Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə80/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   76   77   78   79   80   81   82   83   ...   196
Milli Kitabxana

191


Ş ə m s i b ə y. Piri baba, bunlar mənim ovçulğumu lağa qoyub güldü, fəqət öz

qüsurlarını açmaq istəmirlər.

P i r i b a b a. Sən də onlarınkını aç söylə, görək nə olmuş.

Ş ə m s i b ə y. Piri    baba meşəyə bir  az  qalmış  onda  gördük  ki,  bu  iki  igid

xanımdan bir elə qışqırıq qalxdı ki, dedim yəqin bunların qarşısına aslan çıxmışdır.

Bilirsinizmi, Piri baba, bunlar nə görmüşlər?

P i r i b a b a. Yəqin siçan görmüşlər.

Ş ə m s i b ə y. Bəli.

Gülüşürlər.

P  i  r  i    b  a  b  a. Oğlum,  arvad  tayfasının əksəri  siçandan  qorxur.  Rəhmətlik

Xalisə də belə idi.

Bu halda Cəbi əlində bir çamadan, dalınca Çingiz daxil olurlar.

Q ə m ə r. Çingiz gəldi. (Qaçaraq gedib onun boynunu qucaqlayıb öpür.)

Y a s ə m ə n. Ah, oğlum, gəldi, Allah, sənə şükür. Ay qız, bir dayan, mən də

öpüm! (Çingizi öpür.)

H ə c ə r  x a n ı m. Oğlum, gəl səni mən də öpüm.

İstəyir öpsün, Çingiz kənara çəkilir.

Ç i n g i z.  Həcər  xanım,  mən  haradan  sizin oğlunuz  oldum.  Mən  sizin

qulluqçunuz kürd qızının oğluyam.

H ə c ə r    x  a  n  ı  m. Ah,  Çingiz,  oğlum,  məni  atəşə yaxma,  Yasəmən  mənim

qulluqçum olmayıbdır, sevgili bacım olubdur.

Q ə m ə r.  Çingiz,  gəl  su  töküm əl-üzünü  yu,  yoldan  gəlmisən,  yorulmusan.

Gəl, qardaşım, sonra danışarsan.

Ç  i  n  g  i  z.  Toxda,  Həcər  xanım, Əlimərdanı  ölmüş  görüb,  mən  oğlu  Çingizi

Rusiyada bilib buraya gəlməyə cürət etmisiniz?

P i r i  b a b a. Çingiz, Həcər xanım övladları ilə mənə qonaq gəlmişlər, sənə

dəxli yoxdur.

Ç i n g i z.  Bəs  sən Əlimərdanın əmisi  deyilsən?  Necə qeyrətin  qəbul  edir  ki,

onun  düşmənlərini  qonaq  edirsən?  Məgər  bilmirsən  ki,  mənim  atam Əlimərdanın

Sibirdə əlləri,  ayaqları  qandalda,  sızlayıb  fəryad  etməyinə səbəb  binamus  Şahbaz

bəy olmuşdur.



Milli Kitabxana

192


Ş ə m s i b ə y.  Çingiz,  mən elə fikir  edirdim  ki,  atalarımızın ədavəti  biz

övladlarına  keçməyəcəkdir,  çünki  hər  iki  tərəf  bir-birlərindən  intiqamını  almış.

Mən əmim İlyas bəyin və başqa qohumlarımın qanını səndən iddia etmirəm. Fəqət

indi  görürəm  ki,  siz  başqa fikrə düşmüşsünüz,  bismillah,  mən  meydandan  qaçan

oğlan deyiləm.

Ç i n g i z. Hə, indi biqeyrət Şahbaz bəyin oğlu Şəmsi bəy özünü büruzə verdi.

Ş ə m s i b ə y. Quldurbaşı Əlimərdanın oğlu Çingiz də öz gədalığını göstərdi.

Ç i n g i z. Mənə gəda deyirsən?

Onun üstünə yeriş edir, Zöhrə xanım başını uca tutaraq, döşünü gərərək onun qarşısında

durur. Həcər xanım qışqırıb qəşş edir, Qəmər ağlayır.

Z ö h r ə x a n ı m. Çingiz, biz düşmən də olsaq qapınıza gəlmişik, sizə qonaq

olmuşuq, qonağın ehtiramı beləmi olur?

Ç i n g i z (başını aşağı salaraq). Zöhrə xanım, məni əfv ediniz, xəcalətimdən

üzünüzə baxa bilmirəm. Tutduğum əməldən özüm də peşmanam.

Z ö h r ə x a n ı m. Öz tərbiyəsilə cavanlar arasında şöhrət tapmış Çingizi indi

tanıdım, əfvinizi qəbul edirəm. Ancaq anamız Həcər xanımdan üzr istəməlisiniz.

Ç i n g i z. Həcər xanım, məni əfv etməlisiniz. (Əllərindən öpür, Həcər də onun

alnından öpür.)

H ə c ə r  x a n ı m. Oğlum, Çingiz, mənə yenidən ruh verib diriltdin, allah səni

hər bəladan hifz etsin.

Q ə m ə r (gedib Çingizin əlindən tutub Şəmsi bəyə tərəf gedir.) Çingiz, Şəmsi

bəylə də barış.

Ç i n g i z (ona əl verərək).  Şəmsi  bəy,  məni əfv  ediniz,  o  sözləri  deməyə

ürəyimin qəm-qüssəsi səbəb oldu. Qürbətdə çəkdiyim əziyyətdən sonra əziz anamı,

sevgili  bacımı,  qoca  babamı  sağ  və salamat  gördükdə bəxtiyar  ömrünü  Sibirdə

çürüdüb  axırı  canını  namus  yolunda  fəda  edən  yazıq  atam  yadıma  düşdü.  Özümü

saxlaya bilməyib sizlərə biehtiramlıq etdim.

Y a s ə m ə n (gedib onu qucaqlayaraq). Oğlum, bu sözlərin ilə yaralı ürəyimi

oxladın. (Ağlayır.)

P i r i b a b a. Yasəmən, sakit ol, naşükür olma, Çingiz kimi oğlun, Qəmər kimi

qızın var. Ölüm cümlə yaranmış üçün var. Oğlum, Çingiz, bəs mən qoca baban ilə

nə üçün görüşmürsən?




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin