SET CLOCK real vaxtı (həftənin gününü və vaxtı) vermək üçündür.
Qeyd edək ki, proqramlaşdırmanın növbəti mərhələsinə keçmək üçün şəkil 3-də RUN-dursa, onda PROQRAM seçilir. Əgər həmin şəkildə STOP-dursa, əvvəlcə STOP vasitəsilə proqramın işi dayandırılıb, sonra isə PROQRAM seçilir və ekrana şəkil 4-dəki məlumat verilir.Yenə də PROQRAM proqramlaşdırma rejiminə çatmaq məqsədilə növbəti mərhələyə keçmək, DELETE PROQRAM isə yaddaşda olan proqramın tamamilə silinməsi üçün seçilir. Əgər DELETE PROQRAM seçilirsə, onda ekrana şəkil 5-dəki məlumat çıxır: bu o deməkdir ki, proqramın silinməsini təsdiqləmək lazımdır. Əgər doğrudan da proqramı silmək lazımdırsa, onda OK, əks təqdirdə ESC düyməsi sıxılır. Hər iki haldan sonra şəkil 3-dəki mərhələyə qayıdılır.
Şəkil 4 Şəkil 5 Şəkil 6
Növbəti mərhələyə keçmək üçün PROQRAM seçilir. Bu zaman təmiz ekran və ya PMK-nın yaddaşındakı proqramın başlanğıc hissəsi ekrana verilir və ekranın sol yuxarı küncündə qara, düzbucaqlı kursor görünür (şəkil 6).
Dostları ilə paylaş: |