13.PMK-da keçidlər
PMK-nın tipindən asılı olaraq onun tərkibinə aşağıdakı funksional elementlərin hamısı və ya bəziləri və onların kontaktları daxil ola bilər:
-diskret girişlər-ikilik siqnalı daxil etmək üçündür.(İ);-diskret çıxışlar (Q);-konnektorlar (merker –M);-taymerlər (T);-sayğaclar (C);- keçidlər (:);-komparatorlar (A);-həftəlik(H) və illik(Y) saatlar.
Mötərizədə uyğun funksional elementlərin və onların kontaktlarının proqramlaşdırma zamanı istifadə olunan hərfi işarələri verilmişdir.
Keçidlər barədə müəyyən məlumatlar verək.Bütün roqramlaşdırma dillərində keçidlərdən istifadə olunur.Keçidlər şərti keçidlərə və şərtsiz keçidlərə bölünür.Keçidlərdən proqramın təbii ardıcıllığını pozaraq proqramın bir nöqtəsindən digər nöqtəsinə keçid etmək üçün istifadə edilir. Keçidlərə :n şəklində müraciət edilir. n – keçidin nömrəsidir. Şəkil 1-də keçidlərdən istifadə nümunəsi verilmişdir: Şəkil 1
Praqramda şərti keçid göstərilib.Yəni İ04 kontaktı qapanırsa,3cü sətr icra olunmur.Yəni, 2-ci sətir 4-cü sətrə keçid etməklə 3-cü sətirin icra olunmasına imkan vermir. I04 kontaktı açıq olduqda isə 3-cü sətir icra olunur.Əgər 2ci sətrdə heç bir kontakt olmasa,birbaşa düz xətt olarsa,onda belə keçid şərtsiz keçid adlanır.
Dostları ilə paylaş: |