağa, qapqara şəvə kimi.

K ə r b ə l a y ı N ə b i.  Belə atan  oldu  rəhmətlik.  Onu  şəvə kimi  edən  kim

olardı?


P ə r i c a h a n.  Belə mən.  Həftədə iki  dəfə,  üç  dəfə xına  qoyub  yuyardım,

saqqalın da qapqara kömür kimi olardı.

K ə r b ə l a y ı N ə b i. Bəs onu indi niyə etmirsən, a zalım qızı?

P ə r i c a h a n.  Ağa,  dedim  yəqin  xanımın yasını  saxlayırsan,  onun  üçün  də

saqqalına xına qoymursan.

K ə r b ə l a y ı N ə b i. Xub, biri öləcək, biri dünyaya gələcək, burada saqqalın

günahı nədir ki, bu günə düşsün?

P ə r i c a h a n. Ağa, buyurarsan, elə bu gecə saqqalına xına qoyaram.

K ə r b ə l a y ı N ə b i. Gecə nədir? Elə indicə bu xınanı suya qoyarsan, bir

azdan sonra da saqqalıma qoyarsan. Bu gecə xeyir işim var.

P ə r i c a h a n. Ağa, o necə xeyir işdir?

K ə r b ə l a y ı N ə b i. Sən bilmirsən ki, o necə xeyir işdir? Görmürsən ki, eşq

topuğuma vurubdur?

P ə r i c a h a n. Ay ağa, eşq adamın başına vurar.

K ə r b ə l a y ı N ə b i. Eşq mənim başıma da, döşümə də, belimə də, əlimə də,

ayağıma da, hətta bağırsaqlarıma da vurubdur, cəmi vücudum eşq oduna yanır. Bu

dəmdə mənə bir  spiçka  vursan,  şam  kimi əriyib  tökülərəm.  Mən  qabaqda  eşq-

məşqə inanmazdım,  deyərdim,  ele  şey  yoxdur,  onu  şairlər  icad  ediblər.  Demə,

kişilər  doğru  deyirmiş.  Nədir  eşq?  "Məhəbbət  bir  bəla  şeydir,  giriftar  olmayan

bilməz". Vallahi ki, belədir. İndi Pəricahan, iş sənə qalıbdır.

P ə r i c a h a n. Ağa, mən razıyam.

K ə r b ə l a y ı N ə b i. Ay sağ ol, mənim ağıllı Pəricahanım.

P ə r i c a h a n. Ancaq, ağa, gərək bir az səbir edək, el bizə nə deyər? Bir aydır

ki, xanım ölübdür, heç olmasa qoy qırxı çıxsın.

K ə r b ə l a y ı N ə b i. Xeyr, xeyr, eşq məni yaman hala salıbdır. Davam edə

bilmirəm. Gərək bu gecə nə tövr olsa iş bitsin. El özü çox yaxsı bilir ki, müsəlman

olan şəxs, heç bir gün də arvadsız dura bilməz.

P ə r i c a h a n. Ağa, bəs mən bu otuz ili necə ərsiz qalmışam?




Milli Kitabxana

136


K ə r b ə l a y ı N ə b i. O da sənin səfehliyin. Müsəlman qızı elə ki, doqquz-on

yaşına çatdı, ver getsin ərə.

P ə r i c a h a n. Ağa, sənin fikrin odur ki, elə bu gecə kəbin kəsilsin?

K ə r b ə l a y ı N ə b i. Bəli.

P ə r i c a h a n. Axı mənim vəkilim yoxdur.

K ə r b ə l a y ı N ə b i. Sən vəkili neylirsən?

P ə r i c a h a n. Bəs qız tərəfindən vəkil lazım deyilmi?

K ə r b ə l a y ı N ə b i.  A  səfeh  qızı  səfeh,  nə danışırsan?  Məgər  mən  səni

alıram?

P ə r i c a h a n. Bəs kimi alırsan? Mən elə bilirəm məni alırsan.

K ə r b ə l a y ı N ə b i. Səni? Ha-ha-ha... Dünyanın çopuru elə mənə qalmışdı.

Sən elə çopursan ki, başından bir çuval darı töksən, bir dənəsi de yerə düşməz. Bir

Pəricahana bax, kül olsun o cahanın başına ki, sənin kimi pərisi var. A kişilər, mən

bu ad qoyan ata-anaya lap məəttəl qalmışam. Görürsən meymuna oxşayan qızlara

ad qoyurlar: Dürnisə, Mələkmənzər, Mahtaban.

P ə r i c a h a n. Yaxşı, məni almırsan, bəs kimi alırsan?

K ə r b ə l a y ı N ə b i. Belə gözəlini, məzəlini.

P ə r i c a h a n. Məzəli kimdir?

K ə r b ə l a y ı N ə b i. Belə Şövkət, mənim canım ona qurban olsun.

P ə r i c a h a n. Vaxsey, gör bu qoca kaftar nə fikrə düşübdür. şövkətin heç on

bir yaşı tamam deyil, o hələ gəlin oynadır.

K ə r b ə l a y ı N ə b i. Elə mən də onun ilə gəlin-gəlin oynayacağam. Bir də

baxıb  görəcəkdir  ki,  dünyaya  bir  bapbalaca  bəbə gəlibdir. Oynatsın  nə qədər  kefi

istəyir.


P ə r i c a h a n. Mən bu işə heç vaxt razı ola bilmərəm.

K ə r b ə l a y ı N ə b i.  Səfeh  qızı  səfeh,  sən  mənə qəyyumsan  ki,  razılıq

istəyim. Elə sən cəhənnəmə razı olma.

P ə r i c a h a n. İndi ki, belə oldu, mən bu işi pozacağam.

K ə r b ə l a y ı N ə b i. Necə pozacaqsan?

P ə r i c a h a n. O mənim işimdir.

K ə r b ə l a y ı N ə b i. Yenə bilək de...

P ə r i c a h a n.  Belə Maral  xanıma  deyəcəyəm,  o  da  səni  bu  işin  üstə tutub

çekaya salacaqdır.

K ə r b ə l a y ı N ə b i. A balam, Maral xanıma nə dəxli var? Şəriət təriqilə

evlənirəm. Doğru deyiblər ki, arvadın heç ağlı olmaz, öz xeyrini anlamaz. Gəl, sən

mənim işimi düzəlt, - mən də sənin işini... O





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin