3.PMK-nın müstəqil proqramlaşdırılması.Ümumi məlumat
PMK sadə avadanlıqlar və texnoloji proseslərin məntiqi idarəetmə sistemlərini (MİS) qurmaq üçündür.Easy tipli kontrollerlər 2 üsulla proqramlaşdırıla bilər: həm özlərində, həm də kompüter vasitəsilə. Ekranı olmayan kontollerlərin proqramı isə yalnız,kompüter vasitəsilə tərtib etmək mümkündür. PMK-nın tipindən asılı olaraq onlardan bəziləri (ekranı olanlar) öz düymələri vasitəsilə proqramlaşdırıla bilər. Təbii ki, hər tip PMK-in özünəməxsusluğu vardır. Odur ki, proqramlaşdırma qaydaları Eazy 619 AC-RC tipli PMK üçün baxılır. Əgər PMK-nım yaddaşında hər hansı bir proqram varsa, onda o, şəbəkəyə qoşulduqda həmin proqram avtomatik işə salınır və ekrana şəkil 1-dəki şəkil gəlir, və bu onun işçi rejimi və ya RUN rejimidir.
Şəkil 1.
Göründüyü kimi yuxarıda nöqtələr var,bu nöqtələr,diskret girişlərin sayına bərabərdir.Əgər hər hansısa bir girişin qiyməti vahid olarsa,həmin girişə uyğun nöqtənin yerində həmin girişin nömrəsi yazılır.Məsələn,şəkildən göründüyü kimi, 5 və 10 yazılıb,5ci diskret girişin və 10cu diskret girişin qiyməti vahidə bərabərdir.Aşağıda olan nöqtələr isə,diskret çıxışların sayına bərabərdir.Yenə də,əgər hər hansısa bir çıxışın qiyməti vahiddirsə,həmin nöqtənin yerində,həmin çıxışın nömrəsi yazılır.Şəkildən göründüyü kmi, 2,4-cü çıxışlar işçi vəziyyətdə hesab olunur.Ortasında isə real vaxt qeyd olunur.Əgər kontriollerin yaddaşında heç bir proqram yoxdursa,və ya olan proqramı biz özümüz dayandırmışıqsa,onda ekrana şəkil 2-dəki məlumat çıxır.
Şəkil 2.
Yəni bu kontrollerin dayanmış vəziyyəti və ya STOP vəziyyətidir.Ekranın yuxarısındakı nöqtələrin sayı girişlərin sayına bərabər olub girişlərin vəziyyətini, aşağıdakı nöqtələrin sayı isə çıxışların sayına bərabər olub çıxışların vəziyyətini indikasiya etmək üçündür. Hər hansı bir və ya bir neçə girişlərin (çıxışların) qiyməti məntiqi vahid olarsa, onda uyğun nöqtələrin yerinə həmin girişlərin (çıxışların) nömrələri yazılır.
Ekranda RUN olması PMK-nın yaddaşındakı proqramın icra olunması (RUN rejimi), STOP olması isə yaddaşda proqramın olmaması və ya olan proqramın icra olunmaması deməkdir (STOP rejimi).
Dostları ilə paylaş: |