Gözləməklə qoşulan impuls taymeri (S_ODTS). Taymerin S girişinə impuls verdikdə o, işə düşür və TV girişinə verilmiş gözləmə vaxtı başa çatdıqda Q çıxışı “1” qiymət alır. Taymerin yenidən işləməsi üçün R girişinə impuls verib onu ilkin vəziyyətə gətirmək vacibdir. Əgər gözləmə vaxtı başa çatmamış S girişinə yenidən impuls verilərsə, onda taymer gözləmə vaxtının başlanğıc qiymətindən başlayaraq gözləyir.
Şəkil 2-da I124.1 kontaktı qapanıb açıldıqdan 35 s. sonra Q125.1 diskret çıxışı işə düşür. İstənilən vaxt I124.2 kontaktı qapandıqda Q125.1 diskret çıxışı ilkin vəziyyətə gəlir.Taymerin yenidən işləməsi üçün I124.1 kontaktı açılıb yenidən qapanmalıdır.