4.PMK-nın proqramlaşdırma rejiminə keçid
PMK-da yeni proqram tərtib etmək və ya olan proqramda müəyyən dəyişikliklər aparmaq üçün proqramlaşdırma rejiminə keçmək lazımdır. Bir rejimdən digər rejimə keçmək və proqram tərtib etmək üçün DEL, ALT, ESC, OK, , , , düymələrindən istifadə edilir. Şəkil 1 və ya şəkil 2-dən proqramlaşdırma rejiminə keçmək üçün OK düyməsi sıxılır. Bu zaman ekrana şəkil 3-dəki məlumat çıxır:
Şəkil 1 Şəkil 2 Şəkil 3
Şəkil 1-dən şəkil 3-ə keçdikdə STOP, şəkil 2-dən keçdikdə isə RUN yazılır. Şəkil 3-dəki opsiyaların hər hansı biri , düymələrilə seçilir (seçilmiş opsiya ekranda döyünür), seçilmiş opsiyanı təsdiq etmək üçün OK düyməsi sıxılır.PROQRAM proqramlaşdırma rejiminə çatmaq məqsədilə növbəti mərhələyə keçmək üçün seçilir;RUN (STOP) işləməyən proqramı işə salmaq (işləyən proqramın işini dayandırmaq) üçündür; PARAMETER funksional elementlərin sazlanan kəmiyyətlərini (məsələn: taymerin gözləmə vaxtı) daxil etmək üçündür;
Dostları ilə paylaş: |