8.PMK-nın konnektorları (merkerləri)
PMK-nın tipindən asılı olaraq onun tərkibinə aşağıdakı funksional elementlərin hamısı və ya bəziləri və onların kontaktları daxil ola bilər:
-diskret girişlər-ikilik siqnalı daxil etmək üçündür.(İ);-diskret çıxışlar (Q);-konnektorlar (merker –M);-taymerlər (T);-sayğaclar (C);- keçidlər (:);-komparatorlar (A);-həftəlik(H) və illik(Y) saatlar.
Mötərizədə uyğun funksional elementlərin və onların kontaktlarının proqramlaşdırma zamanı istifadə olunan hərfi işarələri verilmişdir.
Konnektorlar köməkçi element olub, müxtəlif məqsədlər üçün istifadə edilir. Konnektorlara mMn kimi müraciət edilir. Bütün işarələr və konnektorların iş prinsipi diskret çıxışlarda olduğu kimidir. Lakin, diskret çıxışlardan fərqli olaraq konnektorlar obyektə idarəedici təsir verməyib, yalnız öz kontaktlarını idarə edir.Çox müxtəlif məqsədlər üçün istifadə olunur.
Konnketorların istifadə edilməsi nümunələri:
1. Ardıcıl kontaktlar bir sətrə yerləşmədikdə: məlum olduğu kimi bir sətirdə maksimum 3 kontakt yerləşə bilər. Əgər tələb olunan kontaktların sayı 3-dən çox olarsa, onda onların üçü bir konnektorla əvəz edilb digərləri ilə bir sətirdə həmin konnektorun na kontaktı istifadə edilir. Fərz edək ki, [Q1=İ1*İ2*İ3*İ4 məntiqi ifadəsi realizasiya olunmalıdır. Göründüyü kimi ardıcıl kontaktların sayı dörddür. Odur ki, həmin ifadəni
[M1=İ1*İ2*İ3 və ya [M1=İ1*İ2
[Q1=M1*İ4 [Q1=M1*İ3*İ4
sistemlərindən biri ilə realizə etmək lazımdır;
2. Proqramın eyni bir hissəsi bir neçə yerdə təkrar olunduqda: Bu halda proqramın təkrarlanan hissəsi konnektorla əvəz edilib, təkrarlanan yerlərdə isə həmin konnektorun na kontaktından istifadə edilir. Fərz edək ki,
[Q01=I01*I02*I03*I04
[Q02=I01*I02*I03+I04*I05
ifadələri realizə olunmalıdır və göründüyü kimi bu ifadələrdə I01*I02*I03 məntiqi hasili təkrarlanır. Odur ki, həmin tfadələri
[M01=I01*I02*I03
[Q01=M01*I04
[Q02=M01+I04*I05
sistemi ilə realizasiya etmək lazımdır (Şəkil 1).
Şəkil 1
Dostları ilə paylaş: |