Sumqayit döVLƏt universiteti



Yüklə 1,85 Mb.
səhifə21/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   ...   17   18   19   20   21   22   23   24   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

-mərkəzi prosessor (CPU) – idarəedici proqramı yadında saxlayır və icra edir;

-interfeys modulları (İM) - kontroller bir neçə dayaq­dan ibarət olduqda onlar arasında əlaqə yaradır;

-siqnal modulları (SM) - idarə olunan obyektlə əla­qə yaratmaq üçün qurğular: analoq və diskret siqnalların qəbul və obyektə ötürmə qurğuları;

-funksional modullar (FM)- CPU-dan asılı olmayaraq müəy­yən xüsusi işləri yerinə yetirən qurğulardır. Məsələn, PİD tənzimləyici;

-komunikasiya prosessorları (CP) – şəbəkələr və alt­şəbəkələr arasında əlaqə yaradan prosessorlardır;

-alt şəbəkələr (Subnets) – proqramlaşdırılan kont­rollerləri bir-biri ilə və digər qurğularla birləşdirir.

Mötərizə içərisindəki hərfi ifadələr uyğun modulların layihələndirmə və digər sənədlərdə istifadə edilən şərti işarələridir.



15.S7-300 kontrollerinin mərkəzləşdiril­miş quruluşu

Kontroller vasitəsilə həm mərkəzləşdirilmiş, həm də pay­lan­mış (səpələnmiş) quruluşa malik idarəetmə sistemlə­ri layi­hələndirmək mümkündür. Mərkəzləşdi­rilmiş quru­luşda kont­rol­lerin tərkibinə daxil olan bütün modullar yalnız dayaq­larda, paylanmış quruluşda isə həm dayaqlarda və həm də idarə­etmə prosesinin ərazisində yerləşdirilir.

İdarəetmədə istifadə olunan modulların sayından, qida blokunun cərəyan buraxma qabiliyyətindən və ya istifa­də­çi­nin arzu­sundan asılı olaraq kontroller 1, 2, 3 və ya 4 dayaqdan ibarət qurula bilər (şəkil 1).

Şəkil 1
Birdayaqlı variantda yeganə dayaqda qida bloku (PS), mərkəzi prosessor (CPU) və maksimum 8 ədəd siqal (SM) və ya başqa modullar (CP, FM) yerləşə bilər. Əgər tələb olunan modulların sayı bir dayağa yerləşmirsə, istifadə edilən modulların tələb etdiyi cərəyanların cəmi qida blokunun cərəyan buraxma qabiliy­yətindən çox olarsa və ya sifarişçinin arzusu ilə iki, üç və ya dörddayaqlı variantlardan istifadə olunur. CPU yer­lə­şən dayaq mərkəzi (UR(0)), digərləri isə geniş­ləndirmə (UR(1) UR(3)) dayaq­ları adlanır. Hər bir modu­lun dayaqda tutduğu yerə mövqe (slot) deyilir. Bir dayaqda olan modul­lar bir-birilə 2 tip kabellərlə - periferiya kabeli (P) və ko­mu­nikasiya kabeli (K) vasitəsilə birləşdirilirlər. Müxtəlif dayaqlar isə bir-birilə interfeys modulları (İM) və onlara məxsus kabel­lər­lə birləşdirilir. P-kabel siqnal modulları ilə məlumat müba­diləsi aparmaq, K-kabeli isə böyük həcmli məlumatları ötürmək üçündür.

İkidayaqlı variantda dayaqlar arası məsafə 1m, digər variantlarda isə 10m-dir. İkidayaqlı variantda hər iki dayaqda İM365, digər variantlarda isə mərkəzi dayaqda İM360, genişləndirmə dayaqlarında İM361 tipli interfeys modulları yerləş­dirilir.

Qeyd edək ki, İM360 və İM361 interfeys modulları vasitəsilə dayaqlar arası məsafə 10m olmaqla ikidayaqlı kontrollerlər də təşkil etmək mümkündür. Genişləndirmə dayaqlarında da birinci mövqedə qida bloku (PS) yerləşdirilə bilər.




Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin