36.PK-nın gözləmədən qoşulan taymeri (S_PULSE)
PK-da taymerlər həm binar, həm də blok şəklində olub, proqram elementləri pəncərəsinin Timers qovluğunda yerləşir.
Blok tipli taymerlər eyni quruluşa malik olub, işləmə prinsipləri müxtəlifdir (Şəkil 1) və onlar adları ilə fərqlənir.
Onların S girişlərinə idarə edici siqnal, TV girişinə gözləmə vaxtı, R girişinə taymeri ilkin vəziyyətə gətirən siqnal verilir. Bu və digər taymerə verilən gözləmə vaxtının qiyməti zaman keçdikcə azalır. Onun cari qiymətini ikilik ədəd şəklində BI, ikilik-onluq formatda isə BCD çıxışlarından oxumaq olar. Taymerlərin BI, BCD və Q çıxışlarını boş saxlamaq, yəni ünvan yazmamaq olar.
Şəkil 1
Proqramda taymerlərin Q çıxışından və/və ya kontaktlarından istifadə ediliə bilər. İstənilən tip taymerin Q çıxışı “1” olduqda onun na kontaktları qapanır, nb kontaktları isə açılır. Gözləmədən qoşulan taymer (S_PULSE). Taymerin S girişinə siqnal verdikdə Q çıxışı “1” qiymət, TV girişinə verilmiş gözləmə vaxtı başa çatdıqda Q çıxışı “0” qiymət alır. R girişinə impuls verildikdə Q çıxışı “0” qiymət alır.
Şəkil 2-də I124.1 kontaktı qapandıqda Q125.1 diskret çıxışı işə düşür və 35 s. sonra ilkin vəziyyətə gəlir. İstənilən vaxt I124.2 kontaktı qapandıqda Q125.1 diskret çıxışı ilkin vəziyyətə gəlir. Taymerin yenidən işləməsi üçün I124.1 kontaktı açılıb yenidən qapanmalıdır.
Şəkil 2
Dostları ilə paylaş: |