Sumqayit döVLƏt universiteti



Yüklə 1,85 Mb.
səhifə14/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

9.PMK-nın taymerləri

PMK-nın tipindən asılı olaraq onun tərkibinə aşağıdakı funksional elementlərin hamısı və ya bəziləri və onların kontaktları daxil ola bilər:



-diskret girişlər-ikilik siqnalı daxil etmək üçündür.(İ);-diskret çıxışlar (Q);-konnektorlar (merker –M);-taymerlər (T);-sayğaclar (C);- keçidlər (:);-komparatorlar (A);-həftəlik(H) və illik(Y) saatlar.

Mötərizədə uyğun funksional elementlərin və onların kon­takt­larının proqram­laşdırma zamanı istifadə olunan hərfi işa­rələri verilmişdir.

Taymerlər vaxt gözləməklə məntiqi idarəetməni təşkil etmək üçündür. Gözləmə müddəti 099.99 saniyə həddində qiymət ala bilər. Taymerə mTn kimi müraciət edilir. m - girişin tipi, n- istifadə edilən taymerin nömrəsidir. Onun T və R kimi iki girişi vardır. T girişi əsas idarəedici girişdir.T girişinə (TTn) daimi siqnal verildikdə taymer işə düşür və ona verilmiş gözləmə müddəti başa çat­dıqda kontaktlarının vəziyyətini dəyişir, yəni nb kontaktlarını açır, na kontaktlarını isə bağlayır. Taymerin T girişinə siqnalın kontakt vasitəsilə verilməsi zərurətdir. Yalnız həmin kontakt hər dəfə qapandıqda taymer yenidən işə düşür. R girişi (RTn) istənilən vaxt (taymerin gözləmə müddətinin başa çatıb-çatmamasından asılı olmayaraq) taymeri ilkin vəziyyətə gətirmək üçün istifadə edilir. Bu məqsədlə həmin girişə impuls verilir. Şəkil 1-də taymerin istifadə edilməsinə aid fraqment verilmişdir: Şəkil 1

Hər dəfə I01 kontaktı qapandıqda (birinci girişə qoşulmuş açar və ya tumbler vasitəsilə həmin girişə siqnal verildikdə) TT01 taymeri işə düşür və ona verilən vaxt başa çatdıqda özünün na T01 kontaktını qapayaraq [Q01 çıxışını işə salır. İstənilən vaxt I02 kontakt qısamüddətli qapandıqda TT01 tay­meri ilkin vəziyyətə gətirilir və I01 qapalı vəziyyətdə olsa belə o, yenidən işə düşmür. TT01-in yenidən işə düşməsi üçün I01 kontaktı açılıb, yenidən qapan­ma­lı­dır.




Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin