Sumqayit döVLƏt universiteti



Yüklə 1,85 Mb.
səhifə17/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

11.PMK-nın saatları

PMK-nın tipindən asılı olaraq onun tərkibinə aşağıdakı funksional elementlərin hamısı və ya bəziləri və onların kontaktları daxil ola bilər:



-diskret girişlər-ikilik siqnalı daxil etmək üçündür.(İ);-diskret çıxışlar (Q);-konnektorlar (merker –M);-taymerlər (T);-sayğaclar (C);- keçidlər (:);-komparatorlar (A);-həftəlik(H) və illik(Y) saatlar.

Mötərizədə uyğun funksional elementlərin və onların kon­takt­larının proqram­laşdırma zamanı istifadə olunan hərfi işa­rələri verilmişdir.

Saatlardan real vaxt nəzərə alınmaqla məntiqi idarəetmə­ni təş­kil etmək üçün istifadə edi­lir. PMK-nın tipindən asılı ola­raq onun saatı olmaya, yalnız həftəlik saatı və ya həm həftəlik, həm də illik saatları ola bilər. Uyğun olaraq həmin saatlar həftəlk tay­mer, illik taymer də adlanır və onlar proqramda yalnız kontaktlar şəklində (bəzən saat şəklin­də) təsvir edilir. İşarələri Hn (həftəlik) və Yn (illik) kimidir.n-saatın nömrəsidir.Saatın kontakı paralel birləşir,yəni yalnız saatın özünə müraciət etmək mümkündür. Onların saz­lanma para­metri uyğun olaraq həftəlik və ya illik iş diaqramından ibarətdir. Eazy 619 AC-RC tipli PMK-da 4 ədəd həftəlik saat vardır. Hər bir saatın 4 kontaktı var­dır ki, on­ların hər biri üçün həftənin günləri üzrə qoşulma (ON) və açıl­ma (OFF) vaxt­ları verilə bilər.Bu kontaktlar A,B,C,D kimi işarə olunur. Hər bir kontakt üçün həftənin hər hansı bir günü üçün yalnız bir qoşulma və açılma vaxtı verilir. Proqramda hər bir saat yalnız bir kon­takt şəklində təsvir edilir. Onun kon­takt­ları paralel birləş­miş kontaktlar ki­mi işləyirlər. Şəkil 1.22 –də həftə­lik sa­at­dan istifadə etməklə 80 dəqiqəlik dərs zəng­lərinin çalınma proqramı, cədvəl 1.1-də isə istifadə edilən saatların həf­tənin bütün günləri üçün eyni olan iş diaqramı verilmişdir.

Şəkil 1.11


Proqramda 3 ədəd saat və bir ədəd taymer istifadə edil­miş­dir. Taymer zəngin səslənmə müddətinin qısaldılması məq­sədi ilə istifadə edilmişdir. Əks təqdirdə zəng bir dəqiqə səs­lənməlidir və aydındır ki, bu çox bezikdirici olardı. Taymerə zəngin səslənmə müddəti 0-60 saniyə həddində istənilən dəqiq­liklə verilə bilər. Proqram aşağıdakı kimi işləyir: cədvəl 1.1-dəki iş diaqramına uyğun olaraq hər bir saat özünün uyğun kontaktını qoşur və bir dəqiqədən sonra onu açır. Hər hansı bir saatın kontaktlarından biri qoşulduqda TT01 taymeri işə düşür və onun nb T01 kontaktı vasitəsilə [Q01 diskret çıxışı işə düşərək zəngi səsləndirir. Taymerə verilmiş vaxt (məsələn 10 saniyə) başa çatdıqda onun nb T01 kontaktı açılır və zəngin səslənməsi dayanır.


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin