r ≥ k olduqda sayğacın na kontaktları qapalı, nb kontaktları isə açıq;
r < k olduqda sayğacın na kontaktları açıq, nb kontaktları isə qapalı olur.
Göstərilən şərtlər dəyişdikdə kontaktların vəziyyəti də dəyişir. Şəkil 1-də sayğacın istifadə olunmasına aid fraqment verilmişdir: Şəkil 1
fərz edək ki, sayğacın yaddaşına sazlama parametri kimi 5 ədədi verilmişdir (k=5) və I02 kontaktı açıqdır (D=0). I01 kontaktı (həmin girişə qoşulmuş düymə) ardıcıl olaraq qapanıb-açılır. Onun 5-ci qapanmasından sonra (r=5) C01 kontaktı qapanaraq [Q01 çıxışını işə salır. I01-in 8-ci qapanmasından (r=8) sonra I02 kontaktı qapanaraq D girişinə siqnal verir (D=1). Bundan sonra I01 kontaktı yenə də ardıcıl olaraq qapanıb-açılıır və r-in qiyməti hər dəfə “1” qədər azalır. Registrin qiyməti r=4 olduqda sayğacın kontaktlarının vəziyyəti dəyişəcək və [Q01 çıxışına siqnal verilmir. İstənilən zaman I03 kontaktı qısa müddətli qapandıqda sayğac ilkin vəziyyətə gətirilir.
Dostları ilə paylaş: |