PMK imtahan sualları və cavabları
UĞURLAR
1.PMK-nın ümumi quruluşu
PMK sadə avadanlıqlar və texnoloji proseslərin məntiqi idarəetmə sistemlərini (MİS) qurmaq üçündür. Onlar müstəqil olaraq, bir-biri ilə əlaqədə və kompüterlə əlaqədə işləyə bilirlər.Müxtəlif firmalar tərəfindən müxtəlif tipli PMK istehsal olunur. Onların hamısı vericilər və icra mexanizmləri ilə əlaqə yaratmaq üçün girişlər və çıxışlardan, idarəedici düymələrdən, ekrandan (ekransız da olurlar) və funksional elementlərdən ibarətdir. Biz Easy 619 AC-RC tipli PMK-in ümumi quruluşuna
baxacayıq. Bu kontrollerin xarici görünüşü şəkil 1-də verək.
Şəkil 1. Şəkil 2.
Qida girişləri PMK-nı qida mənbəyinə birləşdirmək üçündür. PMK-in tipindən asılı olaraq onlar müxtəlif gərginliklərlə qidalanır: Easy 619 AC-RC 220V dəyişən gərginliklə qidalanır. Girişlərin sayı və giriş siqnallarının tipi yenə də PMK-in tipindən asılı olaraq müxtəlifdir. Belə ki, giriş siqnalları analoq siqnal, diskret siqnal və ya hər ikisindən, girişin sayı isə 8,10,12 və s. ola bilər. Easy 619 AC - RC tipli PMK-nın 12 diskret girişi vardır və bütün girişlər 0240V həddində dəyişən gərginlikdən ibarətdir. PMK-nın hər hansı girişinə verilən gərginliyin qiyməti 115V-dan çoxdursa, o məntiqi «1», 115V-dan azdırsa məntiqi «0» kimi qəbul edilir.
PMK-nın tipindən asılı olaraq onun tərkibinə aşağıdakı funksional elementlərin hamısı və ya bəziləri və onların kontaktları daxil ola bilər:
Dostları ilə paylaş: |