Sumqayit döVLƏt universiteti


PMK-nın diskret girişləri və diskret çıxışları



Yüklə 1,85 Mb.
səhifə12/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

7.PMK-nın diskret girişləri və diskret çıxışları

Diskret girişlər idarəetmə obyektinin ikivəziyyətli ve­ri­ci­lə­­r­indən və ya idarə­edici düymələrdən,kontaktlardan,elektrik açarlarından siqnalları kontrollerə daxil etmək üçün istifadə olunjur.Diskret girişlərə In kimi müraciət edilir və proq­ramda nanb kontaktlar kimi təsvir edilir. n – girişin nömrəsidir.

Diskret çıxışlar idarəetmə obyektinə diskret idarə­edici təsir­ləri vermək üçün­dür.Diskret çxışlara mQn kimi müraciət edilir. n – diskret çıxışın nömrəsini, m – diskret çıxışın girişinin tipidir,və [, , SR işarələrindən biri ola bilər: [ girişinə siqnal verildikdə diskret çıxış ([Qn)adi rele kimi işləyir; – girişinə siqnal verildikdə diskret çıxış ( Qn) impuls relesi kimı işləyir; S – girişinə verilən impuls diskret çıxışı (SQn) işçi vəziyyətə (Set), R – girişinə verilən impuls isə onu ilkin vəziyyətə gətirir (Reset).

Adi relenin girişinə siqnal verildikdə o, obyektə ida­rəedici təsir verir, gi­rişinə siqnal verilməsi kəsil­dikdə isə obyektə idarəedici təsir vermir. İmpuls relesinin girişi­nə ardıcıl impulslar verildikdə tək nöm­rəli im­pulslarda obyektə idarəedici təsir verir, cüt nömrəli im­puls­larda isə idarə­edici təsiri dayandırır.

Qeyd etmək lazımdır ki, proqramda hər bir giriş ayrı element kimi təsvir edilir. Şəkil 1.7-də bütün halları nə­zərə alan fraqment verilmişdir: Şəkil 1

1-ci sətrdə adi releyə müraciət olunub.I01 kontaktı qapandıqda (birinci girişə qoşulmuş düymə sıxıl­dıq­da) birinci dis­kret çıxış obyektə idarəedici təsir verir, I01 kontaktı açıldıqda isə idarəedici təsirin verilməsi kəsilir; 2-ci sətrdə imppuls releyə müraciət olunub.I02 kon­taktı ardıcıl im­pulslar verdikdə (ikinci girişə qoşul­muş düy­mə tez-tez sıxılıb buraxıldıqda) 1, 3, 5,….. –ci impuls­larda ikinci çıxış işləyir; 2, 4, 6….-cı impulslarda isə işləmir; 3-cü sətrdə S girişə siqnal verilib.I03 kontaktı siqnal verib kəsdikdə belə (üçüncü gi­rişə qoşulmuş düymə sıxılıb buraxıldıq­da) üçüncü diskret çıxış idarəedici təsir ver­məkdə da­vam edir və yalnız I04 kon­taktı qısamüddətli qapandıqda üçüncü diskret çı­xış ilkin vəziyyətə qayıdır.

Qeyd etmək lazımdır ki, diskret çıxışlar da kontktlara (Qn) malikdir və onlardan idarəetmə proqramının qurulmasında istifadə edilir.




Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin