Sumqayit döVLƏt universiteti


PMK-da proqramın tərtib edilmə qaydaları



Yüklə 1,85 Mb.
səhifə8/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

5.PMK-da proqramın tərtib edilmə qaydaları

Eazy-soft siste­mində olduğu kimi burada da ekranın hər sətrində yalnız 3 kon­takt (1, 2, 3-cü mövqelərdə) və bir funksi­onal element (yalnız 4-cü mövqedə) yerləşdirmək olar.Kontaktların və funksional elementlərin lazım olan möv­qedə yerləşdiril­məsi üçün kursor ,,, düy­mələri vasi­təsilə lazım olan mövqeyə gətirilir və OK düyməsi sıxılır. Əgər kursor 1, 2, 3-cü mövqelərdən birində olarsa, onda həmin yer­də I1, kursor 4-cü mövqedə olduqda isə [Q1 cıxır. Bu zaman uyğun olaraq I və ya Q hərfi döyünür. Bu hərflərin döyünməsi o deməkdir ki, ,  vasitəsilə kontaktlar­ın və ya funksional elementlərin tipi dəyişdirilə bilər.

Kontaktların nömrəsini (I1) və ya funksional ele­men­t­lərin nömrəsini ([Q1) dəyişmək ücün ,  düy­mələri ilə kursoru 1 rəqə­mi üzərinə gətirərək onu döyündürmək, sonra isə ,  düy­­mə­ləri ilə lazım olan ədədi almaq lazımdır.

Funksional elementlərin zəruri girişlərini (növ­bəti möv­zu­­da baxılacaq) almaq üçün ,  vasitəsilə kursor funk­­sional ele­men­tin şərti işarəsinin 1-ci simvolu üzərinə gətirilərək o, döyün­dürülür və ,  vasi­tə­silə istənilən giriş əldə edilir.

Normal açıq (na) və ya normal bağlı (nb) kontaktı əldə etmək üçün ALT düyməsin­dən istifadə edilir. Bunun üçün kur­sor lazım olan kontaktın üzərinə gətirilir, əvvəl­cə OK, sonra isə ALT düyməsi sıxılır. Bu zaman na kontakt nb kontakta və təsirinə çevrilir (I1 - na, I1 - isə nb kontaktdır).

Birləşdirici xəttləri çəkmək üçün ALT düyməsi sıxı­lır və bu zaman ekranda karandaş ( ) peyda olur. Onu ,,, düymələri vasitəsilə zəruri istiqamətdə hərə­kət etdirməklə birləşdirici xəttlər əldə edilir.




Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin