Sumqayit döVLƏt universiteti



Yüklə 1,85 Mb.
səhifə4/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

2.Easy-soft sistemi

Kompüterdə müxtəlif proqramlaşdırma sistemləri vardır: Bu sistemlər həm kompüterdə PMK-nın proq­ramı­nı tərtib et­məyə, simulya­siya vasitəsilə proqramın düz­gün­­lüyünü yoxla­ma­ğa və PMK-nın yad­daşına yaz­mağa imkan verir. Easy-Soft sistemi Easy tipli PMK-ları proqamlaş­dır­maq üçün nəzərdə tutulmuşdur. Sistem aktivləşdirildikdə ekrana dialoq pəncərəsi çıxır. Pəncərənin sol tərəfin­dəki kataloq pəncərəsində lazım olan PMK-in daxil oldu­ğu qrup (Easy-400, Easy-500, Easy-600, Easy-700) seçilir. Biz Easy-600 qrupu seçirik.Lazım olan qrup seçdikdə, həmin qrupa daxil olan PMK-lar açılır. Sürümə (drag-drop) əməliyyatı ilə seçilən PMK ek­ra­­­nın sağındakı boş sahəyə (proqramlaşdırma sahə­sinə) gətiririk

Bundan sonra ekranın sol-aşağı küncündə “Cxeмa соединений” tıklandıqda dialoq pəncərəsi ekrana gəlir. Yenə də sürümə əməliyyatı ilə zəruri elementlər sol­da­kı pəncərədən proq­ram­laşdırma sahəsinin uyğun möv­qe­lərinə gətirilərək karandaş vasi­təsilə onlar birləşdirilir. Kontakt və funksional element­lərin tipləri, nömrələri, parametr­lərinin qiymətləri proq­ram­laşdır­ma sahəsi­nin aşağısındakı sazlama sahəsində yerinə yetirilir.Hazırlanmış proqramı simulyasiya etmək üçün ekra­nın sol-aşağı küncündə “Иммитация” tıklan­dıq­dan sonra sol pəncərədə zəruri manipulyasiya və indi­­qa­­si­ya elementləri seçilir.Bundan sonra proqramlaşdırma sahəsinin yuxarısında tıklana­raq proqramın simulyasiyası başlanır və tıklandıqda onun işi dayandırılır.

Proqramı PMK-nın yaddaşına göndərmək və ya PMK­-dan kompüterə qəbul et­mək üçün onlar xüsusi ka­bel vasitəsilə birləşdirildikdən və şəbəkəyə qoşulduq­dan son­ra ekranın sol-aşağı küncündə “Коммуникация” tıklanır .Sol pən­cərədə “Соединение”, sonra isə və “online” tıklandıqda kompüter – PMK əlaqəsi yoxlanır. Əlaqə normal olduqda heç bir əla­və mə­lumat verilmir. Yalnız bundan sonra həmin pənçərədə “программа” seçilir. Proqramı kompüterdən PMK-ya göndərmək üçün “PC=>устройство”, PMK-dan kom­püterə qəbul etmək üçün isə “Устройство=>РС” tıklanır.




Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin