Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə77/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   73   74   75   76   77   78   79   80   ...   196
Milli Kitabxana

185


H ə c ə r x a n ı m. Piri baba, Xalisə nənə, xudahafiz, Yasəmən, oğlunu gətir

baxım.


S ə f i b ə y. Həcər xanım, düşmənin ailəsinə mərhəmət etmək caizmidir?

H ə c ə r

x a n ı m.  Siz  bilirsiniz  ki, Yasəmən  mənim  sevgili  xidmətçim

olmuşdur.  Onun və bu  məsum  uşağın  nə günahı  var?  (Yasəməndən  uşağı  alıb



öpür.) Yasəmən, səni və bunu bir allaha tapşırıram.

Tüfəng səsi gəlir.

S ə f i b ə y. Həcər xanım, gedək.

H ə c ə r x a n ı m. Xudahafiz. (Gözlərini silir, gedirlər.)

Y a s ə m ə n. Ey uca tanrı, mən də sevgili ərimi sənə tapşırıram.

Pərdə

İKİNCİ PƏRDƏ

Birinci pərdənin mənzərəsi. Birinci pərdədən iyirmi il keçibdir.

P i r i  b a b a. Ey vəfalı silahım, sahibin tək sən də köhnəlmisən, paslanmısan.

Keçmişdə sənin  güllən  heç  puça  çıxmazdı.  Ağzından  od  parladıqda  ovu  yerdə

görmüşəm. İndi sinnim həştada çatmış, gözlərimin nuru getmiş, qollarımın qüvvəti

azalmış. İndi səni qaldırıb qırqovulu nişana aldıqda qaqqıltı ilə uçub uzaqlaşır. O,

qaqqıltı ilə sanki deyir, ey piri-natəvan, nə vaxta kimi bizləri ovlayacaqsan? Çəkil,

rahat  ol,  daha  vaxtın  keçmiş.  Bəli  keçmiş...  (Yasəmən  samovarı  gətirib  süfrəyə

qoyur.) Yasəmən Qəmər durubdurmu?

Y a s ə m ə n. Qəmər sübh tezdən durub meşəyə gedibdir.

P i r i b a b a. Erkən durmaq yaxşı şeydir, bədəni saflaşdırar. Ancaq o zaman

meşə rütubətdir, gəzməsin, dağa çıxsın, təmiz hava udsun.

Y a  s ə m ə n.  Qəmər  şəhərdə o  qədər  darıxıb,  sıxılıbdır  ki,  buraya gələndən

bəri  evdə oturmaq  istəmir.  Deyir:  Ana  can,  doqquz  ay  dərs zamanı  günlərimi

sanamışam  ki,  yay  fəsli  haçan  gələcəkdir  ki,  Piri babama  qonaq  gedəm,  doyunca

meşəni, dağı, çəməni gəzəm.

P  i  r  i b  a  b  a.  Qoy  gəzsin,  yesin,  içsin,  hala  gəlsin.  Ancaq  gəzməyə yoldaşı

yoxdur. Məni tutur ki, Piri baba dur gəzməyə gedək. Deyirəm,




Milli Kitabxana

186


ay qızım, babanın nə gücü qalmışdır ki, sənə yoldaşlıq etsin, sənin iti ayaqların ilə

yeriş  etsin.  Deyirəm,  səbir  et,  qardaşın  Çingiz  gəlsin  o  zaman  ürəyiniz  istədikcə

gəziniz.

Yasəmən çay töküb Piri babaya verir.

Y a s ə m ə n. Piri baba, Qəmər ilə Çingizi görəndə elə bil ki, dünya mənimdir.

Necə mehriban  bacı-qardaşdırlar.  Necə məni  sevib ehtiramımı  saxlayırlar.  Çingiz

ona atalıq edir. Bax nə sənə baxdı, nə mənə, bacısını oxutdu.

P i r i b a b a. Çingiz çox ağıllı, kamallı cavandır.

Y a s ə m ə n. Allah sevgili ərimi əlimdən aldısa da, yerində belə oğul qoydu.

Qəmər qucağında çiçək və əlində dəsmal bağlısı daxil olur.

Q ə m ə r. Baba, sabahın xeyir.

P i r i b a b a. Qızım, aqibətin xeyir.

Q ə m ə r. Baba, tap görüm, mənim bu dəsmalımdakı nədir?

P i r i  b a b a. Qızım, kirpidir.

Q ə m ə r. Vay, baba nədən bildin?

P i r i  b a b a. Dəsmalına bax, özün bilərsən.

Q ə m ə r (baxır.) Hə, kirpinin tikanları dəsmalı dəlib çıxıbdır.

P i r i  b a b a. Bu kirpini nə edəcəksən?

Q ə m ə r. Sənin bostanına buraxacağam.

Y a s ə m ə n. Qızım, bu heyvan bostanı tərk edər.

Q ə m ə r. Piri baba, beləmi?

P  i  r  i    b  a  b  a. Yox,  ağıllı  qızım,  fikrini  anlayıram.  Kirpi  bostanın qurdlarını

yeyib tələf edər, onu salamat saxlar.

Y a s ə m ə n. Qızım, bunu sən haradan bilirsən?

Q ə m ə r. Mən kitabda oxumuşam. Piri baba da təbiətin içində yaşayıb, görüb-

gütürübdür. Baba, təzə qoruqçunu aparım bostanına buraxım. (Gedir.)

P i r i b a b a. Yasəmən, görürsən oxumaq nə gözəl şeydir.

Y a s ə m ə n. Baba, doğru deyirsən, ancaq oxuyub elmli olandan sonra, bizim

kəndli qızları öz ayağı çarıqlılarına ərə getmirlər.

P  i  r  i    b  a  b  a. Nə üçün  getmirlər?  Ürək  elmə-zada  baxmaz.  Səni  bəyzadələr

istəyirdilər, bəs nə üçün getmədin?




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin